41°36′52″ şm. e. 46°22′49″ ş. u.HGYO

Kortala

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kortala
41°36′52″ şm. e. 46°22′49″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 213 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Kortala xəritədə
Kortala
Kortala

KortalaAzərbaycan Respublikasının Balakən rayonunun Kortala kənd inzibati ərazi dairəsində kənd.[1]

Kəndin adı türk dilindəki kora (təzə doğulmuş quzuların saxlandığı yer) və tala (meşədə açıq sahə)komponentlərindən düzəlib. Kəndin ərazisi keçmişdə maldarların qışlaq yeri olmuş, ona görə də kənd belə adlandırılmışdır.[2]

Kortala kəndinin tarixi hələ eramızdan əvvəllərə gedib çıxır. Kortala kəndinin dəqiq tarixi məlum olmasa da, kənd tarixini iki hissəyə bölmək olar. İlkin dövr və müasir dövr. İlkin dövr eramızdan əvvəl VII–IV yüzilliklərə aid arxeolojo tapintilardan məlum olur ki, bu ərazilərdə məskunlaşma olmuşdur. Sonuncu məskunlaşma isə, XVIII əsrin əvvəllərinə təsadüf edir. Bunu kəndin mərkəzindəki qəbiristanlıqdakı XVIII əsr qəbirlərinə nəzərən demək olar. Kortala kəndinin əhalisi bu ərazilərdə bir neçə dəfə məskunlaşmaq məcburiyyətində qalmışdılar. Belə ki, bu əraziləri dəfələrlə su basmalarə və müharibələr, yaşayış yerlərini tamamilə dağılmış, əhali başqa ərazılərə köç etmək məcburiyyətində qalmışdı. Bir müddət keçdikdən sonra həmin ərazi meşələrlə örtülmüşdü. Qazıntılar zamanı torpaq qatlarının incələnməsi nəticəsində məlum olur ki, bu cür yaşayış yerləri tarix ərzində bir neçə dəfə yenilənmişdir. Kortala kəndi ərazisinə sonuncu köç XVIII əsrə təsadüf edir. Meşədə olan talalarda məskunlaşan əhali əsasən maldarlıq və əkinçiliklə məşğul olurdular. Kənd ağsaqqallarının dediklərinə görə, bu ərazidə ilk məskən salan kor bir kişi olduğundan bu əraziləri də Kortalası adlandırmışlar.

Kənd ərazisində kənd təsərrüfatı işləri zamanı aparılan kortəbii qazıntılar nəticəsində məlum olmuşdu ki, bu ərazilərdə yaşayış çox qədimlərə gedib çıxır. Belə ki, XX əsrin 50–60-cı illərində Katexçay sahillərində əkin sahələrinin genişləndirilməsi məqsədilə meşələrin qırılması və torpağın şumlanması zamanı torpaqdan çıxan insan və heyvan sümüklərinin qalıqları, həmçinin metal alət və silahlar, saxsı əşyalar üzə çıxmışdır. İnsan və heyvan sümüklərinin dağınıq formada yerləşməsi və həmçinin qədim silahların mövcudluğu sübut edir ki, bu ərazidə böyük hərbi əməliyyatlar getmişdir. Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Onda belə nəticəyə gəlmək olar ki, E.ə. 65-ci ildə Roma və Alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşlərdən biri məhz Kortala kəndi ərazisində olmuşdu. Qaravəlli və Kortala kəndlərinin inzibati sərhəddində, Katexçay sahilində isə qədim qəbiristanliq qalıqları üzə çıxmışdı. Bu da onu göstərir ki, burada yaşayış məskəni ta qədimlərdən mövcud olmuşdur.

2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Kortala kəndində "Xəncər itən Qobu" adlanan ərazidə arxeoloji kəşfiyyat işləri aparıb. Aparılmış qazıntılar nəticəsində Kortala kəndinin "Xəncər itən Qobu" adlanan hissəsində eramızdan əvvəl VII–IV yüzilliklərə aid bir neçə nekropol üzə çıxarılıb. Arxeoloji qazıntı aparılan 2 nekropoldan hər birində Qafqaz Albaniyasının antik dövr mədəniyyətini, sənətkarlığını əks etdirən onlarla saxsı qablar aşkar edilib. Burada dəfn kremasiya üsulu ilə həyata keçirilib. Dəfn edilənlər bükülmüş vəziyyətdədir, nekropolda aşkarlanan qablar isə buta və ay şəklində düzülüb. Dəfn edilənlərin üzərində misdən və müxtəlif daşlardan hazırlanmış çoxlu sayda zinət əşyaları aşkar edilib.

Hal-hazırda dövlət tərəfindən tarixi abidə kimi kənd məscidi qeydiyyata alınmışdır. Həmin məscid 1905-ci ildə inşa edildiyi göstərilır. Həmçinin kənddə XX əsrin 50–60-cı illərinə aid poçt binası (hal-hazırda baxımsız vəziyyətdədir, Kortala kəndi uşaq baxcası (Kənd Soveti idarə binası olmuşdur), Kənd xəstəxanası (Kortala kənd orta məktəbi olmuşdur).

Kənd ərazisində mədəniyyət evi, kitabxana, klub, tam orta təhsil məktəbi, uşaq bağçası, poçt, aptek, elektron telefon stansiyası, həkim məntəqəsi və digər məişət-iaşə obyektləri fəaliyyət göstərir.

Kənd ərazisində öyrənilməyə ehtiyac duyan bir cox qədim abidələr mövcuddur. Məsələn, Qarahacılı ərazisində əkin sahəsində qədim tunel mövcuddur. Kənd sakinlərindən bəziləri bu tunelə düşmüş, oradan saxsı məmulatları tapıb çıxarmışlar. Lakin, tunelin dərin olması onun dərinliklərinin kəşfinə maneəçiliklər törədir.

Digər bir araşdırılmaya ehtiyac duyan abidə isə, hazırda kənd mərkəzində ailə kəndli təsərrüfat torpağında yerləşən kirəncdən tikilmiş, eni 1 metr olan, uzunu isə hələ məlum olmayan divardi. Kənd əhalisi kortəbii olaraq qazıntılar aparsa da, bu işi yarımçıq qoymaq məcburiyyətində qalmışdılar. İlkin məlumatlara əsaslanaraq onu demək olar ki, bu divar hansısa böyük ölçülü tikilinin bir hissəsidir.

Başqa bir arxeoloji predmet isə, kəndin cənubunda meşəlik sahədə üzərində qaya parçası olan qəbirdir. Bu qəbirin əsas xüsusiyyəti ondan ibarətdir ki, qəbirdə mövcud olan insan sümüklərinin qalıqları arasında kəllə sümüyü tapılmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kortala kəndi Katexçayın sahilində Alazan-Əyriçay çökəkliyindədir.

Əhalisi 2996 nəfərdir.[mənbə göstərin] Əhalinin etnik tərkibi müxtəlifdir. Kənd əhalisinin əksəriyyəti azərbaycanlılar (muğallar-) və avarlardan ibarətdir. Kortala kəndinin əhalisi etnik baxımdan azərbaycanlılar (muğallar-türkləşmiş moğollar) üstünlük təşkil etməsinə bamayaraq, həmçinin, avarlar, buxadarlar və ingiloylar da məskunlaşmışdılar. Kortala kəndi Car-Balakən camaatlığında (Car, Balakən, Katex, Tala, Muxax və Cənik) "heç bir icmaya mənsub olmayan və bu icmalarda heç bir tabe kəndi olmayan" daha doqquz kənddən (Katex, Matsex, Qaracalı və b.) biri idi. Buna baxmayaraq kənd əhalisinin əksəriyyəti Katex (Gadıx) camaatlığı ilə birbaşa əlaqəlidir. Kortala kəndi Abbasovlar, Şirbidovlar, Eminlər, Butdaylar, Nəsiblər, Maxaralar, Duquşlar, Əlibəylər, Şirinlər, Gondollar, Hodoşlar, Kosalar, Nağılar, Qanzaylar, Şiblilər, Ziyadlar və s. nəsillərindən ibarətdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğul olur. Əkinçilik sahəsində əsasən dənli bitkilər (buğda, qarğıdalı, arpa), həmçinin tərəvəz və bostan bitkilərinə üstünlük verilir. Azərbaycanda torpaq islahatlarının keçirilməsi ilə əlaqədar keçmiş kolxoz və sovxoz əraziləri pay torpağı şəklində bölünərək fermer təsərrüfatları yaradılmışdı.

Kənd təsərrüfatının əsas hissəsini də, maldarlıq və arıçılıq tutur. Əsasən iri buynuzlu heyvanların yetişdirilməsinə üstünlük verilir. Buna baxmayaraq kənd təsərrüfatında xırda buynuzlu heyvanların da xüsusi çəkisi vardır. Sovet dövründə kənddə baramaçılıq və tütün bitkisi becərilməsi də mövcud idi.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Abbasov Abbas Məhəmməd oğlu — İctimai xadim, Xeyriyyəçi, Balakən şəhəri "Bülbül adına musiqi məktəbi" direktoru (1970–2007)
  • Butdayev Əhməd Hacı oğlu — İctimai xadim, Xeyriyyəçi, Kortala kənd 267 nömrəli aptekin müdiri (1961–1994)
  • Bayramova Nəcibə Qurban qızı — Xeyriyyəçi, Balakən rayonu "Kommunizm" Kolxozunun sədri (1980–1987)
  • Maral ŞirinovaSosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2. oktyabr 2002)[3]
  • Əsgər Hüseyinov — Şəhid
  • Əzim Həsənov — Şəhid
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. I cild, səh.286.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". «LegalActs» LLC (az.). legalacts.az. 02.10.2002. 2016-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.