53°32′51″ şm. e. 9°59′26″ ş. u.HGYO

Müqəddəs Nikolay kilsəsi (Hamburq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müqəddəs Nikolay kilsəsi
Ehemalige Hauptkirche St. Nikolai
Xəritə
Ümumi məlumatlar
Memarlıq üslubu neoqotika
Ölkə
Koordinatlar 53°32′51″ şm. e. 9°59′26″ ş. u.HGYO
Şərəfinə adlandırılıb Müqəddəs Nikolay
Texniki detallar
Material kərpic
Veb-sayt
mahnmal-st-nikolai.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs Nikolay kilsəsi (alm. St.-Nikolay-Kirche‎) — Almaniyanın Hamburq şəhərində yerləşən və tarixən Lüteranlıqın mövcud olmuş beş əsas kilsəsindən biri hesab olunan kilsədir.[1] Tikintisi 1846-cı ildən başlayaraq 1874-cü ilə qədər davam etmiş olan bu kilsə, İkinci Dünya müharibəsi illərində müttəfiq dövlətlərin hava hücumları zamanı etdikləri ağır bombardmanlar nəticəsində çox böyük dağıntılara məruz qalmışdır. Müasir dövrdə təkcə xarabalıqları qalmış olan kilsə, sadəcə olaraq tarixi bir abidə kimi xidmət edir. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Harvestehudda yeni Müqəddəs Nikolay kilsəsi tikilmişdir.

Kilsə həmçinin də, 1874-1876-cı illər arasında dünyanın ən hündür binası tituluna sahib olmuş və hal-hazırda da Hamburqun ikinci ən hündür binası hesab olunur. Müasir dövrdə Hamburqlular "Nikolaikirche" (Nikolay kilsəsi) deyəndə hələ də, köhnə Müqəddəs Nikolay kilsəsini başa düşürlər.

  1. "Emporis building ID 109352". Emporis. 6 March 2016 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]