Kristofer Stivens

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kristofer Stivens
ing. Christopher Stevens
Şəxsi məlumatlar
Doğum tarixi 18 aprel 1960(1960-04-18) və ya 1 aprel 1960(1960-04-01)
Vəfat tarixi 11 sentyabr 2012(2012-09-11) (52 yaşında) və ya 12 sentyabr 2012(2012-09-12)[1] (52 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Kristofer "Kris" Stivens (18 aprel 1960 və ya 1 aprel 196011 sentyabr 2012 və ya 12 sentyabr 2012[1], Benqazi) — 2012-ci ilin iyun ayından 2012-ci ilin sentyabr ayına qədər ABŞ-ın Liviyadakı səfiri vəzifəsində fəaliyyət göstərmiş amerikalı diplomat və hüquqşünas idi.[2][3][4]

O, 2012-ci il sentyabr ayının 11-də Amerika Birləşmiş Ştatlarının Benqazidəki Baş Konsulluğuna edilmiş olan hücum nəticəsində həlak olmuşdur.[3][5][6]

Gəncliyi və təhsili

[redaktə | mənbəni redaktə et]

O, Şimali Kaliforniyada böyümüşdür.[7] Onun valideynləri 1970-ci illərin əvvəllərində boşanmışdırlar.[8] Atası ikinci dəfə ailə həyatı qurur və Kristoferin atasının ikinci evliliyindən bir ögey bacısı dünyaya gəlir; anası 1976-cı ildə Marin Simfonik Orkestrində fəaliyyətə başlayan violonçel ifaçısı olmuşdur.[9] Gənc Stivens Pioner İbtidai Məktəbində oxumuşdur. 1977-ci ilin yay aylarında ABŞİspaniya AFS Mədəniyyətlərarası Proqramlarının mübadilə tələbəsi olmuş və daha sonra isə 1978-ci ildə Pidmont Liseyindən məzun olmuşdur; O, 1982-ci ildə Kaliforniyada yerləşən Berkli Kaliforniya Universitetinin tarix fakültəsini oxumuş və eyni zamanda Alfa Tau Omeqanın bir üzvü olmuşdur.[7] 1983-cü ildən etibarən 1985-ci ilə qədər o, Mərakeşdə xidmət edən bir Sülh Korpusunda könüllü olaraq ingilis dilindən dərs demişdir.[10] 1989-cu ildə Kaliforniya Universitetinin Hastinqs Hüquq Kollecini bitirmişdir. Kristofer Stivens ingilis, ərəbfransız dilində danışmağı bacarırdı.[11]

ABŞ Dövlət Departamentində işə düzəlməzdən əvvəl o, mərkəzi Vaşinqtonda yerləşən beynəlxalq səviyyəli bir şirkətdə ticarət hüquqşünası olmuşdur.[12] 26 yanvar 1990-cı ildə Kaliforniya Ştatının Vəkillər Kollegiyasının fəal üzvlüyünə kimi qəbul edilmiş,[13] daha sonra isə 1 avqust 1991-ci ildən etibarən ölümünə qədər Kaliforniya Ştatının Vəkillər Kollegiyasının qeyri-aktiv üzv olaraq qalmışdır[4][14]

ABŞ Dövlət Departamenti

[redaktə | mənbəni redaktə et]

Stivens 1991-ci ildə ABŞ Dövlət Departamentinə qoşulmuşdur. O Dövlət Departamentində aşağıdakı vəzifələrdə fəaliyyət göstərmişdir: Qüdsdə diyasi bölmənin rəisi, Dəməşqdə siyasi məmur, Qahirə konsulluğunda siyasi məmur və Ər-Riyad konsulluğunda iqtisadiyyat üzrə məmur. Vaşinqtonda səfir Stivens Bitərəf Nüvə və Təhlükəsizlik Məsələləri Ofisinin direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Senatın Xarici Əlaqələr Komitəsində senator Riçard Luqar ilə bərabər Person üzvü, siyasi məsələlər üzrə katibin xüsusi köməkçisi, İran masasının xüsusi işçisi, Yaxın Şərq işləri üzrə büroda köməkçi vəzifələrini yerinə yetirmişdir.[15]

Kristofer Stivens əvvəllərdə Liviyada iki dəfə fəaliyyət göstərmişdir: Missiya rəhbərinin müavini (2007 və 2009) və Liviya inqilabı zamanı (2011-ci ilin mart-noyabr ayları ərzində) Milli Keçid Şurasında xüsusi nümayəndə kimi. O, 2012-ci ilin may ayında ABŞ-ın Liviyadakı səfiri kimi Tripoliyə gəlmişdir.[15]

Kristofer Stivens 1988-ci ildə Pakistanda Lyuis Rafelin təyyarə qəzasında ölməsindən sonra vəzifəsini yerinə yetirərkən ölən ilk ABŞ səfiri olmuşdur.[16] Stivens vəzifəsini yerinə yetirən zaman öldürülmüş səkkizinci ABŞ səfiri hesab olunur.[17][18] 2012-ci il sentyabr ayının 11-də Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna edilmiş hücumda ABŞ səfiri Kristofer Stivens və səfirliyin digər üç əməkdaşı həlak olmuşdur.[19] Əl-Cəzirə televiziyasının internet saytı Liviya təhlükəsizlik qüvvələrinə istinadən xəbər vermişdir ki, Stivens yanındakı iki təhlükəsizlik əməkdaşı ilə bərabər terrorçuların törətdikləri yanğın zamanı tüstüdən zəhərlənərək ölmüşdür.[19][20] Sentyabr ayının 15-də isə bu hücuma görə məsuliyyəti "Əl-Qaidə" öz üzərinə götürmüşdür.[21][22][23][24]

  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. "US ambassadors killed in the line of duty". Boston. September 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2012.
  3. 1 2 "US ambassador 'killed in Libya'". BBC News. September 11, 2012. September 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2012.
  4. 1 2 "Stevens, J. Christopher". U.S. Department of State. September 12, 2012 tarixində orijinalından arxivləşdirilib.
  5. Margaret Coker. "U.S. Ambassador to Libya Is Killed". Wall Street Journal. September 11, 2012. İstifadə tarixi: September 11, 2012.
  6. "California birth index search". FamilyTreeLegends. November 16, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2012.
  7. 1 2 "Stevens Remembered as a Man Who Cared Deeply for Libya". Salt Lake City Tribune. September 11, 2012. March 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2024.
  8. Jenny Monnet. "Ambassador J. Christopher Stevens' Mother Spells Out Family Legacy". Indian Country Today. September 28, 2012. December 23, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2013. Stevens was a 1/16th enrolled citizen of the Chinook Indian Nation
  9. "Slain ambassador was member of local Chinook Tribe" Arxiv surəti 16 sentyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib sentyabr 16, 2012, at the Wayback Machine Chinook Observer. September 13, 2012. Retrieved September 18, 2012.
  10. Matt Bewig. "Ambassador to Libya: Who Is Chris Stevens?". allgov. March 18, 2012. September 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2012.
  11. The death of Chris Stevens, U.S. Ambassador to Libya, hits close to home. Arxiv surəti 16 sentyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib sentyabr 16, 2012, at the Wayback Machine
  12. "Slain Ambassador Chris Stevens was 'A Very Smart, Very Funny Guy' says Cal Roommate Austin Tichenor". Napa Patch. September 11, 2012. January 31, 2013 tarixində orijinalından arxivləşdirilib.
  13. State Bar of California, Attorney Profile for John Christopher Stevens. Retrieved September 13, 2012.
  14. Anita Creamer; The Sacramento Bee. "Slain U.S. Ambassador Chris Stevens had Northern California roots". McClatchydc. October 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2012.
  15. 1 2 Bradley Klapper. "Chris Stevens: US envoy to Arab world". Associated Press. September 12, 2012. July 14, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 23, 2014.
  16. "Statement on the Deaths of Tyrone S. Woods and Glen A. Doherty in Benghazi, Libya". U.S. Department of State. September 13, 2012. September 20, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 14, 2012.
  17. "Two SEAL vets from SD killed in Libya". U-T San Diego. September 21, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 14, 2012.
  18. Baker, Peter; Kirkpatrick, David D.; Zway, Suliman Ali; Myers, Steven Lee. Joseph, Kahn; Baquet, Dean; Drake, Monica; Sulzberger, Sulzberger; Arthur Ochs, Sulzberger Jr.; Louttit, Meghan (redaktorlar ). "Diplomats' bodies return to U.S., and Libyan guards recount deadly riot". The New York Times. CLXI (74). New York City. September 15, 2012. səh. A11. October 28, 2012 tarixində arxivləşdirilib.
  19. 1 2 US confirms ambassador killed in Benghazi Libya Arxivləşdirilib 2012-09-12 at the Wayback Machine BBC News September 11, 2012
  20. Libya: Assault on U.S. consulate in Benghazi leaves 4 dead, including U.S. Ambassador J. Christopher Stevens Arxivləşdirilib 2024-09-03 at the Wayback Machine CBS News September 11, 2012
  21. "Arxivlənmiş surət". 16 sentyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2012.
  22. Hadeel Al Shalchi. "In Libya, deadly fury took U.S. envoys by surprise". Reuters. September 13, 2012. December 29, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2012.
  23. CBS/AP. "U.S. officials: Deadly Libya attack likely planned". CBS News. October 17, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 11, 2012.
  24. Hammond, Andrew. "Libya official says Gaddafi loyalists killed U.S. diplomats". Reuters. September 12, 2012. June 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2016.

ABŞ diplomatik missiyalarına edilmiş hücumlar (2012)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]