Məmmədpaşa Quluzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məmmədpaşa Quluzadə
Doğum tarixi
Doğum yeri Əmircan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Piri Quliyev
Elm sahəsi Mədən
Elmi dərəcəsi Texnika elmləri doktoru
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı"Azərbaycan SSR əməkdar elm və texnika xadimi" fəxri adı "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı

2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Lenin" ordeni — 1984 "Qırmızı əmək bayrağı" ordeni — 1967

Məmmədpaşa Piri oğlu Quluzadə (1914, Bakı1994, Bakı) — texnika elmləri doktoru (1959), professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1972), Azərbaycan SSR əməkdar mühəndisi (1965), SSRİ-nin fəxri neftçisi (1971), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1971), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), "Qırmızı Əmək Bayrağı" (1967), "Lenin" (1984) və II dərəcəli Vətən müharibəsi (1985) ordenləri laureatı.

Quluzadə Məmmədpaşa Piri oğlu Bakının Əmircan kəndində anadan olmuşdur. 1938-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, 1941-ci ilə qədər "Əzizbəyovneft" trestinin neft mədənlərində texnik, qazıma ustası, mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1946–1949-cu illərdə AzSİ-nun aspirantı olub. 1949-cu ildə namizədlik dissertasiyası müdafiə edib. 1949–1961-ci illərdə AzNKİ-da assistent, dosent, professor, 1961-ci ildən həyatının sonuna qədər isə "Neft və qaz quyularının qazılması" kafedrasının rəhbəri, rektorun məsləhətçisi olmuşdur. 1951–1964-cü illərdə bu institutun elmi işlər üzrə prorektor olub. 1960-cı ildə "Maili quyuların turbin üsulu ilə qazılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1968-ci ildə Quluzadə M. P. Azərbaycan EA-nın müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilmişdir.[1][2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Quluzadə M. P. görkəmli alim, maili quyuların qazılması texnologiyasının əsasını qoyanlardan və turbin üsulu ilə qazıma məktəbinin yaradıcılarından biridir.

Elmi tədqiqatların sahəsi: maili və çox dərin quyuların qazılmasında problemlərin tədqiqi; quyunun gövdəsinin idarə olunması; maili quyuların qazılmasının əsas prinsiplərinin işlənilməsi. "Neft Daşları", "Qum adası", "Sanqaçal-Duvannı-dəniz", "Bulla-dəniz", "Makarov b." və b. yataqlarda, bilavasitə onun rəhbərliyi altında maili quyular qazılmışdır.

Quluzadə M. P. 220-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların, 4 dərs vəsaitinin müəllifidir. İxtiralara görə 15 müəlliflik şəhadətnaməsi alıb. 10 elmlər doktoru və 45 elmlər namizədi hazırlayıb. Quluzadə M. P. uzun illər ərzində SSRİ Nazirlər Sovetinin dərin neft və qaz quyularının təkmilləşdirilməsi üzrə elmi texniki komissiyasının, SSRİ neftçıxarma sənayesi nazirliyinin elmi-texniki şurasının, SSRİ AAK-nın Ekspert Şurasının, Azərbaycan Sovet Ensiklopediyasının elmi-redaksiya şurasının üzvü olub.

Quluzadə M. P. Azərbaycan Dövlət mükafatı laureatı, "Azərbaycanın əməkdar mühəndisi", "Azərbaycanın əməkdar elm və texnika xadimi", "SSRİ fəxri neftçisi" adlarına layiq görülmüşdür. "Lenin" və "Qırmızı Əmək Bayrağı", II dərəcəli Vətən müharibəsi ordenləri, bir çox SSRİ medalları və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur.[3]

  1. "Quluzadə Məmmədpaşa Piri oğlu". science.gov.az. 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.
  2. "Bu gün Məmmədpaşa Piri oğlu Quluzadənin doğum günüdür". az.baku-art.com (az.). 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.
  3. www.anl.az https://www.anl.az/down/meqale/azerbaycan/2014/sentyabr/390622.htm (#bare_url_missing_title). İstifadə tarixi: 2024-03-23.