Hicaz vilayəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hicaz vilayəti
Ölkə
İnzibati mərkəz Məkkə, Taif
Tarixi və coğrafiyası
Yaradılıb 1872
Ləğv edilib 10 yanvar 1919
Hicaz vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hicaz vilayəti (ərəb. ولاية الحجاز‎; türk. Hicaz vilayeti) — Osmanlı İmperiyasında 1872-ci ildə Məkkə şərifliyini ləğv edərək təsis etiyi vilayət. 1899-cu ilə əsasən vilayətin sahəsi 250 000 km2 olduğu ehtimal olunur[1]. Hicaz vilayətinin şimalında Şam vilayəti, cənubunda Yəmən vilayəti vardı[2]. Vilayətin inzibati mərkəzi əvvəllər Məkkə şəhəri idi[3]. Sonradan mərkəz Taifə köçürülmüşdür[1].

1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir Məmlük Sultanlığını məğlub edərək Ərəbistan yarımadasında MəkkəMədinə bölgələrini ələ keçirdi. Bu tarixdən etibarən Məkkə və Mədinə bölgəsində hökmranlıq edən Məkkə şərifliyi Osmanlılardan vassal asılılıqda idi.

1750-ci ildə bölgəni vəhhabilər tamamilə öz hakimiyyəti altına salmaq istəyirdilər. XIX əsrin əvvəllərində Misir vilayətinin əlinə keçdi və Qavalalı Mehmed Əli Paşa osmanlılar adına bölgəni idarə etməyə başladı. 1811-ci ildə bölgəni vəhhabilər işğal etsə də Qavalalı Mehmed Əli Paşa təkrar bölgəni geri aldı

1872-ci ildə Məkkə şərifliyi ləğv edildi[4]. Onun əhatə etdiyi torpaqlarda Hicaz vilayəti yaradıldı. I Dünya müharibəsi zamanı 1916-cı il iyul ayında ərəblər tərəfindən ələ keçirildikdən sonra vilayət ləğv edilərək müstəqil Hicaz krallığı yaradıldı[5].

1885-ci ildə Osmanlı imperiyasının Hicaz vilayəti üzrə əhalinin siyahıya alınmasına əsasən, vilayət əhalisinin ümumi sayı 3.5 milyon nəfərdir. Vilyam L. Oçsenvaldın sözlərinə görə, XIX əsrdə Asır və Hicazın faktiki əhalisi 400 000-dən 800 000 diapazonundadır. Əhalinin əksər hissəsi heyvandarlıqla məşğul olan oturaqlar və yarımsəhra köçəriləridir. Vilayətdə bədəvi tayfaları üstünlük təşkil edirdi. Onların üzərindəki Osmanlı nəzarəti formal idi. Bədəvi tayfalarından əsasən Mədinə və Ciddə sancaqlıqlarına valilər təyin edilirdi.

Hicaz vilayətinə bağlı olan sancaqlıqlar aşağıdakılardır[6]:

  • Məkkə sancaqlığı — Sancaqlığın mərkəzi Məkkə şəhəri idi.
  • Mədinə sancaqlığı — Sancaqlığın mərkəzi Mədinə şəhəridir. Bu sancaqlığa Əl-Vəç, Səvarix, Yənbə ul-Bahr qəzaları və Xaybar, Emlac, Ala və Akabe nahiyələri tabe idi.
  • Ciddə sancaqlığı — Sancaqlığın mərkəzi Ciddə qəzası idi. Bu sancaqlığına Mamurətulhəmid qəzası və Rabiğ nahiyəsi tabe idi.
  1. 1 2 Asia by A. H. Keane, page 459. İstifadə tarixi:2015–11-19
  2. Numan 2005, p. 33.
  3. Gábor Ágoston; Bruce Alan Masters (2009–01-01). Encyclopedia of the Ottoman Empire Arxivləşdirilib 2022-05-06 at the Wayback Machine. Infobase Publishing. p. 253.
  4. Numan 2005, p. 71.
  5. Numan 2005, p. 42.
  6. "Ceziretül Arab – Hicaz ve Yemen Vilayetleri | Tarih ve Medeniyet". 2014-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.