Lusid yuxu
Lusid yuxu və ya aydın yuxu — bu cür yuxulara verilən addır ki, insan yuxu görərkən yuxu gördüyünü bilir və yuxu görməyinin fərqindədir. Termin ilk dəfə Oksford Psixofizika İnstitutundan olan parapsixoloq Celia Green tərəfindən istifadə edilmişdir.
Şərqdəki lusid yuxuya önəm verən bəzi mistik məktəblərdə ustad şagirdinə gördüyü psixofizioloji yuxunu istiqamətləndirmək üçün görüntüyə nəzarət üsullarını öyrədir. Bu üsulları tətbiq edə bilən tələbə yuxuda vəhşi bir heyvan tərəfindən təqib edilirsə, yuxusunda şüurlu olur (lusid yuxu vəziyyəti) və təsəvvürünə nəzarət etməsi sayəsində bu dəfə o vəhşi heyvanı yuxunun qalan hissəsində təqib edə bilər.
Bəzi dairələrə görə yuxudan durduqdan sonra yuxuları yazmaq, düşünmək, meditasiya etmək və reallığı sınamaq texnikalarını tətbiq etmək (əlin divar girməsinə çalışmaq, saatı oxumaq) lusid yuxu görməkdə kömək edə bilər.