Hendrik Adamson
Hendrik Adamson | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Patsi, Estoniya |
Vəfat tarixi | (54 yaşında) |
Vətəndaşlığı | Estoniya |
Fəaliyyəti | müəllim, yazıçı, şair, esperantoçu, pedaqoq |
Əsərlərinin dili | esperanto, Eston dili |
Janrlar | nasir, şair |
Vikianbarda əlaqəli mediafayllar |
Hendrik Adamson- (6 oktyabr 1891- 7 mart 1946) Estoniya şairi və pedaqoqudur.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Hendrik Adamson 6 oktyabr 1891-ci ildə Metsakuru kəndində, Patsidə, dərzi ailəsində anadan olmuşdur. Həmin ərazi Karstna regionun (hal-hazırda Veisjarve kəndi və Tarvastu) Vilyandimaa vilayətində yerləşir.
1911-ci ildən Vötikvere Torma məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1919-cu ildən 1927-ci ilə qədər Estoniyanın Karstna kəndinin ibtidai məktəbinin müdiri olmuşdur. Nəticədə, Hendrik Adamson peşəkar yazıçı oldu. Estoniya Yazıçılar Birliyinin üzvü seçildi.
Hendrik Adamson bir müddət Valqamaal Lovel (1940) və Karstnasda (1944) müəllim kimi fəaliyyət göstərmişdir.
Adamson 1929-cu ilin sonunda esperanto dilini öyrəndi. 1930-cu ildə isə bu dildə orijinal şeirlər yazmağa başladı. Onun istedadı isə Eston dilində yazdığı şeirlərdə özünü büruzə verdi. Estoniyada onun birinci şeirləri 1913-cü ildən qəzetlərdə çap olunmağa başladı. Öz birinci kitabını 1919-cu ildə çap etdirdi.[1] 1934-cü ildə "On iki şair" adlı almanaxı dərc edildi. Bu almanaxda Adamsonun 11 şeiri yer almışdır.
Hendrik Adamson 7 mart 1946-cı ildə vəfat etmişdir. Adamson Estoniyanın cənubundakı kiçik Helme şəhərinin qəbirstanlığında dəfn edilmişdir. Yazıçının əsərləri rus, ingilis və italyan dilinə tərcümə olunmuşdur.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Adamson daha çox cənub dialektlərindən istifadə edərək eston dilində şeirlərini yazırdı.[2] O, bəzi şeirlərini esperanto dilində yazmışdır.
Yazıçının yazdığı romanlar arasında ən məşhurları «Kuldblond neitsi» (Sarışın) və «Roheline sisalik» («Yaşıl kərtənkələ», Тartu, 1925) romanlarıdır.[3]
Hendrik Adamson aşağıdakı şeirlərin müəllifidir:
- Mulgimaa (1919)
- Inimen (1925)
- Dekdu Poetoj (1934)
- Auli novelaro (1934)
- Aperis samizdata poemaro Hejmlando (1961, 1962)
- Aperis lia poemaro Vesperkanto cxe la eldonejo de J. Régulo La Laguna, Stafeto : Beletraj kajeroj; (1967)
- В литературной хрестоматии Infera regalo kaj Vesperkanto (1979)
- Auli, eldonejo Iltis, Saarbrücken (1983)
Vesperkanto
[redaktə | mənbəni redaktə et]Vesperkanto şeiri Hendrik Adamsonun ən məşhur şeirlərindən biridir. Vesperkanto şeirindən bir parça:
Forpasis kure la juneco,
temp' tro revema sen prudent'-
-
kaj estingiĝis purpurmeĉo
en malproksima orient'.
Min tro lacigis voj' ŝtonoza,
sur dorso sidas zorgo-ĝib',
mi iras, iras, senripoza
vagulo, sub sortbata vip'.
Min jam, post lastaj lacaj paŝoj,
atendas tombo: frosta lit',
kaj ĉirkaŭ kruco el kreskaĵoj
de l' ter volviĝos sole vit'.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ulduz jurnalı. 1975. № 8. С. 211—212. Сергей Довлатов. Статья «Поэты Эстонии. Литературное обозрение».
- Ojalo, Jaan. Hendrik Adamson — 100. En: Norda Prismo 1/1992, с. 6-8
- Ojalo, Jaan. Adamson: Bardo de la hejmloko. En: Esperanto 84-a jaro 1991, n-ro 12 (1032), с. 2
- Maie Torim, Karl Muru, «Pilk Hendrik Adamsoni elule ja luulele» — Keel ja Kirjandus 1966, nr. 4, стр. 210—225
- Hando Runnel, «Jooksu pealt suudeldud». Ilmamaa, Tartu 1998; 4 artiklit Adamsonist стр. 208—216 и 315—340
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Baldur Ragnarsson. Hendrik Adamson (1891—1946)". 2019-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
- ↑ "Сергей Довлатов. Поэты Эстонии. Литературное обозрение". 2016-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
- ↑ Maie Torim and Karl Muru, Pilk Hendrik Adamsoni elule ja luulele — Keel ja Kirjandus 1966, nr. 4, lk. 210—225