Kelud vulkanı
Alimlər Kelud vulkanının püskürmə təhlükəsinin real olduğunu bildirirlər. İndoneziya dakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər.
Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər.
1919
[redaktə | mənbəni redaktə et]Ən dağıdıcı püskürmə isə 1919-cü ildə qeydə alınıb. O zaman baş verən güclü partlayış yüzlərlə yaşayış məntəqəsini dağıtmış və 5160 insanın həyatına son qoymuşdu.
1990
[redaktə | mənbəni redaktə et]Xatırladaq ki, dünyanın ən fəal vulkanlarından olan Kelud vulkanı 1990-cı ildə püskürmüşdü və həmin vaxt onlarla insan tələf olmuşdu.
2007
[redaktə | mənbəni redaktə et]17.10.2007
[redaktə | mənbəni redaktə et]İndoneziyadakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər.
21.10.2007
[redaktə | mənbəni redaktə et]İndoneziyanın ən təhlükəli vulkanı sayılan Keludun püskürməsi nəticəsində ətrafa yayılan zəhərli qazlardan xeyli insan zəhərlənib. Vulkanın püskürmə bölgəsinə xeyli xilasedici və tibb işçiləri cəlb edilsə də onlar tibbi avadanlıq və dərman çatışmazlığından əziyyət çəkdiklərini bildiriblər. Onların sözlərinə görə, əllərində sadəcə baş, mədə, qrip əleyhinə sadə dərmanlar olduğundan onlar vəziyyəti ağır olan xəstələrə lazımi köməklik göstərə bilmirlər. Tibb işçilərinin verdiyi məlumata görə, zəhərli qazlar əsasən nəfəs yollarında problemlər yaratdığı üçün qazlardan zəhərlənən insanlar rahat nəfəs ala bilmirlər. Qeyd edək ki, mütəxəssislər püskürmənin belə fəsadlara yol açacağı barədə yerli nümayəndələrə məlumat vermiş və ərazini təcili tərk etməyi məsləhət görmüşdülər.