Möminə Xatun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Möminə Xatun
Mömünə Xatunun rəssam Əjdər Qafarov tərəfindən çəkilmiş bədii portreti. Azərbaycan Tarix Muzeyində saxlanılır.
Mömünə Xatunun rəssam Əjdər Qafarov tərəfindən çəkilmiş bədii portreti. Azərbaycan Tarix Muzeyində saxlanılır.
Vəfat tarixi
Vəfat yeri Naxçıvan
Həyat yoldaşları II Toğrul (1132-1134)
Şəmsəddin Eldəniz (1136-1175)
Uşaqları Məhəmməd Cahan Pəhləvan
Qızıl Arslan
qız (adı bilinmir)

Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Məhəmməd Cahan PəhləvanQızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində hər iki ərinə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır.[1] Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" ("Səlcuqilə dövləti haqqında məlumat") əsərində onun haqqında qeyd edirdi:

Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar. Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi; mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Bu ağıllı və hörmətəlayiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilmişdir.[2]

  • Azərbaycan Atabəyləri (serial, 2024)
  1. Ziya Bünyadov. Azərbaycan Atabəylər Dövləti (1136-1225-ci illər). Bakı: Şərq-Qərb. 2007. ISBN 978-9952-34-066-2. (#accessdate_missing_url)
  2. "CƏMİYYƏTİN QENDER ŞƏKLİ İNTİBAH ŞƏRTLƏRİNDƏ: ŞƏRQ VƏ AVROPA" (PDF). Azərbaycan Gender İnformasiya Mərkəzi. 2021-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 avqust 2016.