IAI Harop

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Harop
IAI Harop Paris hava şousunda nümayiş olunarkən. 2013-cü il.
IAI Harop Paris hava şousunda nümayiş olunarkən. 2013-cü il.
Tipi Pilotsuz uçuş aparatı
İstehsalçı İsrail Aerokosmik Sənayesi
İstismarçılar İsrail İsrail
Baza modeli IAI Harpy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IAI Harop və ya IAI Harpy 2İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal edilən kamikadze dron. Anti-radiasiya kateqoriyasına aiddir. Hədəfin yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəfə vurur.[1] Həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən radar ölçüsünün kiçik olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas hava hücumundan müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarına görə onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər. Beləliklə, düşmənin radar bazalarını, hava hücumundan müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər dost təyyarələr düşmən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar.[2]

IAI Harop havada 6 saat qala bilər və maksimal uçuş məsafəsi 200 kilometrdir. Harop özünün əvvəlki versiyası sayılan IAI Harpy-nin daha böyük versiyasıdır. Harop yerüstü baza və dənizdən buraxıla bilməklə yanaşı, lazım olarsa havadan buraxılmaq üçün də modifikasiya edilə bilər.[1] Öncələr qeyd olunduğu kimi Haropun iki növ idarəetmə üsulu vardır: Avtonom və ya bazadan idarəedilmə. Harop avtonom rejimdə özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər. Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən Haroplardan məhz bu üsulla istifadə edilmişdi. Nəticədə bir çox hədəf dəqiqliklə məhv edilmişdir. Bunlara Ermənistandan Qarabağ zonasına göndərilən könüllü, birinci Qarabağ müharibəsi veteranlarını daşıyan avtobus da daxildir. 5 hərbçi yerindəcə öldü, 2-si isə sonradan xəstəxanada keçindi. Düşmən Harop hücumunu aşkarlayıb radarın siqnal yaymaması üçün söndürsə belə, Haropun elektro-optik sensorlarının sayəsində o hədəfi vizual olaraq izləyir və vurur. Əgər hədəf müəyyən olunmazsa Harop avtonom olaraq bazaya qayıdır. HHM qüvvələri əsasən nisbətən iri hədəflərə — Döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkirlər. IAI daha kiçikölçülü əməliyyatlar üçün 2015-ci ildə Haropun daha kiçik versiyasını hazırladı. Təqribi məlumata görə yeni kiçik dron Haropun 1/5 həcmində olacaq və daha kiçik – 3–4 kiloqramlıq əsas döyüş başlığı daşıyacaqdır. Bu dron daha ucuz olmaqla yanaşı tez-tez itən hədəflərə qarşı və zaman məhdudiyyətli əməliyyatlarda istifadəsi nəzərdə tutulur.

Türkiyənin hələ 2005-ci ildə Haroplarla maraqlandığına aid məlumatlar var. 2005-ci ilin oktyabrnıda MBDA şirkəti Haropu "Ağ Şahin" adı altında Böyük Britaniyanın Müdafiə Nazirliyinin "Gəzən Sursat" tenderinə təqdim etdi, lakin Müdafiə Nazirliyinin qərarına görə tenderi Britaniya şirkəti qazandı.

2007-ci ilin avqust ayında Hindistan Hava Qüvvələri 100 milyon dollar müqabilində Harop sistemlərini alacağını bildirdi. Harop ilk dəfə açıq ictimaiyyətə Hindistanda heçirilən Aero India 2009 şousunda göstərildi.

2018-ci ilin aprelində, Azərbaycan Ordusu tərəfindən IAI Harop üçün çəkilən bir filmdə IAI sistemləri müşahidə edildi və nəticədə Ermənistan hökuməti İsraili Azərbaycan ordusuna etdiyi təchizata görə tənqid etdi.[3]

2020-ci ildə, Azərbaycan Prezidentinin məsləhətçisi Hikmət Hacıyev, Haropun İkinci Qarabağ müharibəsindəki effektivliyini yüksək qiymətləndirdi.[4]

Döyüşlərdə

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən istifadə olunmuşdur.[5][6] Erməni əsgərlərini ön cəbhəyə daşıyan avtobuslar Harop vasitəsilə məhv edilmişdir.[7]

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]

Xarakteristikalar

[redaktə | mənbəni redaktə et]

Ekipaj: 0

Uzunluq: 2.5 metr

Qanad ölçüsü: 3 metr

Məsafə: 200 kilometr

Sürət: 185 kilometr/saat

Havada qalma müddəti: 6 saat

Ümumi çəkisi: 135 kiloqram

Döyüş başlığı: 23 kiloqram

  1. 1 2 "Israel special - IAI's Harop ups the stakes on SEAD missions". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  2. "Israeli-made kamikaze drone spotted in Nagorno-Karabakh conflict". The Washington Post. 10 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2021.
  3. Kubovich, Yaniv. "Advanced Israeli Weapons Sold to Azerbaijan Exposed in Army-produced Pop Music Video". Haaretz. 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2019.
  4. "Azerbaijan praises 'very effective' Israeli drones in fighting with Armenia". Times of Israel. 2 oktyabr 2020. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  5. "Arminfo: Azerbaijan uses Israel-made Harop drone against NKR". arminfo.am. 8 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2016.
  6. "'Suicide drone' used for first time in fighting between Azerbaijan and Armenia". 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-04.
  7. "Azerbaijan Used IAI's Harop UCAV". 2016-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
  8. Martin Streetly, redaktorJane's All the World's Aircraft: Unmanned 2014-2015. London: IHS Jane's. 2014. səh. 101. ISBN 978-0710630964.
  9. "Harop Loitering Munitions System for the IAF". Indian Defence Review. 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2017.
  10. "Indian air force orders Harop loitering munitions". Flightglobal.com. 9 may 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2016.
  11. "'Suicide drone' used for first time in fighting between Azerbaijan and Armenia". Telegraph.co.uk. 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2017.
  12. 1 2 Martin Streetly, redaktorJane's All the World's Aircraft: Unmanned 2014-2015. London: IHS Jane's. 2014. səh. 101. ISBN 978-0710630964.
  13. "Moroccan air force orders Harop loitering munitions". defensa.com. 17 December 2020. 9 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]