Konotop
Şəhər | |
Konotop | |
---|---|
ukr. Конотоп | |
51°13′ şm. e. 33°12′ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Vilayət | Sumı vilayəti |
Mer | Artyom Semenixin[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVII əsr |
İlk məlumat | 1634 |
Əvvəlki adı | Novoselitsa[2] |
Sahəsi | 43.78[3] |
Mərkəzin hündürlüyü | 171 m |
İqlimi | Mülayim kontinental |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 88 252[4] nəfər (2015) |
Sıxlığı | 2015.8 nəf./km² |
Aqlomerasiya | 91 956[5] |
Milli tərkibi | ukraynalılar, ruslar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 5447 |
Poçt indeksi | 41600 |
Nəqliyyat kodları | BM, HM / 19 |
Digər | |
Official website | |
Vikianbarda əlaqəli mediafayllar |
Konotop (ukr. Конотоп) — Ukraynanın şimalındakı Sumı vilayətində yerləşən şəhər, eyniadlı rayonun idarəetmə mərkəzi.
Konotop şəhəri Sumıdan 129 km məsafədə yerləşir. Şəhər ərazisində Konotop aerodromu yerləşir.
Tarix
[redaktə | mənbəni redaktə et]Bu ərazidə ilk dəfə olaraq XVII əsrin əvvəllərində kazaklar məskən salmışlar. Yaşayış məntəqəsinin adına ilk dəfə 1634-ci ildə müxtəlif mənbələrdə Novoselitsa olaraq rast gəlinmişdir. 1642-ci ildə polyaklar burada qala tikmiş və həmin qalanı bu ərazinin yaxınlığından keçən çayın adı ilə Konotopka adlandırmışlar. Bu qala sonralar Moskva dövlətinə qarşı mübarizədə istehkam vasitəsi olaraq mühüm rol oynamışdır.
1659-cu ildə şəhərin yaxınlığında baş tutan Konotop döyüşü zamanı İvan Vıqovskinin rəhbərliyi altında olan kazaklar (polyaklar və krım tatarları ilə birlikdə) Çar Rusiyası qoşunlarını məğlubiyyətə uğratmışdır. 1782-ci ildə Konotop şəhər statusu almışdır.
İkinci dünya müharibəsi ərzində şəhər 3 sentyabr 1941-ci ildən 6 sentyabr 1943-cü ilə qədər alman qoşunlarının işğalı altında qalmışdır. Buna görə də, Konotopda hər il 6 sentyabr şəhər günü kimi qeyd olunur.[6]
2015-ci ildə Svoboda partiyasının üzvü olan Artyom Semexin şəhərin meri vəzifəsinə seçilmişdir.
İqtisadiyyat və nəqliyyat
[redaktə | mənbəni redaktə et]Konotop vacib mühəndislik, ərzaq istehsalı və nəqliyyat mərkəzidir. Şəhər ərazisindən müxtəlif dəmiryolu xətləri keçir: Moskva-Kiyev, Simferepol-Minsk, Baxmaç-Kiyev, Bryansk-Sumı. Konotop şəhəri Ukraynada tramvay sisteminə görə, ən kiçik şəhər hesab olunur.
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]Qalereya
[redaktə | mənbəni redaktə et]-
Müqəddəs Nikolas kilsəsi
-
Askensiyon kilsəsi
-
General Mixail Draqomirovun imarəti
-
Şəhərdə olan at heykəli
-
Qədim şəhər
-
Konotop Dəmiryolu Hospitalı
-
Məktəb
-
Köhnə məktəb binası
-
Tramvay xətti
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Новый мэр Конотопа". 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ "История герба Конотопа". 2012-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ "Офіційна сторінка міста Конотоп на сайті Верховної Ради України". 2018-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ "Государственный комитет статистики Украины. Сборник: Численность населения Украины на 1 января 2015 года. Киев 2015. Ответственная за выпуск Тимошенко Г. М. (doc)". 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ "Численность населения Сумской области на 1 марта 2016 года и средняя численность в января — феврале 2016 года". 2017-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ "Конотоп — где сбываются мечты, и колдует ведьма". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.