Müzakirə:Arsak
Bu, Arsak məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Məqalənin adı onun məzmunu ilə uyğunluq təşkil etmir, belə ki, məqalinin adı "Artsak" olsa da, məqalədə yazılmışdır ki, "Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. İlk orta əsrlərdə erməni tarixçilərinin əsərlərində bu söz Artsax kimi verilib. Türkcə izah olunduğu halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna vermir." Bundan əlavə məqalə "Artsak" haqqında yox "Arsak" və ya "Arsax" haqqındadır, bütün hallarda "Artsak" sözünün inkarı üzərində qurulmuşdur, misal: "Hazırda erməni tarixçiləri qədim yunan dili vasitəsi ilə toponimi izah etməyə çalışsalar da, burada tarix boyu yunan mənşəli tayfaların yaşamadığı məlumdur və onların irəli sürdüyü fikir tamamilə yanlışdır." Göstərilən səbəblərə görə məaqlənin adının dəyişdirilərək "Arsak" olmasını təkilf edirəm. --Batukalmar (müzakirə) 16:16, 26 dekabr 2015 (UTC)