Jan Leron Dalamber
Jan Leron Dalamber | |
---|---|
Jean-Baptiste le Rond d'Alembert | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | Riyaziyyat, Mexanika, Fizika, Fəlsəfə |
Alma-mater | Paris Universiteti |
Təhsili |
|
Tanınmış yetirməsi | Pyer Simon Laplas |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Jan Leron Dalamber (d. 16 noyabr 1717 – ö. 29 oktyabr 1783) — Fransa riyaziyyatçısı, mexanik və maarifçi-filosof, ensiklopediyaçı; maddi nöqtələr sisteminin hərəkətinin diferensial tənliklərini tərtib etmək qaydasını vermişdir; riyazi analiz, diferensial tənliklər nəzəriyyəsi, sıralar nəzəriyyəsi, cəbr üzrə əsərlərin müəllifidir[8].
Həyatı
[redaktə | mənbəni redaktə et]Dalamber Fransa akademiyasının (1754,1772-ci ildən oranın daimi katibi) üzvü, Peterburq Elmlər Akademiyasının(1764) və başqa elmi müəssisələrin əcnəbi fəxri üzvüdür. Mazarini Kollecini bitirmişdir(1735). Orada hüquq elmini öyrənirdi. Riyaziyyatla müstəqil məşğul olmuşdur. 1747-ci ildən Deni Didro ilə birlikdə “Elm, incəsənət və peşələrin ensiklopediyası”nın yaranması üzərində çalışmışdır. 1757-ci il dən “Ensiklopediyadakı” işindən uzaqlaşmış və riyazi fizika ilə məşğul olmuşdur. Dalamber ilk dəfə dinamika məsələlərini statikaya gətirərək (Dalamber prinsipi) maddi sistemin hərəkətini ifadə edən diferensial tənliyin tərtibi üçün ümumi qayda vermişdir (1743). O, bu üsuldan hidrodinamikanı əsaslandırmaq üçün istifadə etmişdir (1774). Astronomiyada planetlərin sarsınma nəzəriyyəsini, gecə-gündüz bərabərliyi və nutasiya nəzəriyyəsini əsaslandırmışdır (1747).[9]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Dalamberin əsas riyazi tədqiqatları diferensial tənliklər nəzəriyyəsinə aiddir. O, simin eninə rəqslərini ifadə edən ikitərtibli xüsusi törəməli diferensial tənliyin (dalğa tənliyi) həlli üsulunu vermişdir. Dalamberin bu tədqiqatları və həmçinin L.Eyler və D.Bernulli ilə sonrakı işləri riyazi fizikanın əsasını təşkil etmişdir. Hidro dinamikada rast gəlinən xüsusi törəməli diferensial tən liyin həlli üçün Dalamber ilk dəfə elliptik tənliyə kompleks dəyişənli funksiyaları tətbiq etmişdir. Dalamberin (həmçinin Eylerin) işlərində analitik funksi yanın həqiqi və xə yali hissələrini əlaqələndirən əsas tənliklərə (sonralar Koşi–Riman tənlikləri adlandırılmışdır) rast gəlmək olar. Sabit əmsallı adi diferensial tənliklər nəzəriyyəsində, birtərtibli və ikitərtibli bu cür tənliklər sistemlərində mühüm nəticələr də Dalamberə məxsusdur. Dalamber sonsuz kiçilənlərin hesablanmasını limit teoremlərinin köməyi ilə əsaslandırmağa cəhd etmişdir, sıralar nəzəriyyəsində sıranın yığılması üçün kafi əlamət (Dalamber əlaməti) onun adını daşıyır. O, ilk dəfə olaraq cəbrdə cəbri tənliyin kökünün varlığı haqqında teoremin isbatını (tam ciddi olmayan) vermişdir. "Elmlərin mənşəyi və inkişafı oçerki” -nin də daxil olduğu “Ensiklopediya”ya proqram giriş məqaləsində (“Dis courspreliminaire I’Encyclopèdie”, 1751) D. F.Bekonun konsepsiyasına əsaslanan elmlərin klassifikasiyasını vermişdir. C. Lokkun ideyaları ruhunda sensualist idrak nəzəriyyəsi Dalamberdə təcrübədən kənara çıxan hər hansı metafiziki müddəaya skeptik münasibətlə birləşirdi. Dalamberin fəlsəfi baxışları Dalamber Didronun “Dalamberin yuxusu”, “Dalamber ilə Didronun söhbəti”, “Söhbətin davamı” trilogiyasında tənqid obyekti olmuşdur. “Ensiklopedistlər arasında ən çox musiqi duyumu olan” (R.Rollanın tərifi) Dalamber “Elmlərin mənşəyi və inkişafı oçerki” nin bir hissəsini və “Ensiklo pediya” üçün bir neçə məqaləsini musiqiyə həsr etmişdir. “Ramo prin siplərinə uyğun nəzə ri və praktiki musiqinin elementləri kitabında” (1752) J.F.Ramonun harmoniya haqqındakı təlimini populyarlaşdırmışdır (1752). Maarif estetikası üçün tipik olan musiqi baxışlarını müdafiə etmişdir; xüsusilə onun mimetik (təqlidi) təbiətini qeyd etmişdir (“Heç nəyi təsvir etməyən musiqi, sadəcə küydür”). “Musiqi sərbəstliyi haqqında” traktatda (1760) iştirakçısı olduğu buffonlar müharibəsi adlanan müharibənin – 18-ci əsrin ortalarında musiqi və opera incəsənəti ətrafında olan polemikanın nəticələrini vermişdir. [9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Fransa Akademiyası. 1635.
- ↑ 1 2 Hankins T. L. Jean d'Alembert: Science and the Enlightenment. 1990.
- ↑ 1 2 https://books.google.de/books?id=pedJAgAAQBAJ&pg=PA276&lpg=PA276&dq=d%27alembert+%22Russian+Academy+of+Sciences%22&source=bl&ots=PgXmoZ-KfX&sig=15RdLyxJki30YmI0pbPviK4B0t0&hl=en&sa=X&ved=0ahUKEwj7xqvUwMjXAhVSFOwKHQDkBUgQ6AEIQDAH#v=onepage&q=d'alembert%20%22Russian%20Academy%20of%20Sciences%22&f=false.
- ↑ 1 2 М. Д'Аламбер (rus.). // Энциклопедический лексикон СПб: 1838. Т. 15. С. 307–308.
- ↑ Аламбер, Жан (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 350.
- ↑ Alembert, Jean le Rond d' (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 1. P. 539–540.
- ↑ "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.605
- ↑ 1 2 Dalamber// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 248-249.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 16 noyabrda doğulanlar
- 1717-ci ildə doğulanlar
- Parisdə doğulanlar
- 65 yaşında vəfat edənlər
- 29 oktyabrda vəfat edənlər
- 1783-cü ildə vəfat edənlər
- Parisdə vəfat edənlər
- Parisdə dəfn olunanlar
- Paris Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Fransa Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- Sankt-Peterburq Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Fransa riyaziyyatçıları