Logistika
Logistika – məhsulun, əmtəənin, servisin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların komplektləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur[1].
Bütün texnologiya xəttinin modelləşdirilməsi, analiz edilməsi, optimal yolunun tapılması da diqqətdə saxlanılır..[2]
Etimalogiyası
[redaktə | mənbəni redaktə et]Logistika sözünün etimalogiyası bir mənalı deyil. Beləki qədim yunan dilində logos-idrak, log-təffəkür, logismos-fikir hesablama planı, loqo-müzakirə etmək, logistika-hesablamaların praktik aparılma mədəniyyəti kimi mənalarını bildirir. Antik dövrdə logistika ərzaqları, təchizatçıları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı və o dövr üçün riyaziyyat hesablama alqoritmləri məcmusu başa düşülürdü. Qədim Romada logistiklər legionerlərin yemək və yatacaq yerlərinin təşkili ilə məşğul olurdular. Qədim Yunanıstanda Afinanın maliyyə işlərini aparan dövlət qulluqçularının idarələri logisteriya adlanırdı. Arximed yaşadığı dövrdə cəmi 10 nəfər logistik olduğunu öz əsərlərində qeyd edirdi. Napoleon Bonapart öz ordusunun hərəkəti zamanı hərbi sursat, ərzaq və ordunun yaşayış yeri ilə təmin edilməsində logistik yanaşmalardan istifadə etmişdir. XX əsrin əvvələrində müharibə aparan və yarımmüharibəyə hazırlaşan hərbi hissələrin təchizatı nəticəsində hərbi sursat, nəqliyyat və ehtiyat hissələrinin göndərilməsi, planlaşdırılmasi, idarə edilməsi, təminatı kimi məsələlərdə logistik metodlardan geniş istifadə olunurdu.
Tarixi
[redaktə | mənbəni redaktə et]Bir elm sahəsi kimi logistika 1950-ci illərin əvvələrində ilk dəfə olaraq ABŞ da mülki sahədə formalaşmağa başladı. Logistikanın təkamülü baxımından XX əsrdə yaranmaqla onu bir neçə tarixi inkişaf mərhələlərinə bölmək olar.
- Birinci mərhələ 920–1950-ci illəri əhatə edir. Belə ki, bu dövrdə logistika biznes fəaliyyətindən kənarda idi və biznes fəaliyyəti üçün əhəmiyyətsiz hesab olunurdu.
- İkinci mərhələ 1950-ci illərin ortalarından 1970-ci ilə qədər ki, dövrü əhatə edir. Mütəxəssislər bu dövrü logistikanın yaranması dövrünə aid edirlər.
- Üçüncü mərhələlərə 1980-ci illərin ortalarına kimi müddəti əhatə edir. ABŞ Mİçiqan Universitetinin logistika üzrə nüfuzlu mütəxəssilərindən sayılan Donald Bauersons bu dövrü logistik intibah dövrü adlandırmışdır.
- Dördüncü mərhələ logistikanın perspektiv inkişaf mərhələsi adlanır. Bu mərhələ istehsal, təczihat satış və istehlak prosesinin hər birinə kompleks yanaşmaqla logistik sistemlərin tam qurulmasını nəzərdə tutur.
Logistikanın metodoloji əsasları
[redaktə | mənbəni redaktə et]Konseptual baxımdan logistikanın və logistik menecmentin müasir nəzəriyyələri aşağıdakı metodologiyalara əsaslanır:
- Sistemli təhlil
- Kibernetik yanaşma
- Əməliyyatların tədqiqi
- İqtisadi-riyazi modelləndirmə.
Logistik sistemlərin təhlili və sintezi zamanı yaranan konkret problemlərin həlli üçün müxtəlif iqtisadi səviyyələrdə proqram-məqsədli planlaşdırma, funksional sistemli təhlil, proqnozlaşdırma, modelləndirmə və s. kimi idarəetmə metodlarından müfəssəl bir formada istifadə olunur. Logistik menecment praktikasında metodologiya və nəzəri tədqiqatın nəticələrindən istifadə etməklə qərb dövlətlərində alim və mütəxəssislərin əməli fəaliyyətlərini əlaqələndirə bilən çoxlu sayda logistik cəmiyyətlər, təşkilatlar və assosasiyalar yaradılmışdır. ABŞ-də isə logistik problemlərlə məşğul olan "Amerika cəmiyyəti" , "Menecment problemləri üzrə Amerika Şurası" , Britaniyada "Logistika institutu və bölüşdürmənin idarə edilməsi" , İspaniyada "Logistika mərkəzi" , Fransada "İstehsal logistika mərkəzi" kimi təşkilatlar yaranmışdır.
Logistikanın ümumi vəzifələri
[redaktə | mənbəni redaktə et]Logistikanın ümumi vəzifələri dedikdə — logistikanın qarşısında duran məqsədlərə çatmaq üçün hansı işlərin, hansı ardıcıllıqla, nə vaxt və harada icra edilməsi nəzərdə tutulur. Hər hansı bir təsərrüfat subyekti material axınlarının idarə edilməsi sahəsində özünün ümumi və xüsusi xarakterli logistik vəzifələrinin müəyyənləşdirilməsidir ki, onlar da aşağıdakılardan ibarətdir:
- Logistik konseptual ideya – mövcud şəraitdə ən az mümkün xərclərlə firmanın bazarda baş verən dəyişikliklərə uyğunlaşmasıdır ki, bazar payının
artırılması və rəqiblər üzərində iqtisadi üstünlüklərə nail olmaqdan ibarətdir.
- Logistikanın ümumi məqsədi – yüksək keyfiyyətli məhsul göndərmələri təmin edən material, informasiya, maliyyə, kadr və s. axınların funksional menecmentinin səmərəli, inteqrativ sistemini yaratmaqdır.
- Logistikanın xüsusi vəzifəsi:
- Material, informasiya, maliyyə, kadr və sair axınların arasında uyğunluğun təmin edilməsi.
- Material axınlarının dispetçerləşdirilməsi və onun fasiləsiz informasiyalarla təmini,
- Məhsulun fiziki bölüşdürülməsi, strategiyası və texnologiyasının müəyyənləşdirilməsi,
- Malyeridilişi əməliyyatları üzrə konkret alqoritmlərin hazırlanması,
- Tara və qablaşdırıcı məmulatların standartlaşdırılması,
- "İstehsal – anbarlaşdırma – nəqliyyat – satış" arasında rasional nisbətin yaradılması,
- İstehsal ehtiyatlarının idarə edilməsi prosesinin optimallaşdırılması,
- Yüklərin saxlanması və nəqli müddətinin maksimum azaldılmasına nail olunması.
Logistikanın yarımbölmələri
[redaktə | mənbəni redaktə et]Logistika aşağıdakı yarımbölmələrə bölünür :
- Hərbi logistika
- Biznes logistika
- Tədarük logistikası
- Paylama logistikası
- Satış logistikası
- Nəqliyyat logistikası
- Ehtiyat logistikası
- Anbar logistikası
- İnformasiya logistikası
- Kompleks logistika
- Ekoloji logistika
- Qənaət logistikası
- Şəhər logistikası
Ekoloji logistika
[redaktə | mənbəni redaktə et]Ekoloji logistika hər hansı bir istehsal prosesində materialın bazara çıxarılan məhsula və daha sonra tullantıya çevrilməsinə qədər hərəkətini təmin edir, sonra tullantıların ətraf mühitdə utilizasiyasına və ya təhlükəsiz saxlanmasına qədər idarə olunmasını təmin edir [3][4]. Ekoloji logistika həmçinin kommersiya məhsullarının istehlakı nəticəsində yaranan tullantıların yığılmasını və çeşidlənməsini, onların daşınmasını, utilizasiyasını və ya ətraf mühitdə təhlükəsiz saxlanmasını təmin edir. O, icazəsiz tullantılarla çirklənmiş böyük əraziləri kökündən təmizləməyə imkan verir[5].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Logistika xidmətlərinin autsorsinqi". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-20.
- ↑ Райзберг Б. А., Лозовский Л. Ш., Стародубцева Е. Б. Современный экономический словарь. — М.: ИНФРА-М,2007. [ölü keçid]
- ↑ Aspects of implementing ecological logistics in traffic flows organization
- ↑ Эдуард Байков. Экологическая логистика Arxiv surəti 12 fevral 2009 tarixindən Wayback Machine saytında
- ↑ "Железный Райнер Нылвак король экологистики". 2009-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-11.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Joint Logistics Analysis Tool
- John T. Phelan, Jr. P. E. "Guest Column: Knowing When a WMS or WCS Is Right for Your Company". Supply & Demand Chain Executive. Enom, Inc. http://www.sdcexec.com/web/online/FulfillmentLogistics-Trends/Guest-Column--Knowing-When-a-WMS-or-WCS-Is-Right-for-Your-Company/15$10982 Arxivləşdirilib 2011-01-07 at the Wayback Machine. Retrieved 15 September 2009.
- Baziotopoulos (2008). An Investigation of Logistics Outsourcing Practices In the Greek Manufacturing Sector. PhD thesis- "".
Retrieved from "http://en.wikipedia.org/wiki/Logistics"
- Логистика и управление розничными продажами (Logistics and retail management),Под ред. Дж. Ферна и Ли Спаркса, 2007, Новосибирск, Сибирское университетское изд-во.
- Логистика. Под ред. Б. А. Аникина, Т. А. Родкиной, http://7pravil.ru/books/, Москва, Проспект
- Аникин Б. А. Практикум по логистике. Учебное пособие.- М: Инфра-М, 2007. ISBN 9785160024929
- Круминьш Н., Витолиньш К. Логистика в Восточной Европе. — М: SIA, 2007 г. ISBN 978-9984-39-171-7
- Неруш Ю. М. Логистика. – Проспект, 2010. ISBN 978-5-392-5-01330–2
- Сербин В. Д. Основы логистики: Учебное пособие. Таганрог: ТРТУ, 2004
- Сток Д. Р. Стратегическое управление логистикой. — М: Инфра-М, 2005. ISBN 5160020071
- Джонсон Д., Вуд Д., Вордлоу Д., Мэрфи-мл. П. Современная логистика. 8-е изд. — М.: Издательский дом Вильямс , 2009. ISBN 978-5-8459-0969-5
- Дыбская В. В., Зайцев Е. И., Сергеев В. И. , Стерлигова А. Н. Логистика. – Эксмо, 2008. ISBN 978-5-699-22549-1
- Экологический менеджмент: Учебник для ВУЗов. / Н. Пахомова, К. Рихтер, А. Эндрес. — СПб: Питер, 2003. ISBN 5-94723-494-7
- Ы. Е. Ташбаев Актуальные вопросы и тенденции развития логистики Arxivləşdirilib 2009-03-15 at the Wayback Machine
- Миротин Л. Б. Некрасов А. Г. Эффективность интегрированной логистики
- Логистика. Основные функции, определения. Arxivləşdirilib 2011-02-12 at the Wayback Machine
- Namazov B. F., Məmmədov R. T. Logistikanın əsasları. Dərslik. Bakı: ECOprint nəşriyyatı, 2019, 270 s. ISBN 9789952468717
Mənbə
[redaktə | mənbəni redaktə et]- Раздел Логистика каталога Дмоз Arxivləşdirilib 2011-02-09 at the Wayback Machine
- Глоссарий. Цепочки поставок и логистика Англ. версия.(The Georgia Tech Supply Chain & Logistics Institute)
- Журнал "Логинфо"
- Журнал "Логистика и управление цепями поставок"
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- DMOZ-da Logistika
- Глоссарий. Цепочки поставок и логистика // The Georgia Tech Supply Chain & Logistics Institute.