Karaqanda Dövlət Tibb Universiteti
Karaqanda Dövlət Tibb Universiteti | |
---|---|
Қарағанды медицина университеті | |
Əsası qoyulub | 1950 |
Tip | Dövlət |
Şəhər | Karaqanda şəhəri |
Ölkə | |
Ünvan | 100008,Karaqanda, Qoqol küçəsi, 40, KDTU. |
Sayt | kgmu.kz |
Karaqanda Dövlət Tibb Universiteti (qaz. Қарағанды мемлекеттік медицина университеті) — Qazaxıstanın Karaqanda şəhərində fəaliyyət göstərən ali tibb müəssisəsi. Universitet 1950-ci ildə təsis edilmişdir. 1997-ci ildə Karaqanda Dövlət Tibb Akademiyası olaraq adlandırılmışdır. 2008-ci ildə Qazaxıstan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi reytinqdə tibb universitetləri arasında 2-ci, Qazaxıstanın 60 universiteti arasında isə 8-ci yeri tutmuşdur[1].
Mövcud vəziyyət
[redaktə | mənbəni redaktə et]2009-cu ildən Universitet statusu daşıyır. KDTU MDB məkanında ilk tibb məktəbi olaraq 2005-ci ildə uğurla Böyük Britaniyanın National Quality Assurance Limited orqanının ISO 9001-2000 keyfiyyət idarəetmə sistemi tələblərinə cavab verərək sertifikata layiq görülmüşdür.
Universitetdə qazax, rus və ingilis dilində tədris həyata keçirilir. Universitet xüsusi müalicə, pediatriya, tibbi və profilaktik iş, stomatologiya, əczaçılıq, Şərq təbabəti kimi sahələrdə təhsil xidmətləri göstərir. 2007-ci ilə Dövlət Standartlarına uyğun olaraq "Ümumi Tibb", "Stomatologiya", "Əczaçılıq", "Xalq Sağlamlığı" ixtisasları üzrə yeni tələblər tətbiq edilmişdir.
Tibb Kolleci
[redaktə | mənbəni redaktə et]Karaqanda Dövlət Tibb Universiteti nəzdində Tibb Kolleci 2002-ci ildə açılmışdır. Dərslər KDTU-nin şöbələrində və Karaqandadakı tibb və profilaktik müəssisələrin klinik bazalarında aparılır. Kollecdə təhsil 8 ixtisas üzrə qazax və rus dillərində aparılır. 2015-ci ildən 2016-cı ilədək kollec normativ-hüquqi akta müvafiq olaraq fəaliyyətini dayandırmışdı. 2017-ci ildə Karaqanda Dövlət Tibb Universiteti rəhbərliyi kollecin fəaliyyətini yenidən bərpa etdi. Hazırda da kollecdə 8 ixtisas üzrə tibbi mütəxəssis hazırlanır.