Hirotuqu Akaike

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hirotuqu Akaike
赤 池 弘 次
Doğum tarixi
Doğum yeri Fujinomiya, Şizuoka prefekturası, Yaponiya
Vəfat tarixi 4 avqust, 2009
Vəfat yeri İbaraki prefekturası, Yaponiya
Vəfat səbəbi ağciyər iltihabı
Elm sahəsi Statistika
Təhsili
Üzvlüyü

Hirotuqu Akaike (yaponcaː 赤 池 弘 次, d. 5 noyabr, 1927, Fujinomiya, Şizuoka (prefekturası), v. 4 avqust, 2009, İbaraki, Yaponiya) — Yapon alimi və statistiki.

1970-ci illərin əvvəllərində yeni informasiya kriteriyalarını təklif etmişdir.

Hirotuqu Akaike 5 noyabr, 1927-ci il tarixində Yaponiyanın Şizuoko prefekturasının Fujinomiya şəhərində fermer ailəsində anadan olub.

1970-ci illərin əvvəllərində o, hazırda Akaike-nin informasiya meyarı adlandırılan yeni informasiya meyarını təklif edib. Bu meyar modellərin qiymətləndirilməsi üçün bir çox sahələrdə geniş tətbiq tapmışdır.

O, 1952-ci ildə Tokio Universitetinin riyaziyyat üzrə balakavriatını bitirib. 1961-ci ildə Tokio Universitetində fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır.

1952-1994-cü illərdə Yaponiya Statistik Riyaziyyat İnstitutunda işləyib. 1962-ci ildə birinci tədqiqat şöbəsinin ikinci tədqiqat bölməsinin müdiri olub. 1973-cü ildə 5-ci bölmənin müdiri olub. 1985-ci ildə Nəzarət və Sistem-analiz üzrə direktor olub. 1986-1994-cü illərdə İnstitutun direktoru olmuşdur. 1988-ci ildə Multidisiplinar elmlər məktəbində Statistika elmləri üzrə kafedra müdiri olub.

1970-ci ilin ortalarından 1980-ci ilin ortalarınadək TIMSAC proqram paketini genişləndirmişdir. 1971-ci ildə (“an information criterion”) adı ilə Akaikenin informasiya meyarını (AİC) yaradıb. Bu, bir neçə statistik modeldən birinin seçilməsinə əsaslanan meyardır. Eyni dövrdə, Akaike məlumat meyarına dəyişikliklər hazırlayıb.[1] 1994-cü ildə Statistik Riyaziyyat İnstitutunun fəxri professoru olub

Hirotuqu Akaike 4 avqust, 2009-cu ildə Yaponiyanın İbaraki prefekturasında pnevmaniya xəstələyindən dünyasını dəyişib. [2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

1972-ci ildə İşikava mükafatı ilə təltif olunub.

1980-ci ildə Okoçi Memorial Texnologiya mükafatı ilə təltif olunub.

1989-cu ildə Asahi mükafatı ilə təltif olunub.

1989-cu ildə Bənövşəyi lent medalı ilə təltif olunub.

1996-cı ildə Yapon statistik cəmiyyətinin mükafatı ilə təltif olunub.

2000-ci ildə Müqəddəs xəzinənin ikinci dərəcəli ordeni ilə təltif olunub.

2006-cı ildə Kyoto mükafatı ilə təltif olunub.[2]

Üzvü olduğu qurumlar

[redaktə | mənbəni redaktə et]

1981-ci ildən Amerikan Statistika Assossasiyasının üzvü olub.

1983-cü ildən Kral Statistika cəmiyyətinin üzvü olub.

1985-ci ildən Elektrik və Elektronika Mühəndisləri İnstitutunun üzvü olub.

1988-ci ildən 1991-ci il 7 iyul tarixinə qədər Yaponiya elmi şurasının üzvü olub.

1989-cu ildən Riyazi Statistika İnstitutunun üzvü olub.[2]

  1. "Hirotugu Akaike Institute of Statistical Mathematics 4-6-7 Minami-Azabu, Minato-ku Tokyo 106 Japan .October 7, 1981" (PDF). November 18, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 1, 2019.
  2. 1 2 3 "Curriculum Vitae of Dr. Hirotugu Akaike - Hirotugu Akaike Memorial Website". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.