Jan Batist Sey

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jan Batist Sey
fr. Jean-Baptiste Say
Doğum tarixi 5 yanvar 1767(1767-01-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 noyabr 1832(1832-11-14)[3] (65 yaşında)
Dəfn yeri
Əsas maraqları iqtisadiyyat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Batist Sey (fr. Jean-Baptiste Say; 5 yanvar 1767[1][2][…], Lion, Fransa krallığı14 noyabr 1832[3]) — fransız iqtisadçısı

Jan Batist Sey 1767-ci ildə Lion şəhərində tacir ailəsində anadan olmuşdur. O, yaxşı kommersiya təhsili almış, iqtisadi biiklərini müstəqil surətdə artırmağa olduqca böyük səy göstərmiş, akademik seçilmiş, Paris UniversitetininFransanın digər tədris ocaqlarının siyasi iqtisad professoru olmuşdur. Sey özünü Adam Smitin etibarlı şagirdi, onun baxışlarının yalnız sistemləşdiricisi, sadələşdiricisi və geniş formada yayıcısı adlandırmasına baxmayaraq o, faktiki olaraq öz nəzəzriyyələrini yaratmışdır. Sey amillər nəzəriyyəsini Smitin "dəyərin gəlirdən ibarət olması" fikrindən yaratmışdır. Sey proteksionizmin əleyhinə olmuş və onun "bazarlar" qanunu merkantilizmin fiziokratik tənqidinin tərkib hissəsidir.

  • Siyasi iqtisad traktatı və yaxud sərvətin əmələ gəldiyi, bölüdürüldüyü və istehlak olunduğu üsulun sadə şərhi (1803)
  • Siyasi iqtisadın katexizisi(traktatın qısa şərhi) (1817)
  • Siyasi iqtisad kursu (6 cildlik), (1828–1830)
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Jean Baptiste Say // Babelio (fr.). 2007.
  3. 1 2 Find a Grave (ing.). 1996.
  4. Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 311.