Müseyib Dilbazi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müseyib Dilbazi
Müseyib Osman ağa Dilbazi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qazax, Xanlıqlar
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Qazax
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri "Şərəf nişanı" ordeni "Şöhrət" ordeni
dilbazi.az

Müseyib Osman ağa oğlu Dilbazi (9 sentyabr 1923, Musaköy, Qazax qəzası9 sentyabr 2011, Qazax) — Qazax şəhər sovetinin deputatı, Qazax Rayon Veteranlar Şurasının sədri.

1923-cü il sentyabrın 9-da Xanlıqlar kəndində anadan olmuşdur. Gəncədə 5-ci komsomol məktəbini bitirmişdir. Bu şəhərdə Tibb Texnikumunda diş həkimliyi ixtisasına yiyələnmişdir. Atası Osman ağa 1938-ci ildə basmaqəlib "xalq düşməni" ittihamı ilə həbs edildikdən sonra ailəliklə çətin günlər görmüşdür. Texnikum təhsilini başa vurduqdan sonra bir müddət Qazaxdan aralı yerlərdə — 1939-cu ildən 1941-ci ilin iyun ayınadək Bərdədə həkim, o mahalın Şirvanlı kənd həkim məntəqəsinin müdiri işləmişdir. Böyük Vətən müharibəsi başlanandan bir neçə gün sonra — iyunun 26-da könüllü olaraq cəbhəyə yollanan Müseyib Dilbazi Qərbi Ukraynada döyüşlərə qatılır, onun xidmət etdiyi hərbi hissə İvanovo-Frankovskdan Kiyevə qədər ağır müdafiə döyüşləri apara-apara geri çəkilir. "Diviziyamız canlı qüvvə sarıdan böyük itkilər vermişdi. Kiyev ətrafından bizim hissəni götürüb Tula ətrafında gedən vuruşmalar rayonuna atdı- lar, orada yaralandım. Sağaldıqdan sonra yenidən öz hissəmə — 151-ci diviziyaya gəldim", — deyə Müseyib Dilbazi xəyalən o illərə qayıdaraq danışırdı. Bu dəfə 151-ci diviziyanın tərkibində Qafqaz istiqamətində gedən döyüşlərin iştirakçısı olur, Rostov, Çerkassk, Donetsk, Xarkov şəhərlərinin almanlardan azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. Onun 1942-ci il mayın 3-də baş vermiş döyüşdə göstərdiyi fədakarlığı kapitan İvan İliç Polişşukun "Əmr yerinə yetirildi" kitabında belə təsvir olunur: "Göydən, yerdən güllə yağışı, toplar- dan, tanklardan, minomyotlardan, təyyarələrdən atılan mərmilərin qulaqbatırıcı, dəhşətli gurultusu altında bu gənc 23 nəfər yaralını döyüş meydanından çıxarıb, onları coşqun Urfa çayından arxa cəbhəyə keçirməklə böyük qəhrəmanlıq göstər- mişdi". Müseyib Dilbazinin bu igidliyi Bakıda çıxan "Kommunist" qəzetinin 25 fevral 1943-cü il sayında da təsvir edilmişdi. Həmin hadisə barədə Qurban Orucovun "Azərbaycan Qafqaz döyüşlərində" kitabında (1984) da məlumat verilir: "Kirova- badlı sanitar təlimatçısı Müseyib Dilbazov döyüşlərin birində düşmənin şiddətli atəşi altında 23 yaralı sovet əsgərini döyüş meydanından çıxartmış, silahları ilə birlikdə Terek çayından keçirmiş və səhiyyə məntəqəsinə təhvil vermişdir. Bu igidliyə görə o, Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir". Sonrakı döyüşlərdə aldığı ağır yaralardan sonra Müseyib Dilbazi Bakıya hərbi hospitala gətirilir. Burada bir müddət müalicə olunur. Cəbhədə bir qolunu və üz-gözünün yaraşığını itirən bu gənc 1944-cü il aprelin 28-də birinci qrup müharibə əlili kimi ordudan tərxis olunur. Onun üçün iş vardı — o vaxt bu kiçik əyalət şəhərində fəaliyyət göstərən ikiillik Müəllimlər İnstitutunda mayın 6-dan hərbi masanın rəisi təyin olunur və eyni zamanda tələbələrə sanitariya fənnindən dərs deyir. 1946–51-ci illərdə isə altı para kənddən ibarət Əskipara dərəsində həkim məntəqəsinin müdiri işləyir.

1951–1961-ci illərdə Qazax rayon Səhiyyə-Maarif Evinin müdiri, 1961–1981-ci illərdə isə dezinfeksiya idarəsinin müdiri vəzifələrində mahalımızda insanların sağlamlığı işinə birtibb işçisi olaraq öz töhfəsini verir.

1981-ci ildən sonra isə sanitar-epidemioloji stansiya müdirinin müavini olmuşdur. Səhiyyə orqanlarında 26 il ilk partiya təşkilatının katibi vəzifəsində çalışmışdı ki, sovet dövründə ona böyük etimad göstərildiyindən xəbər verir. Bundan başqa, 6 dəfə Qazax şəhər sovetinin deputatı seçilmişdi. Uzun müddət Qazax Rayon Veteranlar Şurasının sədri olmuşdur. Hazırda, Müseyib Dilbazi Qazax Rayon Veteranlar Şurası sədrinin müavini və hərbi-vətənpərvərlik daimi komissiyasının üzvüdür. Onun cəbhə illəri barəsində 2005-ci ildə qələbənin 60 illiyi münasibətilə nəşr olunmuş "Qazax veteranları.

1941–1945" kitabında da məlumat verilmişdir. Qazaxda bütün hərbi-vətənpərvərlik tədbirlərində başda oturdulan Müseyib Dilbazi Vətən qarşısında xidmətlərinə görə "Qırmızı Ulduz" ordeni, 3-cü dərəcəli "Şöhrət" ordeni, 1-ci dərəcəli "Böyük Vətən müharibəsi" ordeni, 32 yubiley medalı ilə təltif olunmuşdur.

1957-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı, "Əməkdə fərqlənməyə görə" gümüş medalı

1981-ci ildə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.

Qazax şairlərindən Əziz-Məftun Həsənzadənin "Vətən oğlu" (1964), Eyvaz Qələmçəlinin "Müharibə olmasın" şeirləri Müseyib Dilbaziyə həsr olunmuş, onun haqqında mətbuatda yazılar getmişdir. Lakin Qazağın el şairlərinin bu igid kişiyə həsr etdikləri şeirlərin arasında hörmətli şairimiz Barat Vüsalın Müseyib Dilbaziyə ünvanladığı "Heykəl" adında bir şeiri bu köhnə döyüşçünün odlardan-alovlardan keçmiş yolunu və şəxsiyyətini daha gerçək cizgilərlə əks etdirir. Yeri gəlmişkən, Müseyib Dilbazinin qazaxlı heykəltaraş Ramiz Məmmədov tərəfindən yaradılmış son dərəcə ifadəli, koloritli büstü Qazax Rəsm Qalereyasında nümayiş etdirilir.

Müseyib Dilbazi əslən İkinci Şıxlıdan (Sarıvəlli) Müqəddə Korca qızı Nəsibova (1923) ilə evlənmişdir. Qazaxda ikiillik Müəllimlər İnstitutunun məzunu olan Müqəddə Nəsibova (Dilbazi) 1946–51-ci illərdə Əskiparada müəllimə, 1951–53-cü iliərdə Qazaxda 8 illik məktəbdə müəllimə işləmişdir. Sonra ixtisasını dəyişərək Qazax Tibb Texnikumunu bitirmiş və uzun illər şəhərdəki psixiatriya xəstəxanasında baş tibb bacısı vəzifəsində çalışmışdır. Müseyib və Müqəddə Dilbazilərin iki qızı, bir oğlu (Tünzalə. Dilşad və Bəhruz) var, onların hər üçünə ali təhsil vermişlər. Tünzalə Müseyib qızı Dilbazi (1947) Qazaxda 2 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktıka fakültəsinin məzunudur. Hazırda Xırdalan poliklinikasında akuşer-ginekoloq işləyir. Yuxarı Əskiparadan Elxan Musayev ilə (Tibb Universiteti, dosent) ailə qurmuşdur. İki qızı, bir oğlu var: Xədicə, Sevinc və Orxan. Hər üçü ali təhsillidir ailəlidir. Dilşad Müseyib qızı Dilbazi (1948) Qazax şəhərində 2 saylı orta məktəbın məzunudur. Azərbaycan Xalq Təsərrüfatı İnstıtutunu əmtəəşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, bir müddət bu institutda tədris fəaliyyəti ilə məsğul olmuşdur. Sonrakı illərdə Qazaxda ticarət sistemində çalışmışdır. Hazırda Qazax rayon İstehlak Cəmiyyəti sədrinin müavinidir. Stolüstü tennis üzrə SSRİidman ustasıdır. Çaylı kəndindən Qüdrət Müseyib oğlu Süleymanov ilə ailə qurmuşdur. Onların da iki qızı və bir oğlu var: Şəhrudə (hüquqşünas), Aynurə (tibb məktəbini bıtirib) və Tərxan (ixtisasca rabitə mühəndisidir).

http://abdinov.blogspot.com/2017/05/boyuk-vtn-muharibsind-azrbaycanlilarin.html Arxivləşdirilib 2018-03-07 at the Wayback Machine

Umudlu, İsmayıl Balı oğlu. Dilbazilər : tarixi-bioqrafik araşdırma / İ. B. Umudlu. — Bakı 2007.