Halikarnaslı Dionisi
Halikarnaslı Dionisi | |
---|---|
Doğum tarixi | təq. e.ə. 60[1] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 7[1] |
Vəfat yeri | |
Fəaliyyəti | tarixçi, yazıçı, orator |
Əsərlərinin dili | qədim yunan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Halikarnaslı Dionisi (yun. Διονύσιος; təq. e.ə. 60[1], Halikarnas[2][1] – e.ə. 7[1], Roma) — qədim yunan tarixçisi, ritoriki və tənqidçisi. Onun əsas əsəri "Roma antikaları"dır. Bu, 20 kitabda Romanın qədim dövrlərdən Birinci Pun müharibəsinə qədər olan tarixini izah edir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Halikarnaslı Aleksandrın oğlu olan Dionisi təqribən e.ə. 60-cı ildə anadan olmuşdur. O, e.ə. 29-cu ildə, Romada vətəndaş müharibələri başa çatdıqdan dərhal sonra bu şəhərə köçmüşdür. Dionisi burada 22 il latın dilini öyrənmiş və həyatının əsas əsəri olan "Roma antikaları" üçün materiallar toplamışdır. 20 kitabdan ilk 10-u tam formada salamat qalmış, 11-i qismən qalmışdır, digər kitabların məzmunu Bizans mənbələrindən fraqmentlərdən məlumdur. "Roma antikaları" Roma tarixini Troya müharibəsinin mifoloji elementlərindən başlayaq e.ə. 264-cü il, yəni Birinci Pun müharibəsi başlayana qədərki dövrə qədər əhatə edir.
Dionisinin əsəri e.ə. 7-ci ildə nəşr edilmişdir. Müəllifin az sonra vəfat etdiyi güman edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Brozović D., Ladan T. Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ 1 2 Smith W. Dictionary of Greek and Roman Biography and Mythology (ing.). / W. Smith 1849. 1219 p.