Məhəmməd Əli xan
Məhəmməd Əli xan | |
---|---|
1719 – 1720 | |
Əvvəlki | Səfiqulu xan Ziyadoğlu-Qacar |
Sonrakı | Mixri xan |
Şəxsi məlumatlar | |
Dini | Şiə İslam |
Məhəmməd Əli xan — XVIII əsrin I rübündə fəaliyyət göstərmiş Səfəvi hərbi xadimi, Azərbaycan bəylərbəyliyinin hakimi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Məhəmməd Əli xan 1719-1720-ci illər aralığında Səfəvi dövlətinin Azərbaycan bəylərbəyiliyinin hakimi olmuşdur. O, bu vəzifədə Səfiqulu xan Ziyadoğlu Qacarı əvəzləmiş, ondan sonra isə bu vəzifəyə Mehdi (və ya Mixri) xan gəlmişdir.
Onun hakimliyi dövrü Səfəvi dövlətinin süqut dövrünə təsadüf edir. Qəddar hakim kimi təsvir edilən Məhəmməd Əli xanın davranışları Təbrizdə üsyana səbəb olmuş, üsyan nəticəsində də Məhəmməd Əli xan bəylərbəyiliyi tərk etməyə məcbur qalmışdır. Üsyan və bəylərbəyininin vilayəti tərk etmə hadisəsi 1719-cu ildə baş vermişdir. Bu hadisədən sonra İsfahandakı mərkəzi Səfəvi hakimiyyətinin ağır təzminat olaraq əyalətdən pul aldığı və göndərilən hakimiyyət nümayəndələrinə tabe olmağı əmr etdiyi bildirilir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Willem M. Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington DC: age Publishers. 2008. səh. 156. ISBN 978-1933823232.
- ↑ Rudi Matthee. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2012. səh. 223. ISBN 978-1845117450.