Korneli Nepot

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Korneli Nepot
lat. Cornelius Nepos
Doğum tarixi təq. e.ə. 100[1]
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 25[1]
Vəfat yeri
Atası bilinmir
Anası bilinmir
Fəaliyyəti yazıçı, bioqraf, şair, tarixçi
Əsərlərinin dili latın dili
Janrlar tarixşünaslıq
bioqrafiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Korneli Nepot (lat. Cornelius Nepos; təq. e.ə. 100[1], Paviya[2]təq. e.ə. 25[1], Roma) — Qədim Roma tarixçisi və bioqrafı, Mark Tulli Siseronun müasiri.

Korneli Yuxarı İtaliyalı olub.[3] Onun dostları arasında Tit Pomponi Attik, Siseron (tanrı ilə müqayisə edib Nepotu "ölümsüz" adlandırmışdır)[4], Qay Valeri Katul (şeir kitabını Nepota həsr etmişdir) var idi. Siseronun bir məktubu sayəsində Kornelinin eramızdan əvvəl 44-cü il noyabr ayının birinci yarısında qəfil vəfat edən oğlu olduğu məlumdur.[5]

Sevgi şeirlərindən əlavə ilk böyük əsəri e.ə. təxminən 54-cü ildə üç kitabda yazılmış "Xronika" olmuşdur, əsər Yunanıstan və Roma tarixində baş verən ən əhəmiyyətli hadisələri qarşılaşdıran sinxron cədvəldən ibarət idi.

Sonrakı əsərləri Mark Terentsi Varronun təsiri altında yazılmışdır, onlar əsasən mədəni tarix və mənəviyyat təbliqatı mövzularında idilər. Buraya beş "Exempla" kitabı, Böyük Katon və Mark Tulli Siseronun ətraflı tərcümeyi-halı və xüsusən də son və ən geniş əsəri "Məşhur şəxslər haqqında" daxil idi. Sonuncu romalılar və özgə xalqlar nümayəndələrinin paralel tərcümeyi-hallarından bəhs edən təxminən 16 kitabdan ibarət idi.

Bundan əlavə, "Latın tarixyazanları haqqında" (lat. De latinis historicis) və "De excellentibus ducibus exterarum gentium" kitablarından parçalar günümüzə qədər saxlanmışdır.

Sadə və düzgün üslubu sayəsində Kornelinin əsərləri ənənəvi olaraq Qay Yuli Sezarın "Qal müharibəsi haqqında yazılar" əsəri ilə yanaşı Latın dilinin öyrədilməsində istifadə olunurdu.

Nepot "Si vis pacem, para bellum" (latın dillindən tərcümədə "sülh istəyirsənsə, müharibəyə hazır ol") məşhur ifadəsinin müəllifi kimi göstərilir.

Qədim ənənə

[redaktə | mənbəni redaktə et]

Avsoni Nepotun Tsizalp Qalliyasında anadan olduğunu təsdiq edir, Böyük Plini isə onu "Padi accola" (Po çayının sakini) adlandırmışdır).[6] Yevsevi Nepotun Avqustun hakimiyyətdə olduğu dördüncü ilində yaşadığını qeyd edir; yəqin ki, əsərləri məhz ozaman tənqidçilərin nüfuzunu qazanmağa başlamışdır. Böyük Plini Nepotun Avqustun hakimiyyəti dövründə öldüyünü qeyd edir.[7]

Nepotun əsərlərinin demək olar ki, hamısı itmişdir, ancaq digər müəlliflərin əsərlərində onlardan bir neçəsinə işarə olunmuşdur. Avl Gelliyin "Attika gecələri" əsəri bu mənada xüsusi əhəmiyyət daşıyır.

  • Xronika (lat. Chronica)
  • Exempla, Valeri Maksim üslubunda hekayələr toplusu
  • Siserona məktublar (lat. De Vita Ciceronis)
  • Böyük Katonun həyatı
  • Məşhur şəxslər haqqında (lat. De viris illustribus)
  • Siseronun məktubları (lat. Epistulae ad Ciceronem), bir parçası Laktansiusda saxlanmışdır ("Divinarum Institutionum Libri Septem", III.15). Onların rəsmi olaraq yayımlanması məlum deyil.
  • Özgə xalqların görkəmli sərkərdələri haqqında (lat. De excellentibus ducibus exterarum gentium)
  • Latın tarixçiləri haqqında (lat. De latinis historicis)
  • erotik şeirlər
  • Daret Frigiyalıın Troya dağılması haqqında povest (lat. Daretis Phrygii de excidio Trojae historia) (Nepotun ön sözü ilə latın dilinə tərcümə)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. Kiçik Plini. Məktbuları, IV, 28 (1);
  4. Mark Tulli Siseron. Attikə, DCCLXX [XVI, 5], (5);
  5. Mark Tulli Siseron. Attikə, DCCCV [XVI, 14], (3);
  6. Təbii tarix (Plini). Kitab III, səh. 127
  7. Təbii tarix (Plini). Kitab IX, Kitab X