Müqəddəs Məryəm kilsəsi (Ərəkül)
Müqəddəs Məryəm kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd rayonu |
Yerləşir | Arakül kəndi |
Aidiyyatı | Erməni Həvari kilsəsi |
Sifarişçi | Makiç Qriqoryan |
Tikilmə tarixi | 1902-1907 |
Üslubu | Erməni memarlığı |
Vəziyyəti | xarabalıqları qalır |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Ərəkül kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyasına tabe olmuş kilsə 1902-1907-ci illərdə Bakının zəngin ermənilərindən olan Makiç Qriqoryanın sifarişi ilə inşa edilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kilsə, Ərəkül kəndindən olan, lakin Bakıda yaşayan zəngin ermənilərdən biri – Makiç Qriqoryanın sifarişi ilə tikilmişdir.[1] 1902-1907-ci illərdə kilsənin inşası üçün 30.000 rubl xərclənmişdir.[1]
1960-cı illərdə Horadiz stansiyasından təkrar emal üçün göndərilmiş metal tullantıları arasından bu kilsənin naxışlı zınqırovu aşkarlanaraq Xankəndi Tarix-Diyarşünaslıq Muzeyinə göndərilmişdir.[2]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Ərəkül kəndinin qədim mərkəzində inşa edilmiş Müqəddəs Məryəm kilsəsi, digər tikililər arasında effektiv şəkildə seçilir.[1] Kilsənin layihəsi Tbilisidən dəvət edilmiş memar tərəfindən hazırlanmış, lakin, memarın adı sənədlərdə qeyd edilməmişdir. İnteryerlərin işlənməsi üçün isə Bakıdan beş ədəd yunan memar dəvət edilmişdir.[2] Digər işlərin icrasında yerli sənətkarlardan istifadə olunmuşdur.[2]
20,5x16 metr ölçülərə malik olan kilsə, planda günbəzli bazilika quruluşuna malikdir. Üçnefli bazilikanın günbəz ilə birlikdə olan hündürlüyü 18 metrə bərabərdir. Günbəz tağlar vasitəsilə dörd gözəl pilon tərəfindən saxlanılır. Kilsənin divarları yaşı yonulmuş yerli qumdaşından inşa edilmişdir.[2]
Kilsənin interyeri eksteryeri ilə müqayisədə daha cazibədardır. İşıqlı və geniş ibadət zalı yonma naxışlı memarlıq elementləri ilə ziyarətçisinə ciddi təsir buraxır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Мкртчян, 1989. səh. 106
- ↑ 1 2 3 4 5 Мкртчян, 1989. səh. 107
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989