Kavalalı İbrahim Hilmi Paşa
İbrahim Hilmi Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qahirə, Misir əyaləti, Osmanlı imperiyası |
Vəfat tarixi | (24 yaşında) |
Dəfn yeri | İmam Şafii məzarlığı, Qahirə, Misir əyaləti |
Atası | I Abbas Hilmi Paşa |
Anası | Mehvəş xanım |
Həyat yoldaşı | Münirə Sultan |
Uşaqları |
Əminə İlhami Zeynəb İlhami Tövhidə İlhami |
Ailəsi | Kavalalı ailəsi |
Dini | Sünni, İslam |
Kavalalı İbrahim Hilmi Paşa və ya İbrahim İlhami Paşa (d. 3 yanvar 1836 - ö. 9 sentyabr 1860) — Osmanlıların Misir və Sudan hakimi I Abbas Hilmi Paşanın böyük oğlu.
Həyatı
[redaktə | mənbəni redaktə et]3 yanvar 1836-cı ildə Qahirədə dünyaya gəldi. Atası Osmanlıların Misir və Sudan hakimi Abbas Hilmi Paşa, anası isə onun xanımlarından Mehvəş xanımdır. 1849-cu ildə möhtəşəm bir mərasimlə sünnət edildi. 1854-cü ilin martında İstanbuldan göndərilən bir elçi Osmanlı sultanı Əbdülməcidin, 10 yaşlı qızı Münirə Sultanı Misir hakiminin oğluyla nişanlamaq istədiyi bildirdi. Verilən bu qərardan məmnun olduğunu bildirən atası Abbas Hilmi Paşa dərhal hazırlıqlara başladı. Cütlüyün həmin ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi. Gəlinə nişan hədiyyəsi olaraq olduqca dəyərli ziynət əşyaları, Çindən gətirilən çini qablar və ətirlər təqdim edildi.
Ancaq bir neçə ay sonra Abbas Hilmi Paşanın anidən sui-qəsdlə öldürülməsi hər şeyi alt-üst etdi (13 iyul 1854). İbrahim Paşa saray əyanları tərəfindən Misir hakimiyyətinə gətirilməyə cəhd edilsə də, ailənin yaşca böyük nümayəndəsi olan Səid Paşa ilə girişdiyi 8 günlük mübarizədə məğlub oldu və İstanbula qaçdı. Qalan həyatını İstanbulda yaşayan İbrahim Paşanın toy mərasimi üçün vaxt itirilmədi və cəmi 1 ay sonra - 10 avqustda Baltalimanı sahilsarayında mərasim baş tutdu. Ancaq gəlin hələ 10 yaşında idi və bu səbəblə həddi-büluğa çatması gözlənildi. Bu müddət ərzində İbrahim Paşanın bir çox xanımla münasibəti və onlardan övladları dünyaya gəlmişdi. Cütlüyün bir araya gəlmələri isə 31 iyul 1857-ci ildə Fındıqlı sarayında keçirilən kiçik yığıncağın ardından baş tutdu. Münirə Sultanla olan bu nigahından övladı olmayan İbrahim Paşa 9 sentyabr 1860-cı ildə Bosfor boğazındakı bir dəniz qəzasında həlak oldu. Bir neçə gün sonra tapılan cənazəsi Qahirəyə aparıldı və İmam Şafii türbəsi yaxınlığındakı ailə məzarlığına dəfn edildi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Xanımları
[redaktə | mənbəni redaktə et]- Münirə Sultan (d. 10 dekabr 1844 - 29 iyun 1862)
- Nəsrin Qadınəfəndi (ö. 1871)
- Çeşmi-ahu Qadınəfəndi (ö. 1905)
- Aşiqbayran Qadınəfəndi (ö. 1878)
Qız övladları
[redaktə | mənbəni redaktə et]- Əminə İlhami xanım (d. 24 may 1858 - ö. 19 iyun 1931)
- Zeynəb İlhami xanım (d. 29 dekabr 1859 - ö. 17 may 1918)
- Tövhidə İlhami xanım (d. 1860 - ö. 1882)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Fuess, Albrecht; Hartung, Jan-Peter (June 3, 2014). Court Cultures in the Muslim World: Seventh to Nineteenth Centuries. Routledge. p. 252. ISBN 978-1-136-91781-3
- Cuno, Kenneth M. (April 1, 2015). Modernizing Marriage: Family, Ideology, and Law in Nineteenth- and Early Twentieth-Century Egypt. Syracuse University Press. p. 35. ISBN 978-0-815-65316-5
- Toledano, Ehud R. (February 13, 2013). State and Society in Mid-Nineteenth-Century Egypt. Cambridge University Press. p. 53. ISBN 978-0-521-53453-6
- Warner, Jayne L. (2001). Cultural Horizons: A festschrift in honor of Talat S. Halman, Volume 1. Syracuse University Press. p. 161. ISBN 978-0-815-68132-8
- Isin, Mary (January 8, 2013). Sherbet and Spice: The Complete Story of Turkish Sweets and Desserts. I.B.Tauris. p. 48. ISBN 978-1-848-85898-5
- Lewis, Reina; Micklewright, Nancy (July 1, 2006). Gender, Modernity and Liberty: Middle Eastern and Western Women's Writings: A Critical Sourcebook. I.B.Tauris. p. 186. ISBN 978-1-860-64956-1
- McWilliams, Mark (July 1, 2012). Celebration: Proceedings of the Oxford Symposium on Food and Cookery 2011. Oxford Symposium. p. 154. ISBN 978-1-903-01889-7
- Pakalın, Mehmet Zeki (1954). Osmanli tarih deyimleri ve terimleri sözlüğü, Volume 3. Millî Eğitim Basımevi. p. 349
- Badem, Candan (2010). “The” Ottoman Crimean War: (1853 - 1856). BRILL. pp. 320 n. 96. ISBN 978-9-004-18205-9
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. p. 623. ISBN 978-9-753-29623-6
- Mülayim, Selçuk; Akşit, İlhan (2005). Turkish Art and Architecture in Anatolia & Mimar Sinan. Akşit. p. 195. ISBN 978-9-757-03922-8
- Tugay, Emine Foat (1963). Three Centuries: Family Chronicles of Turkey and Egypt. Oxford University Press. p. 100
- Hassan, Hassan (2000). In the House of Muhammad Ali: A Family Album, 1805-1952. American Univ in Cairo Press. p. 103. ISBN 978-9-774-24554-1
- Malortie, Karl Von (1882). Egypt: Native Rulers and Foreign Interference. W. Ridgway. pp. 300–301
- İstanbul su külliyâtı: Vakıf su defterleri: Bogazici ve Taksim sulari 2 (1813-1928). 1997. p. 83. ISBN 978-9-758-21504-1