Məhəmməd Həsən Mirzə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhəmmədhəsən mirzə Qovanlı-Qacar
Məhəmmədhəsən mirzə Məhəmmədəli şah oğlu Qovanlı-Qacar
Doğum tarixi
Doğum yeri Təbriz, Cənubi Azərbaycan
Vəfat tarixi (43 yaşında)
Vəfat yeri Meydenhed, İngiltərə
Dəfn yeri Kərbəla, İraq
Həyat yoldaşları Məhinbanu Malik-Mənsur
Möhtərəm-əs-Səltənə
Humayun-əs-Səltənə
Şəms-ül-Mülk
Əziz Ağdaş
Uşağı
Atası Məhəmmədəli şah Qacar
Anası Məleykə Cahan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmmədhəsən Mirzə Məhəmmədəli şah oğlu Qovanlı-Qacar (20 noyabr 1899, Təbriz7 yanvar 1943, Meydenhed[d], Berkşir[d]) — Əhməd şah Qacarın qardaşı, Cənubi Azərbaycan vilayətinin valisi və Qacar sülaləsinin vəliəhd şahzadəsi. Rza xanın 1925-ci ildə özünü şah elan etməsindən sonra bütün ailəsi ilə birlikdə ömürlük İngiltərəyə sürgünə göndərilmişdir. 1930-cu ildə özünü İran taxtının varisi elan etmişdir. 1943-cü ilin 7 yanvarında İngiltərənin Meydenhed şəhərində vəfat etmişdir. İraqın Kərbəla şəhərində dəfn edilmişdir.[1][2]

Məhəmməd Əli şahın üçüncü оğlu Məhəmməd Həsən Mirzə 20 noyabr 1899-cu ildə Təbriz şəhərində dünyaya göz açmışdı. Mükəmməl saray təlim-tərbiyəsi və təhsili görmüşdü.

Məhəmməd Həsən Mirzə 1943-cü ildə vəfat еdib. İraqın Kərbəla şəhərində dəfn edilmişdir.

Qardaşı Əhməd şah Qacarın Rza şah tərəfindən devrilməsindən əvvəl belə İran siyasətində önəmsiz fiqur idi. Lakin bu ona özünü şah kimi görmə istəyinə mane olmurdu. O, 1921-ci ilin əvvəllərində qardaşını devirmək üçün Britaniya səfirliyinə elçi göndərmişdi. Bağdaddakı səfirliyin Ali Komissarı Herman Normanı məlumatlandırmışdı ki, Seyid Ziyaəddin Təbatəbai məlumat vermişdir ki, "Məhəmməd Həsən Mirzə şahdan narazıdır, o bolşeviklərin İrana təhlükə yaratdığını düşünür. O, şahı lazımsız hesab edir və yeni hökumət formalaşdırmaq istəyir".[3]

Məhəmməd Həsən Mirzə bu təklifi Britaniyanın İrandakı keçmiş attaşesi Persi Kokx istisna olmaqla, digər ingilis nümayəndələri tərəfindən diqqət görmədi. İrandakı Britaniya diplomatik nümayəndəsi olan Herman Norman Əhməd şah Qacarın taxtda qardaşı ilə əvəzlənməsini taktiki baxımdan səhv hesab edirdi. O, düşünürdü ki, bu İranın bölünməsinə səbəb ola bilər.

Birinci Dünya müharibəsi zamanı

[redaktə | vikimətni redaktə et]

1918-ci ildə Cənubi Azərbaycanın valisi olmuşdu.

Səməd Sərdarniya "Arazın hər iki tayında müsəlmanların soyqırımı" (Bakı, Elm, 2006) kitabında yazır:

" Urmiyanın çətin və ağır günlərində əhaliyə nə Tehrandan, nə də Təbrizdən heç bir kömək gəlmədi. Təbrizdə oturan Azərbaycan hakimi və vəliəhd Məhəmməd Həsən Mirzə gənc və təcrübəsiz olmaqla yanaşı, əyyaşlıqla məşğul olurdu. Əmisi qoşun başçısı olsa da, gününün çoxunu kart oynamaqla keçirirdi. "

Oğlanları:

  • Sultan Hüseyn Mirzə (25 avqust 1916, Təbriz — 1986, Kanada)
  • Sultan Həmid Mirzə (23 aprel 1918, Təbriz — 5 may 1988, London)
  • Rüknəddin Mirzə (1923, Tehran — 1996, Kanada)

Qızları

  • Şəms Ağdaş (1919, Tehran — 1991, Paris)
  • Giti Əfruz (1922, Tehran — ?)
  1. Cyrus Ghani. Iran and the Rise of Reza Shah From Qajar Collapse to Pahlavi Power. I.B.Tauris. 2000. ISBN 1860646298.
  2. Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008. səh. 334.
  3. FO 371/6446, Cox to Norman, Foreign Office and the Government of India, 10 July 1921.