Lyft

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lyft
Ümumi məlumatlar
Tipi İctimai şirkət
Sənaye nəqliyyat[2]
Məhsulu Taksi
Təsis tarixi 2012
Baş qərargahın yeri ABŞ San-Fransisko, Kaliforniya
İqtisadi göstəriciləri
Birjada listinqi NASDAQ: LYFT
Ümumi gəliri 700 000 000 $[1]
Xalis mənfəəti −2 600 000 000 $
Əməliyyat mənfəəti −2 702 000 000 $
Struktur
İşçi sayı 4,779 (2020)
Rəhbərlik
Təsisçilər Loqan Qrin
Con Zimmer
lyft.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lyft — istifadəçilərə veb sayt və ya mobil tətbiqetmə vasitəsi ilə xidmətlə işləyən sürücüləri tapmağa və uyğun qiymətə səyahət etmək imkanı təqdim edən şirkət.[3][4][5] 2012-ci ildən bəri "Sizin avtomobilli dostunuz" sloqanından istifadə etməkdədir.[6] Şirkət məlumatlarına görə, Lyft xidməti ənənəvi taksilərdən 30% daha az xərclə avtomobil ilə səyahət etmək imkanı verir.[7][8] Lyft ilə işləyən sürücülər avtomobillərini tampon üzərində çəhrayı bığ şəklində kürklü maskotla qeyd edirlər.[9]

2014-cü ilin aprel ayından etibarən Lyft şirkəti, San-Fransisko, Los-Anceles, San-Dieqo, Sakramento, Sitl, Çikaqo, Nyu-York, Vaşinqton, Boston, Denver, Dallas, Atlanta , Baltimor, Finiks, Minneapolis, Sent-Luiz, İndianapolis, Pittsburq kimi böyük şəhərlər də daxil olmaqla ABŞ-nin 60 şəhərində xidmət göstərir.[10][11]

İstifadəçilər Lyft mobil tətbiqini smartfonlarına yükləməli, qeydiyyatdan keçməli, etibarlı bir telefon nömrəsi və bir ödəmə forması (kredit kartı, Lyft hədiyyə kartı və ya Apple Pay, Google Wallet və ya PayPal hesabı) daxil etməlidirlər.[12] Səfər başa çatdıqdan sonra ödəniş mənbəyindən vəsait çıxılır.[13]

Avtomobil gedişləri

[redaktə | mənbəni redaktə et]

Hesabları yaradıldıqdan sonra, sərnişinlər yaxınlıqdakı bir sürücünü çağıra bilər. Sifariş sürücü tərəfindən qəbul edildikdən sonra tətbiqdə sürücünün adı, keçmiş sərnişinlərin reytinqləri, sürücünün və avtomobilin şəkilləri göstərilir. Həmçinin, sərnişinlər səyahət zamanı profillərinə şəxsi məlumatlar əlavə edə bilərlər. Gediş başa çatdıqdan sonra istər nəğdi istər seçilmiş ödəniş mənbəyi istifadə olunaraq ödəniş edilə bilər.

Lyft skuterlərinin kilidini açmaq üçün 1 ABŞ dolları və hər əlavə dəqiqə gediş üçün 15 sent tələb olunur.

Sürücü tələbləri

[redaktə | mənbəni redaktə et]
  • Sürücülər Nəqliyyat Vasitələri İdarəsi, ABŞ-da cinsi hüquq pozuntularının qeydiyyatı və kadr tipli cinayət mənşəli yoxlamalar daxil olmaqla arxa plan yoxlamasından keçməlidirlər. Qeydiyyatda cinayət yer alan sürücülərə taksi sürücülüyü qadağandır. Əlavə olaraq, 7 ildən sonra bütün cinayətlər silinir.
  • Sürücülər 21 və daha yuxarı olmalı və bir ildən çox sürücülük vəsiqəsi almış olmalıdırlar.
  • Lyft, sıfır tolerant bir dərman və alkoqol siyasətinə malikdir.[14]

Gediş başa çatdıqdan sonra sürücülərə və sərnişinlərə bir-birlərindən beş ulduz miqyasında qiymətləndirmə imkanı verilir. Bir sərnişin tərəfindən aşağı reytinqi olan hər hansı bir sürücü yenidən həmin sərnişinlə uyğunlaşmayacaqdır. Lyft, sərnişinlərin reytinqlərini bilməsinə imkan vermir. Reytinqlər həm sürücülərin, həm də şəbəkədəki sərnişinlərin nüfuzlarını müəyyənləşdirir.

  1. "Bloomberg - Are you a robot?". www.bloomberg.com. 2017-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  2. The Unicorn List. 2016.
  3. "Lyft and Sidecar replace voluntary donations with set prices". www.bizjournals.com. 14 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  4. "The "mega trend" that swallowed Silicon Valley". CNN. 27 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  5. "Lyft Hits The East Coast With A Launch In Boston, Its First Big Post-Funding Expansion City". TechCrunch. 20 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  6. "Lyft team gets $60M more; now it must prove ride-sharing can go global". VentureBeat. 23 may 2013. 27 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  7. "Zimride Turns Regular Cars Into Taxis With New Ride-Sharing App, Lyft". AllThingsD. 5 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  8. Fehrenbacher, Katie. "Zimride launches mobile real time ride sharing via Lyft". gigaom.com. 22 may 2012. 21 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  9. Lagorio-Chafkin, Christine. "Behind the Origin--and Evolution--of Lyft's Iconic Pink Mustache". Inc.com. «What if the fuzzy pink mustaches just don't fly in New York? Aren't they a little too...cute? ... giant fluffy mascot of sorts. The pink version Lyft distributes to drivers, and that you'll find displayed on almost every driver's car, was originally created in a partnership with a friend-of-a-friend of Zimmer and his co-founder, Logan Green, named Ethan Eyler.». 1 avqust 2014. 13 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  10. Baker, Chris. "Is Lyft too Cool to go National?". Fast Company. 2 iyul 2013. 26 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  11. "Mayor Kevin Johnson Welcomes Lyft to Sacramento". Lyft Blog. 9 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  12. Inc, Lyft. "How to add or update payment info". Lyft Help. 9 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  13. "A sense of place". The Economist. 21 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
  14. Inc, Lyft. "Safety for Riders and Drivers". Lyft. 9 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.