Kreysfeld-Yakob xəstəliyi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kreysfeld-Yakob xəstəliyi | |
---|---|
XBT-10-KM | A81.00, A81.0 |
XBT-9-KM | 046.1[1][2], 046.19[2] |
OMIM | 123400 |
DiseasesDB | 3166 |
MedlinePlus | 000788 |
MeSH | D007562 |
Vikianbarda əlaqəli mediafayllar |
Kreysfeld-Yakob xəstəliyi — nadir rast gəlinən xəstəlikdir. Bu xəstəlik zamanı anormal zülali maddə beyində toplanır və məhz sinir hüceyrələrinin sürətli məhvinə səbəb olur. Çoxsaylı nevroloji simptomlar (tremor, hərəki zəiflik, müvazinətin pozulması, müvazinətin saxlanması problemləri) ilə yanaşı adi simptomlara davranış və əhval-ruhiyyənin pozuntuları aiddir. Klinik simptomların başlanması dövründə ölüm halları 1–2 il müddətində mümkündür.
F02.1 Kreysfeld-Yakob xəstəliyi zamanı demensiya
A. Demensiyanın ümumi meyarları olmalıdır.
B. Faktik olaraq beynin bütün ali funksiyalarının parçalanması və demensiyanın güclü inkişafı.
C. Demensiyadan dərhal sonra və ya eyni zamanda aşağıdakı nevroloji simptomlardan ən azı birinin olması:
► piramid simptomlar
► ekstrapiramid simptomlar
► beyincik simptomları
► afaziya
► görmənin pozulması
Son mərhələ üçün akinitik status və mutizm xasdır.[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ 1 2 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ "DEMENSİYANIN DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ KLİNİK PROTOKOL. Bakı - 2013" (PDF). 2016-11-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.