Kimya Əlizadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kimya Əlizadə
fars. کیمیا علیزاده زنوزی
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi (26 yaş)
Doğum yeri Kərəc, İran
Boyu 1,8 ± 0,01 m
Çəkisi 69 kq
İdman növü Taekvondo
Rəsmi saytı
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kimya Əlizadə (fars. کیمیا علیزاده زنوزی‎; 10 iyul 1998) — əslən azərbaycanlı İran taekvondoçusu. İranın idman tarixində Olimpiya medalı əldə edən ilk qadın idmançı.[1][2]

1998-ci ildə İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur.[3] Atası Təbriz şəhərinin yaxınlığında yerləşən Zunuz şəhərindən, anası isə Ərdəbil şəhərindəndir.[3]

Kimya 2014-cü ildə Taybeydə keçirilən Gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb.[4] Eyni ildə Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağı bacarıb. O, ilk döyüşdə seneqallı Elsa Nqassanı 23:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. Növbəti rəqibinə — belçikalı Amber Pannemansa da şans verməyib — 15:2. Yarımfinalda isə kolumbiyalı Nataliya Qomezi 12:2 hesabı ilə üstələyərək, adını finala yazdırıb. Həlledici görüşdə isə Kimya Rusiya taekvondoçusu Yuliya Turutinanı 10:7 hesabı ilə üstələyərək, çempion olub.[4]

Kimya 2015-ci ildə Çelyabinsk şəhərində keçirilən Dünya Çempionatında və 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.[4]

2017-ci ildə Cənubi Koreyanın Muju şəhərində keçirilmiş Dünya Çempionatında gümüş medal qazanıb.[5] O, final görüşündə Kot-d'İvuar təmsilçisi Rut Qbaqbiyə 19:9 hesabı ilə məğlub olub.

2020-ci ildə İran hakimiyyəti onun uğurlarını şəriətlə əlaqələndirdiyinə görə, mühacir kimi Avropaya köçüb.[6]

  1. "Teenager Alizadeh wins first women's Olympic medal for Iran". Dailymail. 19 Avqust 2016. 2016-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Avqust 2016.
  2. "روز تاریخی زنان ایران در المپیک؛‌ علیزاده اولین زن مدال‌آور از ایران شد". BBC. 19 Avqust 2016. 2018-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Avqust 2016.
  3. 1 2 "شفاف‌سازی نام و اصالت کیمیا علیزاده از زبان پدرشان" (fars). kimiaalizadeh.ir. 2018-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-05.
  4. 1 2 3 "ALIZADEH ZENOORIN, Kimia". Taekwondodata.com. 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
  5. "Iran win four medals at World Taekwondo Championships". Tehrantimes.com. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30.
  6. APA TV. "İranın yeganə qadın olimpiya medalçısı ölkəni tərk etdi" (az.). Youtube.com. 13.01.2020. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]