Kvadlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kvadlar Orta Dunayda

Kvadlar(lat. Quadi) — German əsilli bir tayfa. Svevlər tayfa birliyinə daxil idilər.

Erkən Orta əsrdə keltləri german tayfaları olan markomanlar və kvadlar əvəz edərək tədricən indiki Çexiya ərazisində məskunlaşmağa başladılar. V əsrdən etibarən isə həmin ərazilər hunların nəzarəti altına keçir. Hun tayfalarının Şərqi Avropada hegemon rola malik olmaları o vaxtkı tarixi şəraitlə bağlı idi. Belə ki, Şərqi Avropada həmin dövrdə hunların qarşısında dura biləcək dövlət yox idi. Bununla belə Hun İmperiyasının şərqdəki ağırlıq mərkəzi Dnepr çayı sahilləri idi, qərbdə isə narahatlıq Dunay çayı boyunca hiss olunurdu.

V əsrin əvvəllərində hunlar Bohemiya və Slovakiyaya daxil oldular. Həmin dövrdə, başqa sözlə, Xalqların Böyük Köçü dövründə Bohemiya o qədər də geniş şəkildə məskunlaşmamışdı. Elə bu səbəbdən də Bohemiya torpağı mədəni və iqtisadi inkişafdan geri qalmışdı [1].. Hunların təsiri altında bu köçə məruz qalanlar ilk növbədə germanlar, indiki Çexiya ərazisində yaşamış marko­manlar, Morava və Slovakiyada məskunlaşmış kvadlar olmuşlar. Uzun döyüşlərdən sonra şərqi german tayfaları hunlar tərəfindən məğlubiyyətə uğrayaraq qərbə doğru çəkilməyə məcbur oldular.

V əsrdən etibarən slavyanlar hunların təzyiqi nəticəsində geri çəkilən german tayfalarından, xüsusən, qot, burqund, vandal və lanqobardlardan boşaldılmış geniş ərazilərdə məskunlaşmağa başladılar [2].. Bu dövrün sonunda qərbi slavyanlar Elba sahillərinə, indiki Çexiya ərazilərinə daxil oldular. Çex tayfaları qərbi slavyanlar içərisində sayca çoxluq təşkil edirdilər. Praqa qəsri Avropanın mərkəzində, ticarət yollarının qovşağında yerləşdiyindən xırda tayfalar yadelli işğalçılara qarşı birgə müqavimət göstərmək üçün bura axışıb gəlirdilər.

  1. Váníček V. a jiné. Dějiny zemí Koruny české. Svazek 1-2. Praha, 1993.səh. 18.
  2. Váníček V. a jiné. Dějiny zemí Koruny české. Svazek 1-2. Praha, 1993.səh.24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]