Məşum altılıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məşum altılıq
Orijinal Məşum altılıq: Doktor Osminoq, Elektro, Ovçu Kreyven, Misterio, Qum-adamKərkəs.
NəşriyyatMarvel Comics
Yayım tarixi"The Amazing Spider-Man Annual" #1 (yanvar 1964)
YaradanSten Li
Stiv Ditko
Hekayə məlumatı
BazaNyu-York
ÜzvlərMəşum altılıq üzvlərinin siyahısı
DüşmənlərHörümçək-adam
Tam siyahı

Məşum altılıq (ing. Sinister Six) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə Hörümçək-adamın düşmənləri tərəfindən formalaşdırılmış komanda Sten LiStiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man Annual" komiksinin 1-ci sayında (yanvar 1964) görünmüşdür. Komanda Hörümçək adama ardıcıl məğlub olan əsas super cinayətkarlardan ibarətdir. Orijinal Məşum altılıq komandası Doktor Osminoq tərəfindən qurulmuşdur.

Məşum altılıq Hörümçək adamın əsas düşmən komandasıdır. Komanda bir çox animasiya serialında və videooyunda görünmüşdür.

Nəşrolunma tarixi

[redaktə | mənbəni redaktə et]

Məşum altılıq komandası ilk dəfə "The Amazing Spider-Man Annual" komiksinin 1-ci sayında (yanvar 1964) görünmüşdür.[1]

Orijinal komanda

[redaktə | mənbəni redaktə et]

Hörümçək adama ardıcıl üç məğlubiyyətdən sonra Doktor Osminoq mexaniki qollarından ayrı düşür və həbs olunur. Mexaniki qollar sərbəst şəkildə Doktor Osminoqu həbsxanadan xilas edir və Doktor Osminoq Hörümçək adamla yolları kəsişən hər bir supercinayətkara müraciət yollayır. Ancaq Kərkəs, Elektro, Ovçu Kreyven, orijinal Misteri və Qum-adam müraciətə cavab verirlər. Hər biri Hörümçək adamı məğlub etmək şərəfinə özü nail olmaq istədiyindən püşk yolu ilə ardıcıl şəkildə onunla üzləşməyi təklif edirlər. Məşum altılıq Mey xalanı və "Daily Bugle" qəzetinin katibəsi Betti Brantı qaçıraraq Hörümçək-adamı onlarla döyüşməyi məcbur edir. Hörümçək adam onları tək-tək məğlub edir, komanda şəklində deyil, fərdi şəkildə döyüşdükləri üçün onları lağa qoyur.

"The Amazing Spider-Man" komiksinin 334–339-cu saylarında Doktor Osminoq Elektro, Misterio, Qum-adam, Kərkəs və Hobqoblini (Ovçu Kreyven ölü olduğundan) dünyanı ələ keçirmək məqsədilə komandasına cəlb edir. Lakin bu bir hiylədir. Doktor Osminoq özü təkbaşına dünyanı ələ keçirmək istəyir. İslah olunmuş və komandaya qoşulmaqda məcbur edilən Qum-adam Hörümçək-adama Məşum altılığı məğlub etməkdə kömək edir və Doktor Osminoqunun planını dayandırır.

"Spider-Man" komiksinin 18–23-cü saylarında Elektro, Misterio, Kərkəs və Hobqoblin Doktor Osminoqdan qisas almaq üçün birləşirlər. Qum-adamı da komandaya cəlb etmək onun ailəsinə bomba ilə hücum edirlər və bunun Doktor Osminoq tərəfindən törədildiyinə inandırırlar. Qum adam kömək üçün Hörümçək adama müraciət edir. Doktor Osminoq adamantium qolları ilə altılığın üzvlərini asanlıqla məğlub edir, Qum-adamın bədənini şüşəyə çevirir, Hörümçək-adamı ölümcül döyür. Polislər binanı əhatəyə alanda üzvlər qaçmaq üçün Doktor Osminoqa xidmət etməyə razılıq verirlər. Komanda qaçır və yüksək texnoloji alətlər oğurlayır. Altılığı tamamlamaq üçün komandaya Qoqu cəlb edirlər. Sonda Hörümçək adam və digər qəhrəmanlar onları dayandıra bilirlər. Çoxu həbs olunsa da, Kərkəs və Hobqoblin qaça bilirlər.

Heyranedici Hörümçək-adam seriyası

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin dekabrında Sony "Heyranedici Hörümçək-adam" franşizinin iki spin-offunu anons etmişdir: "Məşum altılıq" və "Venom". Dryu Qoddar "Məşum Altılıq" üçün ssenari yazmağa cəlb olunmuşdur. "Heyranedici Hörümçək-adam 2" filmi boyunca və sonlarında Məşum altılıq komandasının tərkibi müxtəlif detallar və kostyumlarla izləyicilərin nəzərinə çatdırılmışdır: Kərgədan, Kərkəs, Doktor Osminoq, Misterio, Ovçu Kreyven və lider Yaşıl qoblin. Filmin personajlar üçün baza rolu oynayacağı, Hörümçək-adamın görünməyəcəyi deyilirdi. Komandanın əsas orijinal məqsədi onu öldürməkdən ibarət olacaqdı. Filmin 11 noyabr 2016-cı ildə buraxılması planlaşdırılmışdı. Lakin 2015-ci ilin fevralında Marvel Studios ilə razılaşmadan sonra film əvvəlcə təxirə salınmış, sonra ləğv olunmuşdur. Lakin daha spin-offlar üzərində işlənməyə başlanmışdır. "Venom" 5 oktyabr 2018-ci ildə buraxılacaq. "Məşum altılıq" isə Marvel Studios-un layihəsidir.

Marvel Kinematoqrafiya Kainatı

[redaktə | mənbəni redaktə et]

"Hörümçək-adam: Evə qayıdış" filminin sonunda həbs olunmuş Edrian Tumsa Mak Qarqan yaxınlaşır. Qarqan ona "çöldə bəzi oğlanlar tapdığını" deyir. Çox güman ki, bununla Məşum altılıq və ya onun kimi komandanı nəzərdə tutur. Emi Paskalın hek olunmuş emailindən əgər Sony razılıq versə Tom Hollandın MKK-da "Məşum altılıq" setində görünməsini planlaşdırdığı məlum olmuşdur.

  1. Manning, Matthew K.; Gilbert, Laura, ed. 1960s // Spider-Man Chronicle Celebrating 50 Years of Web-Slinging. Dorling Kindersley. 2012. səh. 27. ISBN 978-0756692360. Spidey faced his first true team of super villains in an oversized 73-pages extravaganza written by [Stan] Lee with art by [Steve] Ditko. ([[:Category:|link]])[[Category:]]
  2. Allstetter, Rob. "THE SPECTACULAR SPIDER-MAN ROUNDUP". Comics Continuum. 2008-04-25. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-04-25.
  3. "Arxivlənmiş surət". 2014-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]