Maeda Toşiie
Maeda Toşiie | |
---|---|
yap. 前田利家 | |
Doğum tarixi | 15 yanvar 1538 və ya 15 yanvar 1539 |
Doğum yeri | |
Vəfat tarixi | 27 aprel 1599 |
Fəaliyyəti | Samuray |
Vikianbarda əlaqəli mediafayllar |
Maeda Toşiie (前田 利家?, 15 yanvar 1538 və ya 15 yanvar 1539, Naqoya – 27 aprel 1599) – Azuçi-Momoyama dövrünün nüfuzlu Yaponiya daymyolarından biri.[1] 1551-ci ildə Oda Nobunaqaya xidmət etməyə başlamışdır.[1]
1559-61-ci illər istisna olmaqla, Nobunaqanın ölümünə qədər onun xidmətində olmuşdur.[1] Bu dövr ərzində Nobuqananın əsas generallarından birinə çevrilmiş, Ovari əyalətinin daymyosu olmuşdur.[1] Növbəti illərdə isə Toyotomi Hideyoşinin yaxın müttəfiqinə çevrilmişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Oda klanı ilə
[redaktə | mənbəni redaktə et]Toşşie Nobunaqanın başlıca hərbi əməliyyatlarının çoxunda iştirak etmişdir.[2] 1560-cı ildə ronin kimi Okehazama döyüşündə, 1561-67-ci illərdə Mino əyalətinin işğalında, 1570-73-cü illərdə Asaqi Naqamasa və Asakura Yoşikaqeyə qarşı hərəkatlarda, Osakada Təmiz torpağın buddizmi rahiblərinin silahlı qüvvələrinə qarşı mübarizədə, 1575-ci ildə muşketyor kimi Naqaşino döyüşündə Nobunaqa üçün döyüşmüşdür.[1]
1575-ci ildə Nobunaqa Eçizen əyalətini yenidən işğal etmiş və əyalətin idarəsini Şibata Katsuieyə tapşırmışdır.[2] Bu zaman Toşiieni Şibatanın idarəçiliyini təftiş etməklə vəzifləndirmişdir.[2] Tezliklə o, bir daymyonun gəlirinə və statusuna malik olmuş, 1581-ci ildə isə Nobunaqa tərəfindən Noto əyalətinin daymyosu seçilmişdir.[2] Həmin dövrdə Noto əyaləti Oda rejiminin Eçiqo əyalətinin daymyosu olan Uesuqi Kaqekatsuya qarşı müharibədə vacib yerlərdən biri hesab olunurdu.[2] Nobunaqanın 1582-ci ildəki ölümü zamanı Toşiie bu müharibədə iştirak edirdi.[1]
Hakimiyyət uğrunda başlayan mübarizə zamanı Toşiie Şibata Katsuie ilə Toyotomi Hideyoşi arasında sülh danışıqları aparmağa çalışsa da, cəhdləri uğursuz olmuş və iki rəqib 1583-cü ildə Şizuqatake döyüşündə bir-birinə qarşı döyüşmüşdür.[2] Toşiie keçmiş müttəfiqi Katsuieni tərk edərək Hideyoşinin qələbəsini və Şibatanın məhvini təmin etmişdir.[2] Hideyoşi onu mükafatlandıraraq Kaqa əyalətinin iki bölgəsini Noto əyalətinə vermişdir.[2] Həmin il Toşiie iqamətgahını Kanazavaya köçürərək Kanazava hanının əsasını qoymuşdur.[1]
Hideyoşi klanı ilə
[redaktə | mənbəni redaktə et]Hideyoşinin 1584-cü ildə gələcək şoqun Tokuqava İeyasu və Nobunaqanın oğlu Oda Nobukatsu ilə münaqişəsi zamanı Toşiie Hideyoşi torpaqlarının şimalını qorumaqla vəzifələndirilmişdir.[2] Maeda hanı Etçu daymyosu Sassa Narimasa tərəfindən işğal edilsə də, Narimasanın 1585-ci ildəki məğlubiyyətindən sonra Etçu torpaqlarının böyük hissəsi Toşiieyə verilmişdir.[2] 1590-cı ildə Hideyoşinin Hoco klanına qarşı başlatdığı Odavara hərəkatında iştirak etmiş, Yaponiyanın şimal əyalətlərinə qədər irəliləyərək 1591-ci ildə bütün ölkəni Hideyoşi hakimiyyəti altında birləşdirmişdir.[1]
Toşiienin Hideyoşi yaxın qohumluq əlaqələri var idi.[2] İki qızı – Kiku və Qo Hideyoşi tərəfindən övladlığa götürülmüşdü.[2] Digər qızı Maa isə Hideyoşinin kənizi idi.[2] Toşiie Hideyoşinin yaxın müttəfiqlərindən biri idi və 1590-cı illər boyunca onunla yaxın qalmışdır.[2] Hideyoşi 1595-ci ildə Beş böyük ağsaqqal şurasını quranda Toşiie Yaponiya hökumətinin ən yuxarı qrupuna daxil olmuşdur.[2] Hideyoşinin 1598-ci ildəki ölümündən sonra Toşiee onun varisi olan Toyotomi Hideyorinin maraqlarını qorumağı başlıca vəzifə seçmişdir.[2] Lakin Toşieenin 1599-cu ildəki ölümündən sonra Toyotomi klanın əsas sütunlarından biri də ortadan qalxmış, beləcə, hakimiyyət uğrunda mübarizə kəskinləşmişdir.[2] 1600-cü ildə baş verən Sekiqahara döyüşündən sonra Tokuqava İeyasu bütün hakimiyyəti ələ keçirmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan. V cild. Tokio: Kodansha. 1983. səh. 80-81. ISBN 0-87011-625-8. İstifadə tarixi: 20 mart 2022.