IV Andronik (imperator)
IV Andronik | |
---|---|
12 avqust 1376 – 1 iyul 1379 | |
Əvvəlki | V İohann |
Sonrakı | V İohann |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 aprel 1348 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 28 iyun 1385 (37 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər |
Atası | V İohann (imperator)[1] |
Anası | Yelena Kantakuzina[1] |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
IV Andronik Paleoloq (yun. Ανδρόνικος Παλαιολόγος; 11 aprel 1348, Konstantinopol – təq. 28 iyun 1385, Silivri, İstanbul ili) — Bizans imperatoru.[2][3]
11 aprel 1348-ci ildə Konstantinopolda (indiki İstanbul) dünyaya gəldi. Atası Bizans imperatoru V İohann, anası isə ortaq imperator VI İohann Kantakuzinin qızı Helena idi. Hələ 4 yaşında ikən 1352-ci ildə atası tərəfindən ortaq imperator elan olundu. Atasının 1369-cu ildə Roma səyahəti əsnasında paytaxtda naib olaraq qaldı.
1371-ci ildə atası V İohann Osmanlı sultanı Murad Hüdavəndigarın təbəəliyini qəbul etdi. O əsnada imperator Osmanlı ordusuyla birlikdə Rumelidə idi və bundan istifadə edən oğlu Andronik atasının əleyhinə üsyan başlatdı. Sultan Muradın o əsnada Bursada olan oğlu Savcı bəylə birləşən Andronikin üsyanı 1373-cü ilin mayında baş tutdu. Savcı bəy özünü Bursada sultan, Andronik isə Konstantinopolda imperator elan etdi. Ancaq Bizans mənbələrinə görə, 25 may 1373-cü ildə baş tutan çatışmada hər ikisi məğlub edildi. Andronik atasının birliklərinə təslim olsa da (30 may), bir gözü kor edildi və taxtdan məhrum edilərək kiçik qardaşı Manuel varis elan olundu.
Ancaq 3 il sonra - 1376-cı ilin iyulunda genuyalıların dəstəyilə oğlu Andronik həbsdən qaçdı və Osmanlı sultanı Murad Hüdavəndigara sığınaraq Gelibolu yarımadasının təhvil verilməsi qarşılığında ittifaq təklif etdi. Osmanlı sultanı onun bu təkifi qəbul etdi və nəticədə, V İohann və oğlu Manuel Konstantinopolda həbs olundular. Öz oğlu VII İohannı da ortaq imperator təyin edən IV Andronik taxta çıxdıqdan sonra isə ittifaq şərtlərini pozaraq yarımadanı Venesiyalılara tərk etdi. Artan narazılığın sonunda Osmanlı sultanı Murad Hüdavəndigarın müdaxiləsi ilə V İohann və oğlu Manuel 1 iyul 1379-cu ildə həbsdən çıxarıldı və hakimiyyətləri bərpa olundu. IV Andronik isə qaçaraq gizləndi və 1381-ci ildə bağışlanaraq yenidən ortaq imperator elan olundu.
1385-ci ildə yenidən üsyan başlatsa da, çox keçmədən 28 iyun 1385-ci ildə vəfat etdi.
1356-cı ildə Bulqar çarı İvan Aleksandrın qızı Keratsa ilə evləndi və cütlüyün İohann adlı bir oğlu dünyaya gəldi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Nicol, Donald M. (1993). The Last Centuries of Byzantium, 1261-1453. Cambridge: Cambridge University Press. ISBN 9780521439916
- Fine, John Van Antwerp (1994). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. Ann Arbor: University of Michigan Press. ISBN 978-0-472-08260-5
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Lundy D. R. Andronicus IV Palaeologus, Emperor of Constantinople // The Peerage (ing.).
- ↑ Nicephorus Gregoras. Byzantine History. Vol. 1. Saint Petersburg. 1862
- ↑ Grierson, Philip (1999). Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection: Michael VIII to Constantine XI, 1258-1453. Dumbarton Oaks. p. 95. ISBN 978-0-88402-261-9