Lokkerbi faciəsi
Lokkerbi faciəsi Pan Am Hava yolları reys 123 | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix | |
Qəza növü | Bombalama |
Yer | Lokkerbi, Şotlandiya |
Koordinatlar | 55°06′56″ şm. e. 003°21′31″ q. u.HGYO |
Ölkə | |
Sərnişin sayı | 243 |
Komanda | 16 |
Ölü sayı | 270 (11 nəfər Lokerbi sakini) |
Təyyarə | |
Təyyarə modeli | Boeing 747-121 |
Havayolu şirkəti | Pan Am Hava yolları |
Qalxma yeri | Hitrou Hava Limanı (London) |
İstiqamət | Con Kennedi adına hava limanı |
Uçuş nömrəsi | 123 |
Qeydiyyat nömrəsi | N739PA |
Vikianbarda əlaqəli mediafayllar |
Lokkerbi faciəsi və ya Pan Am Hava yolları reys 123 (ing. Lockerbie bombing or Pan Am Flight 103) - 1988-ci ilin 21 dekabr tarixində, çərşənbə günü , Londonun, Hitrou Hava Limanından Nyu-Yorkun, Con Kennedi adına hava limanına doğru hərəkət edən Pan Am Hava yollarına məxsus Boeing 747-121 tipli təyyarənin səmada partladılması nəticəsində baş vermiş terror aktı. Hadisə nəticəsində təyyarədə olan 243 sərnişin və 16 heyət üzvü həlak olmuşdur.[1] Qəzanın Şotlandiyanın 4 min əhalisi olan Lokkerbi şəhərciyi üzərində baş verməsi, qəsəbədə yaşayan 11 sakinin də ölümünə səbəb olmuşdur.
Şotland polisi və Federal Təhqiqat Bürosu əməkdaşları tərəfindən üç il ərzində müştərək aparılan araşdırmalardan sonra 1991-ci ilin noyabr ayında hadisəni törətməkdə şübhəli bilinən iki Liviya vətəndaşı haqqında həbs qərarı çıxarılmışdır. Birləşmiş Millətlər Təşkilatının sanksiya və təziqlərindən sonra dönəmin Liviya lideri Muəmmər Qəddafi özünə yaxınlığını ilə tanınan, terror aktını törətməkdə şübhəli bilinən iki adamının mühakimə olunması üçün 1999-cu ildə Hollandiyaya ekstradisiya olunmasına razılıq vermişdir.
2001-ci ildə Liviya xüsusi xidmət orqanlarının əməkdaşı Əbdülbaset əl-Məgrahi Lokkerbi faciəsindəki roluna görə həbs edildi. 2009-cu ildə prostat xərçəngi diaqnozu qoyulan Əbdülbaset xəstəliyi səbəbindən azad edildi və məhkəmənin qərarı ilə yeganə təqsirli bilinən şəxs kimi 2012-ci ilin may ayında vəfat etdi.
Qəddafi 2003-cü ildə verdiyi açıqlamasında Lokkerbi faciəsinə görə məsuliyyəti ölkəsinin daşıdığını bildirmiş və faciə qurbanlarının yaxınlarına təzminat ödəmişdir. Qəddafi açıqlamasında təyyarənin partladılması kimi bir göstərişin ondan xəbərsiz alındığını və özünün belə bir göstəriş vermədiyini bildirmişdir.
2011-ci ildə baş verən Liviya vətəndaş müharibəsi zamanı Qəddafi hökumətində çalışmış keçmiş məmur açıqlamasında Pan Am Hava yolları reys 123-ün Muəmmər Qəddafinin nəzarəti və göstərişləri altında partladılığını bildirmişdir. Hətta bu gün belə təyyarənin kim tərəfindən, hansı məqsədlə partladılması ilə bağlı müxtəlif fikirlər mövcuddur və hələ də dəqiq aşkar olunmamışdır.[2]
1992-ci ilin 22 dekabr tarixində Liviya Hava yollarına məxsus Boeing 727-200 tipli təyyarənin Benqazi-Tripoli daxili xətt reysin icra edərkən havada MiQ-23 qırıcısı ilə toqquşması ilə nəticələnən qəza da Lokkerbi faciəsi ilə əlaqələndirilir. Həmin hadisə nəticəsində 147 nəfər sərnişin və 10 heyət üzvü olmaqla, ümumilikdə 157 nəfər həlak olmuşdur. Hadisədən 20 il sonra ortaya çıxan iddialara görə Liviya Hava yolları reys 1103 beynəlxalq ictimaiyyətin ölkə üzərində olan təziqinin azaldılması üçün qəsdən partladılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Clipper Maid of the Seas: Remembering those on flight 103". panamair.org. 2007. 26 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 June 2008.
- ↑ "Colonel Gaddafi 'ordered Lockerbie bombing". BBC NEWS. 23 February 2011. 30 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2017.