Kebrada-de-Umauaka

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kebrada de Humahuaka
Kebrada-de-Umauaka [* 1]
Ölkə  Argentina
Tip Mədəni
Kriteriya ii, iv, v
Keçid 1116
Daxil edilməsi 2003  (27-ci sessiya)
Kebrada de Humahuaka xəritədə
Kebrada de Humahuaka
Kebrada de Humahuaka


Kebrada-de-Umauaka (isp. La Quebrada de Humahuaca) — Argentinanın şimal-qərbində yerləşən Buenos Ayresdən 1,649 kilometr (1025 mil) şimalda dar vadi. Şimalcənub istiqamətində uzanan 155 km (96 mil) uzunluqluğundakı vadi şimal və qərbdə Altiplano, şərqdə And dağları və cənubda isti vadilər (Valles Teplados) ilə əhatə olunmuşdur.

Kebrada adı (hərfi mənada "qırıq") dərin dərə və ya yarğan deməkdir. Umauaka adı, 11,000 əhalisi olan kiçik bir şəhərdən gəlir. Böyük çay (isp. Rio Grande) qışda quruyur, yayda isə Kebrada boyunca axır.

Bölgə iqtisadi, sosial və mədəni tranzit nöqtəsidir. Əhəmiyyətli tarixdən öncəki xarabalıqların kəşfi ilə bölgənin ilk ovçu yığan icmalardan bəri 10 min ildir ki, məskunlaşdığı qənaətinə gəlinmişdir. V əsrdə İnk İmperiyası yarımada döyüşləri zamanı Rio-de-la-Plata vitse-krallığı ilə Peru krallığı arasındakı karvan yolu idi.

Kebrada-de-Umauaka 2 iyul 2003-cü ildə YUNESKO tərəfindən Dünya İrsi elan edilmişdir.[1]

  1. "Quebrada de Humahuaca" (İngilis). unesco.org. 2019-06-10 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]