Hoffenhaym 1899 FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hoffenhaym 1899 FK
TSG 1899 Hoffenheim
Loqonun şəkli
Ölkə
Ləqəb(lər) Hoffe
Rəng(lər)          Mavi-
Yaranma tarixi 1 iyul 1899
Stadionu Rayn-Nekar Arena
Prezidenti Yöxen A. Rotthaus
Frank Briel
Baş məşqçisi Yuliyan Nagelsmann
Liqa Bundesliqa
2021/22 9.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1899 Hoffenhaym FK (alm. Hoffenheim‎) 1899-cu ildə Zinsheymin Hoffenhaym kəndində yaradılmış futbol komandasıdır.Həmçinin 1990-cı ildə Almaniya 8.liqasında olarkən klubu alan alman milyarder Ditmar Hoppun sayəsində Bundesliqaya qədər qalxan Almaniyanın ən qədim klublarından da biridir

Hoffenheym Almaniyanın ən kiçik rayonlarından biridir. Əvvəlcə kənd olan Hoffenheym indi Zinsheym şəhərinin rayonudur. Cəmi üç min əhalisi olan bu rayonun təmsilçisi 1899-cu ildə yaranıb. Uzun illər bu klub Almaniyanın ən zəif komandalarından olub. Ən yaxşı halda 6-cı divizionda çıxış etməsi ilə öyünə biləcək "Hoffenheym" heç kimin diqqətini o qədər də cəlb etməyib.

1989-cu ildə "Hoffenheym"in vəziyyəti bir qədər də pisləşdi. Belə ki, klub 6-cı divizionu da tərk etdi. Bu kiçik rayonun təmsilçisinin azarkeşlərinə ağır zərbə oldu. Onsuz da əksər vaxt məğlub olan klubun az qala dağılacağı gözlənilirdi. Lakin bu vaxt möcüzə baş verdi. Heç kimin gözləmədiyi bir vaxtda məşhur milyarder olan Ditmar Hopp meydana çıxdı. 7-ci divizionda çıxış edən klubun səhmlər paketini alaraq "Hoffenheym"in prezidentinə çevrilərkən Hoppun bu addımı çoxları tərəfindən gülüşlə qarşılandı. Hərçənd onu başa düşmək olardı. Axı o, vaxtilə bu klubun şərəfini qoruyub. Hopp isə işə ciddi yanaşdı. Dərhal klubun stadionunu təmir etdirən Hopp ilk olaraq yeni toplara və məşq avadanlıqları üçün 10 min alman markası ayırdı. Bununla yanaşı, futbolçuların maaşı, bazası və digər problemlərin həll edilməsi tezliklə öz nəticəsini verdi. Elə həmin mövsümdəcə "Hoffenheym" yenidən 6-cı divizona qayıda bildi. Lakin rayon təmsilçisi bununla kifayətlənmək niyyətində deyildi. Belə ki, azarkeşlər tərəfindən "HOPPenheym" adlandırılan klub bu divizionun da qalibi adını qazandı. Bundan sonra komanda bir müddət yuxarı divizionda iştirak etməyə adaptasiya olmağa çalışdı. Bir neçə il 5-ci divizionda yarışan klub XX əsrin sonlarında yeni inkişaf yoluna qədəm qoydu. 1999/2000 mövsümündə 5-ci divizionda yarışan "Hoffenheym" üç ildən sonra, yəni 2002-2003-cü illərdə Almaniyanın sayca 3-cü divizionu sayılan Regional Liqaya vəsiqə qazandı. Həmin mövsümdə rayon təmsilçisi Almaniya Kubokunda ilk qələbəsini qazanması ilə də yadda qaldı. Belə ki, "Hoffenheym" Kubokun 1/32 final mərhələsində "Qroyter Fyurt"u 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. Bir il sonra isə artıq hər kəs "Hoffenheym"i tanıdı. Klub ölkə kubokunda Trir "Ayntraxt"ını, "Karlsrue" və "Bayer"i məğlub edərək 1/4 final mərhələsinə vəsiqə əldə etdi. Bundan sonra 4 il "Hoffenheym" Regional Liqanın ortabablarından biri oldu.

Herbert Kempni Ditmar Hoppun futbolçu dövrünü belə yada salır: "Onun əvvəlcə oynamağa butsu belə yox idi. Buna görə də Hopp uzunboğaz çəkmə ilə oynamalı olurdu. Ancaq Ditmar yaxşı oyunçu idi". Matçlardan sonra isə Hopp kolbasa satmaqla məşğul olurdu. Lakin o, bir müddət sonra futbolla vidalaşdı. Tələbə vaxtında həm də inşaat işləri ilə məşğul olan Hopp 1972-ci ildə SAR şirkətini yaradır. İndi bu şirkətin büdcəsi 47 milyard avro təşkil edir. Hopp isə bu müddət ərzində kluba 150-200 milyon avro xərcləyib.

Ditmar Hopp adına stadion daha yoxdur

[redaktə | mənbəni redaktə et]

2006/2007 mövsümü "Hoffenheym" üçün daha əlamətdar oldu. Əvvəlcə bu klubun məşqçi korpusunda dəyişiklik oldu. Belə ki, 2006-cı ildə "Ştutqart", "Hannover" və "Şalke"də işləməsi ilə məşhur olan Ralf Rangnik Hoffenheym"ə baş məşqçi təyin edildi. Təcrübəli mütəxəssis həmin mövsümdəcə 2-ci Bundesliqaya vəsiqə qazana bildi. Məhz bundan sonra "Hoffenheym" klub siyasətində ciddi dəyişiklik etməyə məcbur oldu. Cəmi altı min azarkeş tutumu olan Ditmar Hopp adına stadion söküldü və yerində yeni stadionun inşasına başlanıldı. Bundan sonra Manheymdə çıxış etməli olan klub 30 min azarkeş tutumu olan yeni stadionlarında qış fasiləsindən sonra çıxış etməyə başlayacaq.

"Şəhər sanki dəli olmuşdu"

[redaktə | mənbəni redaktə et]

2007/2008 mövsümünün sonları Hoffenheym əhalisini yuxudan ayıltdı. Həmişə sakit, bir qədər də "yuxulu" olan kənd sakinləri həyəcandan yata bilmirdilər. 6 min tutumu olan stadiona qonşu kəndin sakinləri də toplaşmışdılar. Stadionun təhlükəsizliyini isə bütün rayonun polisləri qoruyurdu. Həlledici oyunda "Qroyter-Fyurt" klubunu məğlub edən "Hoffenheym" tarixində ilk dəfə Bundesliqaya vəsiqə qazandı. Həmin gün şəhər sanki dəli olmuşdu.

Səni kim dayandıracaq?

[redaktə | mənbəni redaktə et]

2008/2009 mövsümündən əvvəl "Hoffenheym"in ən yaxşı halda ortabab olacağı gözlənilirdi. Ən yaxşı oyunçuları Haas, Jasle, Bek, Teber, İbişeviç və Salihoviç olan bu klubdan ciddi nəsə gözləməyə də dəyməzdi. Buna görə də hamının diqqəti digər iddialılara çevrilmişdi. Bu, Rangnikin yetirmələri üçün sanki göydəndüşmə oldu. Düzdür, ilk dörd turda Rangnikin yetirmələri yeddi xal toplamışdılar. Lakin bundan sonra "Hoffenheym" get-gedə uğurlu çıxış etməyə başladı. Dortmund "Borussiya"sını 4:1 hesabı ilə darmadağın edən klub "Verder"ə dramatik görüşdə məğlub oldu - 4:5. Bundan sonra ardıcıl beş qələbə qazanan Ranginikin komandası zirvəyə qalxdı. Bu uğurlar isə elə-belə əldə edilmədi. Düzdür, "Şalke", "Verder" və "Ştutqart" yaxşı dönəmlərini yaşamırdılar. "Bavariya" isə bir müddət böhran keçirdi. "Herta", "Hamburq" və "Bayer" isə qeyri-sabit çıxış edirdilər. Amma bunların "Hoffenheym"ə dəxli yox idi. Kollektiv futbol nümayiş etdirən debütant gözəl oyunu ilə göz oxşayırdı. Türk əsilli Selim Teber həm kapitan, həm də komandanın lideridir. Daniel Haas çərçivəni inamla qoruyur. Bosniyalı Seyad Salihoviç, nigeriyalı çinedu Obasi və seneqallı Demba Ba məhsuldar ötürmələri və vurduqları qollarla diqqəti cəlb edirdilər. Sözsüz ki, komandanın əsas hücumçusu Vedad İbişeviçi unutmaq olmaz. Bosniya və Herseqovina yığmasının forvardı ilk dövrə ərzində 18 qol vurdu. Düzdür, "Hoffenheym" son iki görüşdə cəmi bir xal qazandı, lakin bu da onların qış çempionu olmalarına mane olmadı. Təəccüblü deyil ki, klub ilk dövrədə hamıdan çox - 42 qol vurdu. Bununla da "Hoffenyem" qış fasiləsinə lider kimi yollanan ilk debütant kimi Bundesliqa tarixinə düşdü.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]