Həsənəli bəy Vəlibəyov
Həsənəli bəy Vəlibəyov | |
---|---|
Həsənəli bəy Vəli bəy oğlu Vəlibəyov | |
Doğum tarixi | |
Doğum yeri | Xocalı, Çiləbörd mahalı, Rusiya imperiyası |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Həyat yoldaşı | Bilqeyis xanım Əhməd bəy qızı Haqverdiyeva |
Uşaqları | Mahmud bəy, Saray xanım, Sayalı xanım, Tərlan xanım və Alagöz xanım |
Milliyyəti | azərbaycanlı |
Həsənəli bəy Vəli bəy oğlu Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Həsənəli bəy Vəli bəy oğlu 1836-cı ildə Qarabağın Çiləbörd mahalınin Xocalı kəndində (hazırkı Xankəndi ərazisində) anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra Şuşa şəhərində qəza məktəbində oxumuşdur. Rus və şərq dillərini bilirdi. Xankəndidəki qəsa idarəsində fəaliyyətə başlamış, II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdı. Quberniya katibi çini almışdır. XIX əsrin sonlarında vəfat edib. Qəbri Şuşanın Mirzə Həsən qəbiristanlığındadır.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Həsənəli bəy Bilqeyis xanım Əhməd bəy qızı Haqverdiyeva ilə ailə qurmuşdu. Mahmud bəy adlı oğlu, Saray xanım, Sayalı xanım, Tərlan xanım və Alagöz xanım adlı qızları vardı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Vəlibəyovlar, "Soy" еlmi-kütləvi dərgi, 2011, №2, səh.3-19.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |