Lopes burnu
Lopes burnu | |
---|---|
Yerləşməsi | |
0°37′28″ c. e. 8°42′29″ ş. u.HGYO | |
Akvatoriya | Atlantik okean |
Ölkə | Qabon |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lopes burnu (fr. Cap Lopez) — Mərkəzi Afrikanın Qabon sahillərində 55 km məsafədə uzanan burun və yarımada. Burun həmçinin Qvineya körfəzini Atlantik okeanından ayıran təbii sərhəddir. Burunda Oqave çayının deltası yerləşir. Yaxınlıqda Port-Jantil şəhəri yerləşir. Burunda 1897-ci ildə mayak quraşdırılmışdır. Müasir bina isə 1911-ci ildə inşa edilmişdir[1].
Burun öz adını portuqaliyalı araşdırmaçı Qonsales Lopesin adından almışdır. O, 1474-cü ildə buruna qədər üzüb gələ bilmişdir. XVIII—XIX əsrlərdə burun qul ticarətinin əsas mərkəzlərindən biri olmuşdur. 1862-ci ildə fransa ilə yerli qəbilələr arasında imzalanmış anlaşmaya görə burun ərazisi Fransanın hüquqi mülkiyyətinə çevrilmişdir. Hazırda burun Qabonun Oqave-Maritim vilayətinə daxildir. Burada neft terminalı yerləşir ki, oradan da Qabon neftinin böyük hissəsi ixrac edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Lighthouses of Gabon" (ingilis). Russ Rowlett and the University of North Carolina at Chapel Hill. 2016-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.