Lui Şevrole

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lui Şevrole
Louis-Joseph Chevrolet
Doğum tarixi 25 dekabr 1878(1878-12-25)[1][2]
Doğum yeri
Vəfat tarixi 6 iyun 1941(1941-06-06)[1] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti sahibkar, yarış avtomobili pilotu[d], mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lui Şevrole (Louis Chevrolet; 25 dekabr 1878[1][2], La-Şo-de-Fon[3]6 iyun 1941[1], Detroyt, Miçiqan) — Chevrolet Motor Car şirkətinin banisi.

Lui Şevrole 1878-ci ildə İsveçrənin La Şo-de-Fo qəsəbəsində doğulub. Mürəkkəb mexanizmlərə meylliliyi o, öz saatsaz atasından irsən almışdır. Lui uşaqlıqda həmişə əşyaların necə işlədiyini öyrənmək və işinin yaxşılaşdırılması üçün o, həmişə müxtəlif əşyaları sökərdi. İkinci həvəsi – sürəti – o, 11 yaşında velosipedlərin təmiri üzrə emalatxanada işləyəndə aşkar etdi. Başqaları kimi, Luinin də təpədən aşağı sürətlə enəndə keçirdiyi o həyəcan, onun qəlbində həmişəlik dərin bir iz saxladı. Lakin çoxumuzdan fərqli olaraq, bundan sonra o, velosipedlərin daha böyük sürət yaratması üzərində fikirləşməyə başladı. Lui velosiped yarışları ilə məşğul olmağa başladı: o velosiped düzəldir və yarışlarda iştirak edirdi. O, yarışlarda qazandığı bütün pul mükafatlarını 6 bacı və qardaşlarının saxlanılmasına sərf edirdi.

Super-ulduz yarışcı 1901-ci ildə Lui Nyu-Yorka köçdü və avtomobillərin istehsalı üzrə ən iri şirkət olan Dion-Butonda mühəndis-mexanik vəzifəsinə düzəldi. Luinin avtomobillərə qarşı sevgisi tezliklə 2 forma aldı – onları yaratmaq və onlarla yarışlarda iştirak etmək.

1905-ci ildə o, öz ilk vacib yarışında qalib gəldi və bir mili 52.8 saniyəyə qət etməklə yeni rekordu müəyyən etdi. Bu ildən başlayaraq Luinin həyatında Amerikadakı yarışmalarında 15 illik ardıcıl qalibiyyət dövrü başladı. Bunun sayəsində, Lui yarış trekinin dünya super-ulduzuna çevrildi.

1911-ci ildə Lui Nyu-Cersidə "General Company" (sonrada "General Motors"-a çevrilmiş) sahibi Billi Dürantla birlikdə, öz şöhrətindən yeni avtomobilin yaradılması üçün istifadə etmək qərarına gəldi və "Chevrolet Motor Car Company" yaratdı.

3 noyabr 1911-ci il tarixi "Chevrolet Motor Car Company" şirkətinin ad gününə çevrildi.

Şirkətin inkişafı

[redaktə | vikimətni redaktə et]

Artıq Lui Şevrole məhz uzun müddət arzu etdiyi avtomobilləri istehsal etmək imkanını aldı.

Lui o zaman mövcud olan avtomobillərdən daha texnoloji və daha etibarlı avtomobilləri yaratmaq istəyirdi. Lakin bununla bərabər, o, avtomobillərinin əksər insanlar üçün əlverişli qiymətə olmasını istəyirdi.

Chevrolet brendi çox böyük uğur əldə etmişdir – Chevrolet hətta Ford şirkətinin T modelinin əlində olan liderliyi almağa müvəffəq oldu. İndiki zamanımızda əksəriyyətimiz Lui Şevroleni yarışçı kimi artıq xatırlamır, lakin onun şirkəti bütün dünyada məşhurlaşdı. Chevrolet komandasında hamımız köklərimizlə fəxr edirik və hər zaman Lui Şevrolenin ən yaxşı qiymətə ən yaxşı avtomobillər yaratmaq prinsiplərini qoruyub saxlayacayıq.

  1. 1 2 3 4 Louis Joseph Chevrolet // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Bibliothèque nationale de France Louis Chevrolet // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #129401196 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.