Jorj Küvye

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jorj Küvye
Doğum adı Jean Léopold Nicolas Frédéric Cuvier
Doğum tarixi 23 avqust 1769(1769-08-23)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 13 may 1832(1832-05-13)[3][4][…] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vəba
Dəfn yeri
Elm sahələri Müqayisəli anatomiya, zoologiya[1], paleontologiya[1], təbiət elmləri[1]
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jorj Leopold Küvye (fr. Jean Léopold Nicolas Frédéric Cuvier; 23 avqust 1769[2][3][…], Monbelyar[d][2][6]13 may 1832[3][4][…], Paris[6]) — fransız təbiətşünası, naturalist, "paleontologiya elminin və müasir müqayisəli anatomiyanın atası", Fransa Coğrafiya Cəmiyyətinin üzvü, Frederik Küvyenin qardaşı.

Jorj Leopold Küvye 23 avqust 1769-cu ildə, o zaman Vürtemberqə məxsus olan Mempelqard (Mömpelgard və ya Montbéliard) şəhərində anadan olmuşdur. O, burada dini məktəbdə təhsil alırdı (Küvyenin ailəsi protestant idi) və din xadimi olmaq istəyirdi, lakin oxuduğu gimnaziyanın direktorunun ona olan nifrəti Jorjun sonrakı taleyinə də ciddi təsir göstərdi. Sonralar Jorj Küvye Ştutqartda Karolin (Karlsschule) akademiyasına daxil olmuş, burada o, hələ uşaqlıq dövründən meyil göstərdiyi təbiətşünaslıqla daha dərindən tanış olmaq imkanı verən kameral biliklər fakultəsini seçmişdir.

1788-ci ildə Küvye Normandiyada Fikkenvill qalasında qraf d’Erisinin yanında ailə müəllimi işləyərkən bu qalanın dənizin yaxınlığında olmasından istifadə edərək dəniz canlılarının tədqiqi ilə məşğul olurdu. Abbat Anri Aleksandr Tesse ilə ilə tanış olan Küvye onun xahişi ilə Tessenin rəhbərlik etdiyi hospitalın həkimləri üçün botanikadan mühazirələr oxumuşdur. Tessenin vasitəçiliyi ilə Küvye Paris alimləri ilə tanış olmuş, onların dəvətilə Parisə getmiş və burada 1795-ci ildə mərkəzi Panteon məktəbində professor vəzifəsini tutmuşdur. Küvye Parisdə Kral Nəbatət Bağının müqayisəli anatomiya müəllimi Jan-Klod Mertrünün köməkçisi təyin edildikdən az sonra, 1796-cı ildə Milli İnstitutun üzvü təyin edildi, 1800-cü ildə Collège de France məktəbində təbii tarix fakültəsinin müdiri, 1802-ci ildə Mertrünün ölümündən sonra isə Kral Nəbatət Bağında müqayisəli anatomiya kafedrasının müdiri vəzifəsinə təyin edildi. 1809–1811-ci illərdə yenidən imperiyaya birləşdirilən ərazilərdə tədris prosesini təşkil etdi, sonralar dövlət şurasında xidmət etmiş və ona 1822-ci ildə dini fakultələrdə protestantlar üzərində nəzarət tapşırılmışdır.

Küvye Fransa Akademiyasının üzvü olmuş, Fransa kralı Lui Filippin dövründə Fransanın peri olmuşdu. Peterburq Elmlər Akademiyasının əcnəbi fəxri üzvü (1802)[8], London Kral Cəmiyyətinin əcnəbi üzvü (1806) idi.

Jorj Küvye 13 may 1832-ci ildə vəfat etmişdir. Onun adı Eyfel qülləsinin birinci mərtəbəsindəki binada asılan Fransanın dahi alimlərinin siyahısına daxil edilmişdir.

1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfindəki kraterlərdən birinə Jorj Küvyenin adını vermişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Jorj Küvye paleontologiya elminin və müasir müqayisəli anatomiyanın əsasını qoymuşdur. Elm tarixində ilk dəfə olaraq o, müxtəlif heyvanların orqanlarını öyrənmiş, müqayisə etmiş, quruluşunu və funksiyalarını müəyyənləşdirmişdir. Bu əlamətlərə görə o, heyvanları dörd tipə bölmüşdür: onurğalılar; yumşaqbədənlilər, buğumlular, şüalılar. Bu bölgü müasir sistematikanın əsasını təşkil edir.

Küvyenin dünya elmi qarşısında ən böyük xidməti onurğalı heyvanlar paleontologiyasını yaratmasıdır. Yerin müxtəlif qatları və onlardan tapılmış onurğalı heyvanların qalıqları arasındakı əlaqəni aşkar etməklə, Küvye tarixi geologiya elminin banilərindən biri olmuşdur.

Küvye Paris Kral Nəbatət Bağının nəzdində olan Təbiət tarixi muzeyində çalışarkən, orada məşhur Monmartr təpəliyində işlənən gips yatağından toplanmış onurğalı heyvan sümüklərinin kolleksiyasını tətqiq etmişdir. O, nizamsız yığılmış sümük topasında hər bir sümüyə uyğun olan digər sümükləri seçmiş, keçmişdə yaşamış və o zamana qədər məlum olmayan heyvan skeleti yaratmışdır. Sonradan gips yatağında həmin heyvanın bütöv skeleti tapılmışdır. Beləliklə, Küvye biologiya elminin əsas qanunlarından birini-orqanların üzlaşması qanununu kəşf etmişdir. Küvye bu qanunu belə ifadə etmişdir: "Hər bir varlıq özünün istənilən hissəsinin qırığından tanına bilər". Başqa sözlə desək, yırtıcı dişli heyvanlarda buynuz və dırnaq, otyeyənlərdə isə caynaq ola bilməz. Bu kəşfin nəticəsi o oldu ki, ilk zamanlar "təbiətin oyunu" hesab olunan orqanizm qalıqları ciddi və dəqiq elmi-tədqiqat obyektinə çevrilir.

1812-ci ildə Jorj Küvyenin ən məşhur əsərlərindən biri-"Yer kürəsinin səthi üzərində çevrilişlər və onların heyvanlar aləmində yaratdığı dəyişikliklər" əsəri çap olundu. O, bu əsərində göstərirdi ki, Yer tarixində, indi olduğu kimi, təbii qüvvələrin təsir etdiyi sakit epoxalar və qısa müddətli, çox güclü qüvvələrin təsir göstərdiyi fəlakət epoxaları bir-birini əvəz etmişdir[9]. Fəlakətlər Yer üzərindəki bütün canlıları məhv edərək, onun bütün simasını dəyişdirmişdir.[10] Sonradan sakitlik bərqərar olmuş, fəlakətin təsir dairəsindən kənarda qalan yerlərdə qorunub salamat qalmış növlər geniş ərazilərə yayılmış, Yerdə həyat bərpa olunmuşdur.[11]

Küvyenin fikrincə, fəlakətlər çox geniş əraziləri əhatə etsə də, ümumdünya miqyaslı olmamışdır. Başvermənin səbəb və xarakterləri məlum olmasa da, onlara aydınlıq gətirmək mümkündür.

Küvyenin fəlakətlər nəzəriyyəsi müasirləri içərisində özünə çoxlu tərəfdarlar topladı, bu nəzəriyyəni qəbul etdilər, lakin yeni kəşflər, xüsusilə də, ingilis geoloqu Çarlz Layelin tədqiqatları fəlakətlər nəzəriyyəsinin öz əhəmiyyətini itirməsinə gətirib çıxartdı.

Küvye təkamül nəzəriyyəsini qəbul etmirdi, lakin özünün paleontoloji tədqiqatları ilə təkamül nəzəriyyəsinin meydana gəlib, inkişaf etməsinə kömək edirdi. Elm tarixini tədqiq edən alimlər təsdiq edirdilər ki, təkamül nəzəriyyəsi üçün Küvye bu nəzəriyyəni qəbul etmiş bir çox müasirlərindən çox iş görmüşdür.

  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Georges Léopold Chrétien Frédéric Dagobert Cuvier // KNAW Past Members (ing.).
  5. 1 2 list of professors at Collège de France.
  6. 1 2 3 4 www.accademiadellescienze.it (it.).
  7. Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 118.
  8. Советский энциклопедический словарь / Гл. ред. А. М. Прохоров. — М.: Сов. энциклопедия, 1986. — С. 679. — 1600 с. — 2 500 000 экз. — ISBN ИБ№ 115
  9. Cuvier, G. (Baron) (1827). Essay on the Theory of the Earth, 5th, London: T. Cadell
  10. Кювье Ж. Л. Рассуждение о переворотах на поверхности земного шара Arxivləşdirilib 2022-08-20 at the Wayback Machine
  11. Baron Georges Cuvier A Discourse on the Revolutions of the Surface of the Globe. Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
  • Кювье Ж. Рассуждения о переворотах на поверхности земного шара. М. – Л., 1937
  • Канаев И.И. Жорж Кювье. Л., 1976
  • Вагнер Н. Жорж Кювье и Этьен Жоффруа Сент-Илер. Казань, 1860
  • Канаев И.И. Жорж Кювье. 1769–1832. Л., 1976
  • Федорова М.М. Философы Франции. Словарь. – Под общей редакцией И.И.Блауберг, М., 2008
  • Lee, "Memoires of Baron Cuvier" (Лондон, 1833);
  • Pasquier. "Eloge de Cuvier" (П., 1833);
  • Ducrotay de Blainville, "Cuvier et Geoffroy St.-Hilaire" (в "Biographies Scientifiques", Париж, 1890);
  • Энгельгард, "Жорж Кювье" (в издании Павленкова: "Жизнь замечательных людей. Биографическая библиотека", 1893).
  • Амлинский И. Е. Жоффруа Сент-Илер и его борьба против Кювье. — М., 1955.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]