Həvəskar radiorabitə
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Aşağıdakı seriyaya aiddir: |
Antenalar |
---|
Həvəskar radiorabitə — texniki bir hobbidir, qeyri professional operatorlar arasında, onlar üçün xüsusi ayrılmış radiotezliklərdə, radiorabitə keçirmək, texniki araşdırmalar aparmaq, özünü bu sahədə təkmilləşdirmək , və bundan heç bir maddi qazanc əldə etməmək və s. Bu hobbi ilə dünyada milyonlarla insan məşğul olur. Onları həm də radiohəvəskar adlandırırlar.
Tarixçəsi
[redaktə | mənbəni redaktə et]Bizim ölkədə ilk radiohəvəskarlar keçən əsrin 20-ci illərində fəaliyyətə başlamışdılar. Hal hazırda ölkəmizdə 70-ə yaxın radiohəvəskar var. Onlar ölkəmizi beynəlxalq radiohəvəskar radiotezliklərində, təmsil edirlər. Bu hobbi eyni zaman həm də bir idman növüdür. Hər il minlərlə radiohəvəskar yüksək nəticə qazanmaq üçün, öz radiostansiyaları qarşısında çalışırlar. Keçən əsrin 60–80-ci illərdə yerli radiohəvəskarın sayı 200-ə çatmışdı. Bakıda, Sumqayıtda, Gəncədə, Kürdəmirdə bir neçə radioklub və kollektiv stansiyalar fəaliyyət göstərirdi. Hal hazırda cəmi iki kollektiv stansiya fəaliyyət göstərir-Bakı mərkəzi radioklub (4K0HQ) və Gəncə kollektiv stansiyası(4K2GG).
Təşkilat
[redaktə | mənbəni redaktə et]Radiohəvəskar ona verilən lisenziya (icazə) əsasında efirə çıxır və efirə çıxarkən, ona verilən çağrı işarəsindən istifadə edir. Lisenziyanı ölkənin adiəti orqanı verir. Lisenziyanı almaq üçün, efirdə işləmək qaydaları imtahanı vermək lazımdır, bəzi halda Morze əlifbasının biliyinidə nümayiş etmək lazımdı.
Həvəskar radiorabitə üçün ayrılmış diapazonlar
[redaktə | mənbəni redaktə et]Beynəlxalq Radiohəvəskar İttifaqının planına görə, 1-ci Regionun radiohəvəskarlarına ayrılıran diapazonlar aşağıda göstərilir. DRİ(Dövlət Radiotezliklər İdarəsi) Azərbaycan Respulikasında radiohəvəskarların diapazonlarda işləmək icazəsin təyin edir.
Uzun dalğalar Diapazon 136KHz (2,2 km): 135,7–137,8KHz .
Orta dalğalar Diapazon 472–479 KHz (630 m). Azərbaycanda hələ icazə verilmir.
Qisa dalğalar Diapazonlar
- 1,8 MHz (160 m): 1830–1930 KHz
- 3,5 MHz (80 m): 3500–3800 KHz
- 5 MHz (60 m): 5351,5–5366,5 KHz (Azərbaycanda hələ icazə verilmir);
- 7 MHz (40 m): 7000–7200 KHz
- 10 MHz (30 m): 10100–10150 KHz
- 14 MHz (20 m): 14000–14350 KHz
- 18 MHz (17 m): 18068–18168 KHz
- 21 MHz (15 m): 21000–21450 KHz
- 25 MHz (12 m): 24890–24990 KHz
- 28 MHz (10 m): 28000–29700 KHz
10 18 25 MHz diapazonlarında yarışma keçırmələri qadağandır.
Ultraqisa dalğalar
- Diapazon 50 MHz (6 m): 50–54 MHz — VHF (Azərbaycanda hələ icazə verilmir);
- Diapazon 70 MHz (4 m): 70–72 MHz — VHF (Azərbaycanda hələ icazə verilmir);
- Diapazon 144 MHz (2 m): 144–146 MHz — VHF
- Diapazon 220 MHz (1,25 m): 222–225 MHz — VHF Azərbaycanda hələ icazə verilmir
- Diapazon 430 MHz (70 sm): 430–440 MHz — UHF
- Diapazon 900 MHz (33 sm): 902–928 MHz — UHF Azərbaycanda hələ icazə verilmir);
- Diapazon 1260 MHz (23 sm): 1260–1300 MHz — SHF
- Diapazon 2,4 GHz
- Diapazon 3,4 GHz (Azərbaycanda hələ icazə verilmir);
- Diapazon 5,65 GHz
- Diapazon 10,0 GHz
- Diapazon 24,0 GHz
- Diapazon 47,0 GHz
- Diapazon 77,0 GHz
- Diapazon 122,25 GHz
- Diapazon 134,0 GHz
- Diapazon 241,0 GHz
"Mülki diapazonların"- (CB, LPD, PMR) həvəskar rabitəilə əlaqəsi yoxdur.
Məşhur Qısadalğaçı-radiohəvəskarlar
[redaktə | mənbəni redaktə et]- Mərakeş kralı Həsən II (CN8MH);
- İspaniya kralı Filipp VI (EF0F), və ondan əvvəlki kral Xuan Karlos I (EA0JC) və Xuanın bacısı Karlosa I Marqarita dee Burbon-i-Burbon (EA4AOR);
- Səudiyyə Ərəbistanın kralı Saud (HZ1SS), Feysal (HZ1AF) və Fahd (HZ1AA);
- İordaniya kralı Hüseyn I (JY1);
- Tailand kralı Bhumibol Adulyadey (HS1A);
- Oman sultanı Kâbus bin Said (A41AA);
- Argentina prezidenti Karlos Menem (LU1SM);
- Çili prezidenti Auqusto Pinoçet (XQ3GP);
- İtaliya prezidenti Françesko Kossiqa (I0FCG);
- Livan prezidenti Emil Laxud (OD5LE);
- Nikaraqua prezidenti Anastasio Somosa (YN1AS);
- Hindistanın baş naziri Raciv Qandi (VU2RG) и его вдова Sonya Qandi (VU2SON);
- Yaponiyanın baş naziri Keizo Obuti(JI1KIT);
- BMT-nin baş naziri U Tan (XZ2TH);
- Məşhur Amerika kinoaktyoru Marlon Brando (FO5GJ, WA6RBU, KE6PZH, FO0MB, FO5BW, FO5HG);
- Futbolçu Sergey Rebrov (UT5UDX, 5B4AMM);
- Səyyahətçı-yaxtaçı Nikolay Litau (R3AL/mm);
- Mühəndis, Apple şirkətini quranlardan biri Stiv Voznyak (WA6BND, WV6VLY);
- Prissilla Presli, aktrisa və iş adamı, Elvis Preslinin həyat yoldaşı (NY6YOS);
- Milliarder Hovard Hyuz (W5CY).