0°17′08″ c. e. 129°28′46″ ş. u.HGYO

Halmahera dənizi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Halmaxera dənizi
ing. Halmahera Sea
Dənizin yerləşdiyi ərazi
Dənizin yerləşdiyi ərazi
Ümumi məlumatlar
Sahəsi 75,000 km²
Həcmi 56,000 km³
Dərin yeri 2072 m
Orta dərinliyi 747 m
Yerləşməsi
0°17′08″ c. e. 129°28′46″ ş. u.HGYO
Ölkə  İndoneziya
Üst akvatoriyası
Yerləşməsi Cənub Şərqi Asiya
Seram dənizi (Sakit okean)
Seram dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Halmaxera dənizi (ing. Halmahera Sea) — Sakit okeanında adalar arası dəniz olaraq, İndoneziyaya məxsus Molukka və Yeni Qvineya adaları arasında yerləşir. Qərbdə Halmahera, şimalda Vayqeo, şərqdə Cedravasix, cənubda Misool, cənub qərbdə isə Obi adaları arasında mövqe tutur. Sahəsi 75,000 km²[1], həcmi 56,000 km³, orta dərinliyi 747 m, ən dərin yeri isə 2072 metr təşkil edir. Səthində temperatur avqustda 25,7 S, mayda isə 28,6 S təşkil edir. Duzluğu 34-34,6 ‰ arası dəyişir. Əsas limanı Soronq (Yeni Qvineya).

Halmahera dənizi

Qısa və ensiz şelf xəttinə malikdir. Şimal-şərq, şərq ərazilərdə şelf xətti nisbətən parçalıdır və dənizdə kiçik dayazlıqlar əmələ gətirir. Dərinlik birdən-birə artaraq 1000 metrə çatır. Dənizin cənubunda dərinlik 2000 metri də keçir. Boğazlarda dərinlik 1000 m, cənub hissələrdə isə 100–500 m çatır. Bu səbəbdən cənub boğazlarında axınlar daha güçlüdür.

Dəniz ekvatorial iqlim qurşağında yerləşir və mussonların təsirinə məruz qalır. İl boyu isti və rütubətli iqlimə malikdir. Temperatur 28 s, bəzi yerlərdə isə 35 s qədər yüksəlir. Dekabr-mart ayları qış mussonları müşahidə edilir. Bu zaman küləklər şimal-qərb, qərb, şimal-şərq istiqamətində əsir. Apreldən Maya qədər cənub-qərb küləkləri, iyun-sentyabr ayları isə cənub-şərq küləkləri müşahidə edilir. Dənizdə sentyabrda küləklərin güçü 3–5 m/san, qışda isə Sibir antisiklonu ilə Avstraliya antisiklonunun təsirinə məruz qalması ilə əlaqədar 5–6 m/san təşkil edir. İl boyu yağıntılı olur və yağıntının miqdarı 2500 mm yüksək olur.

Canlılar aləmi

[redaktə | mənbəni redaktə et]

Dəniz canlılar aləmi zəngindir. Cənub hissədə isə nisbətən azdır. Burada delfin, dəniz tısbağası, skatlar və köpək balıqlarına rast gəlinir. Dənizdə 1309 növ balıq, 537 növ mərcan, 699 növ molusk vardır. Bu cür növ müxtəlifliyi dənizə alimləri və turistləri cəlb edir. Vayqeo adasında mirvari ferması vardır.

  1. "Limits of Oceans and Seas, 3rd edition" (PDF). Beynəlxalq Hidroqrafiya Cəmiyyəti. 1953. 2011-10-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 7 Fevral 2010.