Kubernetes
Kubernetes | |
---|---|
Tipi | azad və açıq mənbəli proqram, sertifikasiya[d] |
Tərtibatçı | Google[1] |
Repozitoriya | github.com/kubernetes/ku… |
Proqramlaşdırma dili | Go[3][4] |
Əməliyyat sistemi | Linux, Microsoft Windows, macOS |
Yayımlanma tarixi | 7 iyun 2014 |
Sonuncu versiya |
|
Sayt | kubernetes.io |
Vikianbarda əlaqəli mediafayllar |
Kubernetes (/ˌkuːbərˈnɛtɪs, -ˈneɪtɪs, -ˈneɪtiːz, -ˈnɛtiːz/) və ya qısaca K8s[5] — proqram təminatının yerləşdirilməsi, miqyası və idarə edilməsinin avtomatlaşdırılması üçün açıq mənbəli konteyner orkestrasiyası sistemi.[6][7] Əvvəlcə Google tərəfindən hazırlanmış layihə hal-hazırda Cloud Native Computing Foundation tərəfindən idarə olunur.
Kubernetes adı qədim yunan dilindən gəlir, mənası "sükançı" və ya "pilot" deməkdir. Kubernetes tez-tez K və s arasındakı səkkiz hərfi sayılaraq K8s kimi qısaldılır.[8]
Kubernetes containerd və CRI-O kimi müxtəlif konteyner iş mühitləri ilə işləyir.[9] Onun böyük cloud-native iş yüklərini idarə edə bilməsi data mərkəzlərində geniş istifadəsinə səbəb oldu. Müstəqil proqram təminatı satıcılarından (ISV) bu platformanın çoxsaylı paylamaları ilə yanaşı əsas bulud satıcılarının buludda yerləşən təklifləri mövcuddur.[10]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kubernetes Google tərəfindən 2014-cü ilin ortalarında buraxılıb.[11] Layihənin yaradıcısı Co Beda, Brendan Börns və Kreyq MakLakki[12][13] idi və qısa müddət sonra digər Google mühəndisləri, o cümlədən Brayn Qrant və Tim Hakin də onlara qoşuldu.[11]
Kubernetes-in dizaynı və inkişafı Google-un Borg klaster menecerindən təsirlənib. Ən çox töhfə verənlərin əksəriyyəti əvvəllər Borg üzərində işləmişdir.[14][15] Kubernetes-ə Star Trek-in keçmiş Borg personajı Doqquzun yeddisi[ing.][16] şərəfinə "Project 7" kod adını verdilər və onun yeddimilli təkərini loqo olaraq seçdilər. C++ dilində yazılmış Borgdan fərqli olaraq, Kubernetes Go dilində yazılıb.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://kubernetes.io/.
- ↑ Release 1.31.3. 2024.
- ↑ https://github.com/kubernetes/kubernetes/search?l=go.
- ↑ The kubernetes Open Source Project on Open Hub: Languages Page. 2006.
- ↑ "Kubernetes GitHub Repository". GitHub. January 22, 2021. January 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2023.
- ↑ "kubernetes/kubernetes". GitHub (ingilis). 2017-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- ↑ "What is Kubernetes?". Kubernetes. 2017-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
- ↑ "Overview Kubernetes". Kubernetes (ingilis). 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-04.
- ↑ "Container runtimes". Kubernetes (ingilis). 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-14.
- ↑ "Turnkey Cloud Solutions". Kubernetes Documentation. July 24, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2023.
- ↑ 1 2 Metz, Cade. "Google Open Sources Its Secret Weapon in Cloud Computing". Wired. 10 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2015.
- ↑ Metz, Cade. "Google Made Its Secret Blueprint Public to Boost Its Cloud". Wired (ingilis). 2016-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-27.
- ↑ Burns, Brendan, The History of Kubernetes & the Community Behind It, July 20, 2018, 2022-02-27 tarixində arxivləşdirilib
- ↑ Abhishek Verma; Luis Pedrosa; Madhukar R. Korupolu; David Oppenheimer; Eric Tune; John Wilkes. "Large-scale cluster management at Google with Borg". Proceedings of the European Conference on Computer Systems (EuroSys). April 21–24, 2015. 2017-07-27 tarixində arxivləşdirilib.
- ↑ "Borg, Omega, and Kubernetes - ACM Queue". queue.acm.org. 2016-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-27.
- ↑ "Early Stage Startup Heptio Aims to Make Kubernetes Friendly". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-06.