Lük Makfarleyn
Lük Makfarleyn | |
---|---|
ing. Luke Macfarlane | |
| |
Doğum adı | Tomas Lük Makfarleyn |
Doğum tarixi | |
Doğum yeri | London, Ontario, Kanada |
Vətəndaşlığı | Kanada |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 2003— Bu günə kimi |
Təhsili | |
IMDb | ID1682832 |
lukemacfarlane.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Lük Makfarleyn (ing. Thomas Luke Macfarlane; * 19 yanvar 1980 - daha çox Lük Makfarleyn kimi tanınan Kanadalı aktyor və musiqiçidir.
Erkən həyatı və təhsili
[redaktə | mənbəni redaktə et]Makfarleyn Kanadanın Ontario vilayətində yerləşən London şəhərində anadan olub. Onun mərhum atası Tomas, Qərbi Ontario Universitetində tələbə-sağlamlıq xidmətləri direktoru, anası Penni isə yerli London xəstəxanasında psixi sağlamlıq üzrə tibb bacısı vəzifəsində çalışırdı. Makfarleyn əkiz bacısı Rut və böyük bacısı Rebekka ilə birlikdə Londonun Mərkəzi Orta məktəbinə gedirdi.
Karyera
[redaktə | mənbəni redaktə et]Yeniyetmə yaşlarında Makfarleyn Lester B. Pirson adına incəsənət məktəbinə gedirdi, daha sonra o incəsənət və musiqi sahəsində ABŞ-nin ən böyük institutlarından biri sayılan Nyu Yorkun Culiard məktəbində dram fakültəsini oxumuşdu. Orada o Romeo və Cülyetta, III Riçard, Gecə Məktəbi, Mavi Pəncərə, Qəzəb Salxımı və Sizin bu necə xoşunuza gəlir? kimi teatr tamaşalarında baş rolu oynamışdı. Makfarleyn 14-21 dekabr 2003-cü ildə gənclərin Playwrights Horizons teatrında düzənlənən dramaturqiya tamaşalarında 4 aparıcıdan biri idi. O 2004-cü ilin may ayında Vineyard Teatrının səhnəsində düzənlənən Harada yaşayırıq (ing. Where Do We Live) adlı Amerika istehsallı spektaklda aparıcı rol oynamışdır. Teatrda çıxışına görə Lük "Mükəmməl Nyu York tetrında çıxışına görə" Brodvey və Off-Brodvey tərəfindən 2005-ci ildə GLAAD Media Mükafatına layiq görülmüşdü. 2006-cı ilin yay aylarında o Cill Kleybörg və Hemiş Linkleyter ilə birgə yenidən Playwrights Horizons teatrında düzənlənən Məşğul Dünya adlı Brodveydənkənar tamaşada çəkilmişdi[1]. O həmçinin 7–11 fevral 2007-ci ildə Skirball Mədəniyyət Mərkəzində düzənlənən L.A. Premiere-də sevdiyi Tomas rolunu bir daha ifa etdi.
Əsl məşhurluq Makfarleynə ABC telekanalında yayımlanan "Qardaşlar & Bacılar" serialında oynadığı "qardaşlardan biri" və Kevin Uokerin (bu rolu Mettyu Riz ifa edir) həyat yoldaşı Skotti Uondell rolu gətirmişdi.
Makfarleynin "Qardaşlar & Bacılar" serialından öncə FX telekanalında müntəzəm şəkildə yayımlanan "Bax orada" adlı miniserialda PV2 Frenk "Dim" rolunu oynamışdı. Bundan başqa, o Sintia Nikson ilə birlikdə rejissor Robert Altmanın "Tanner Tannerə qarşı" miniserialında çəkilmişdi (serial Sundance telekanalında yayımlanmışdı). Makfarleyn televiziya serialları üçün son çəkilişini "Dəmir yol" adlı və iki hissədən ibarət miniserialda aparıcı rolu ilə tamamlamağı düşünürdü. Serialın çəkilişləri 2007-ci ilin aprel ayının sonundan iyun ayının ortalarına kimi 5 həftə ərzində Çində və 2 həftə Britaniya Kolumbiyasında aparılmışdı. Lakin o, bundan sonra da Kanadada bir neçə teatrların kiçik tamaşalarında oynamış və CBC kanalının hazırladığı iki hissədən ibarət miniserialda rola çəkilməyə razılıq vermişdi. Makfarleyn həmçinin Hovard Eşmanın Dreamstuff adlı müziklının əsasında səhnələşdirilmiş filmdə baş rolu ifa etmişdi. Müziklın Hovardın tərəfdaşları sayılan Marşa Malamet və Dennis Qrin tərəfindən yenidən tamaşaya qoyulması qərara alınmış və bir gecə ərzində Los Ancelesin Hayvort Teatrında Çirkin Betti təxəllüsü ilə tanınan Mixael Urinin rəhbərliyi altında nümayiş edilmişdi. Lük, Eden Espinosa, Viki Lyuis, Fred Uillard və David Blu ilə yanaşı şouda baş rollardan birini oynayırdı.
Hal-hazırda o Kanada istehsallı "Məmnuniyyət" adlı komediya sitkomunda Ceyson Houell rolunu oynayır[2].
Musiqi karyerası
[redaktə | mənbəni redaktə et]Makfarleyn Fellow Nameless musiqi qrupunun aparıcı müğənni və söz yazarıdır. Musiqiyə həvəs onda Lester B. Person adına incəsənət məktəbinin 8 sinifində oxuyarkən sinif yoldaşları ilə birlikdə Slipnaught adı altında kiçik qrupun yaradılması ilə başladı. Onlar qrup üçün uzun müddət ad seçə bilmirdilər və səhnə üçün çıxış etmək vaxtı gəldikdə onlar bu adı təsadüfən lüğətdən seçirlər. Qrup üzvləri, ən çox da Londonun mərkəzi orta məktəbində təhsil alan üzvün orijinal ada nifrət etməsi səbəbindən, onlar yeni "adsız" - yəni Fellow Nameless qrupun təsis edilməsini qərara alırlar. Nameless qrupu həmçinin Maverick Records şirkəti ilə inkişaf və istehsal üzrə müqavilə bağlayaraq, yarım-studiya, yarım canlı CD albom satışa buraxmışdı. Onlar Maverick Records şirkətinin düzənlədiyi Danny Strick A&R adlı reklam çəkilişində iştirak etmişdilər. Buna baxmayaraq, başlanğıcda qrupu yaradan Makfarleynin üzvlər tərəfindən aparıcı müğənni seçilməsi sonda onun qrupdan uzaqlaşması ilə yekunlaşır. Qrpun yenilənməsi 2004-cü ildə həyata keçirilmişdi - belə ki, Makfarleynin əvəzinə yeni müğənni Mettyu Pern seçilmişdi.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Lük Makfarleyn artıq uzun müddətdir ki, öz homoseksuallığını gizlətmir. O ictimaiyyətə özünün kaminq-autunu (homoseksual olduğu haqqda etirafını) Kanadanın The Globe and Mail qəzetinə 15 aprel 2008-ci ildə verdiyi intervyuda bildirmişdi[3][4]. Bu xəbər media üçün elə də böyük sürpriz olmamışdı; belə ki, əvvəllər onu dəfələrlə Grey's Anatomy serialında baş rolların biri oynamış və homoseksuallığını heç kimdən gizlətməyən aktyor Teodor Reymond Nayt ilə birgə görülürdü[5]. Hal-hazırda Makfarleyn söz-söhbət üçün səbəb verməyə davam edir. Onun Həbsxanadan qaçış teleserialın baş qəhrəmanı Uentuort Miller ilə görüşdüyü iddia olunur[6].
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Ad | Rol | Qeyd |
---|---|---|---|
2004 | Kinsi | Brüs Kinsi | |
2004 | Tanner Tannera qarşı | Stüart DeBarj | Miniserial |
2005 | Bax orada | PV2 Frenk "Dim" Demfi | Kiçik bir süjet |
2006 | Xatırlamaq | leytenant Sefton | Qısametrajlı film |
2006 | Külün tələsinə düşən | Vinsent | |
2006–2011 | Qardaşlar & Bacılar | Skott "Skotti" Vandell | Müntəzəm şəkildə (1-2-ci müvsüm); kiçik bir süjet (3-5-ci mövsüm); ümumilikdə 81 epizod |
2007 | Supreme Courtships | Allen Moore | Unsold Fox pilot |
2009 | Dəmir yolu | Ceyms Nikol | Miniserial |
2012 | Gözəl və Bədheybət | Fillipp Bertrand | Epizod: "Ehtiyatlı davran" |
2013 | Maraq dairəsində | Agent Alan Fehi | Epizod: "Proteus" |
2013 | Əzinti | Patrik Dillon | 2 epizod |
2013 | Ereksiya | Din | Qısametrajlı film |
2013 | Məmnuniyyət | Ceyson Houell | Kiçik bir süjet |
2014 | Memuar kitabı | Geyb | Hallmark telekanalında yayımlanan orijinal kino |
2014 | Gecə növbəsi | Rik Linkoln | 27 may 2014-cü ildən bəri yayımlanır |
Teatr
[redaktə | mənbəni redaktə et]İl | Ad | Rol |
---|---|---|
2003 | Yuvenilia | Brondi Çeyz |
2004 | Harada yaşayırıq? | Ştefen |
2006–2007 | Məşğul dünya susur | Tomas |
2009 | Caz dövrü | Skott Fitzcerald |
2011 | Normal Ürək | Kreyq Donner/Qreydi |
2011 | Sem Bendriks Bonsuarda | Sem Bendriks |
2012 | Normal Ürək | Feliks Törner |
2012 | Sem Bendriks Bonsuarda | Sem Bendriks |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Isherwood, Charles. "Questions of Family and Faith in 'The Busy World Is Hushed'". The New York Times. June 26, 2006. November 18, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 4, 2014.
- ↑ "Arxivlənmiş surət". 2016-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-04.
- ↑ "'Brothers & Sisters' Actor Comes Out. (April 16, 2008)". December 21, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2014.
- ↑ Chelin, Pamela. "A commitment to himself". The Globe and Mail. Toronto. April 15, 2008. August 6, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 6, 2013. (#invalid_param_val)
- ↑ "Actor Luke MacFarlane Comes Out". Advocate.com. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-14. (#apostrophe_markup)
- ↑ "Подозреваемый в гомосексуальности актёр засветился на фото с предполагаемым бойфрендом". «Gay.ru». 2012-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-03.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Lük Makfarleyn — IMDb səhifəsi
- Side Dish Arxivləşdirilib 2013-08-12 at the Wayback Machine – Luke Macfarlane's character blog for Scotty Wandell
- Luke Macfarlane Arxivləşdirilib 2011-01-01 at the Wayback Machine w bazie TV.com ing.
- Luke Macfarlane na stronie TVGuide.com ing.