55°24′ şm. e. 49°33′ ş. u.HGYO

Layiş rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Layiş rayonu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

55°24′ şm. e. 49°33′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 14 fevral 1927
Sahəsi
  • 2.094,43 km²
Əhalisi
Əhalisi
  • 61.794 nəf. (2021)[1]
Rəsmi sayt
Layiş rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Layiş rayonu (tatar. Layış rayonı, Лае́ш районы́) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində, Volqa və Kama çaylarının birləşdiyi bölgədə yerləşir. Ən məşhur sakini rus şairi Qavril Derjavinə görə, rayon çox vaxt qeyri-rəsmi olaraq Derjavin diyarı adlanır. Rayonun inzibati mərkəzi Layiş şəhəridir.

Kazan şəhəri, Pitrəç, Balık-Bistəse, Kuybışev su anbarının qarşı tərəfində isə Yuxarı Oslan, Kama Tamaqı, Alekseyevsk, Spas rayonları ilə həmsərhəddir.

Böyük çayları Volqa, Kama və Moşadır. Rayon torpaqlarının təxminən üçdə biri (32.9%) suyun altında qaldmışdır.

Rayon 14 fevral 1927-ci ildə təsis edilmişdir. 4 avqust 1938 - 25 mart 1959-cu il tarixlərində ərazinin bir hissəsində Stolbişçı rayonu mövcud olmuşdur. 1 fevral 1963-cü ildə Layiş Pitrəç rayonuna birləşdirilir. 12 yanvar 1965-ci ildə isə rayon yenidən bərpa edilmişdir. 9 iyun 2010-cu ildə Tatarıstan Respublikasının Qanununa əsasən Narmon və Karaişev kənd yaşayış məntəqələri Narmon kənd yaşayış məntəqəsinə birləşdirilir[2].

Urbanizasiya

Şəhər şəraitində (Layiş) rayon əhalisinin 19,45 % -i yaşayır.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Layiş rayonu ərazisinə 1 şəhər və 23 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 69 yaşayış məntəqəsi daxildir[3].

Rayonda 34 məktəb və 31 kitabxana var.

Borovoye Matyuşino kəndində Tatarıstan hökumətinin yay iqamətgahı, geniş "Santa" sanatoriyası və digər istirahət obyektləri, həmçinin Volqa sahillərində və yaxınlıqdakı meşə plantasiyaları ilə Kazan şəhərinin elit kottecləri var.

Layişrayonunun Russkoe Nikolskoye kəndində hər il Rusiya Rus Mədəniyyəti Festivalı olan "Karavon" keçirilir. Laçevoda isə Derjavinin şərəfinə rus geyim festivalı təşkil olunur. Layiş rayonunda Qızıl Payız İnteqrasiya Sosial Xidmətlər Mərkəzi fəaliyyət göstərir.

Volqa və Kama çaylarında naviqasiya mümkündür.

Rayonda "Kamski nov" - "Kama yaqı" adlı qəzet rus və tatar dillərində nəşr olunur.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "О преобразовании Караишевского и Нармонского сельских поселений Лаишевского муниципального района и внесении изменений в Закон Республики Татарстан «Об установлении границ территорий и статусе муниципального образования „Лаишевский муниципальный район" и муниципальных образований в его составе»" (PDF). 2013-05-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-22.
  3. "Закон Республики Татарстан от 31 января 2005 года № 28-ЗРТ «Об установлении границ территорий и статусе муниципального образования „Лаишевский муниципальный район" и муниципальных образований в его составе»". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.