41°43′52″ şm. e. 20°29′36″ ş. u.HGYO

Mali i Qrames

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mali i Qrames
alb. Mali i Gramës
Mali i Qramesin şimaldan görüntüsü
Mali i Qramesin şimaldan görüntüsü
Ümumi məlumatlar
Dağ sistemi Korab dağları
Mütləq hündürlüyü 2.345 m
Hündür zirvəsi 2345[1]
Yerləşməsi
41°43′52″ şm. e. 20°29′36″ ş. u.HGYO
Ölkə
Mali i Qrames xəritədə
Mali i Qrames
Mali i Qrames

Mali i Qrames (alb. Mali i Gramës) ― Korab dağ silsiləsinin Albaniya hissəsində yerləşən dağ. Mali i Qramesin hündürlüyü 2345 metr yüksəkliyə çatır. Dağın ətrafında bir çox göl yerləşir, onlar içərisində eyni adı paylaşan Qrames gölü də yer alır, hansı ki eyni zamanda Korab dağının ən böyük gölüdür. Məkan Korab dağından təxminən kilometr yarım qərbdədir, hansı ilə ki, o, uzun silsilə vasitəsi ilə birləşir.[2]

Qrames olaraq zirvənin özü, eyni zamanda Korab silsiləsinin təxminən səkkiz kilometr uzunluğundakı bütün cənub-qərb qolu adlanır. Şimal hissədə Qrames axını dərin kanyondan terasa axır. Onun şərqində Qrames gölünə (dəniz səviyyəsindən təqribən 1750 metr hündürlükdə) rast gəlmək olar.[2]

Qramesi əhatə edən bölgədə bir neçə gips yatağı tapılıb.[3] Bölgədə təbii abidələr içərisindən "Karst i Malit të Bardhë",[4] "Pasqyrat e Gramës"də selen yatağı[5] və "Bjeshka e Zonjave"də kar relyef formalarının xatırlatmaq olar.[6]

Dağın şimal tərəfində Mali i Qrames dik qayalarla qırılır. Cənub-qərbdəki kəndlərdən dağın şimal-şərqindəki mövsümi otlaqlara əsas giriş zirvədən keçir. Cənub tərəfdə Seryan və cənub-qərbdə Zimur dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən dağın ən yüksək kəndləridir.[2] Cənub-qərbdə 650 metr yüksəkliyində təxminən yeddi kilometr uzaqlıqda daha düz qatda bölgənin paytaxtı Peşkopi şəhəri yerləşir.

  1. University of Tirana. "TURIZMI NË RRETHIN E DIBRËS" (PDF). doktoratura.unitir.edu.al (alban). Tirana. səh. 129. 2017-10-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
  2. 1 2 3 Albanische Militärkarte 1:50.000, Blatt 34-77-D (Peshkopia) (2nd). Tirana. 1985.
  3. Akademia e Shkencave e RPSSH, redaktorKorabi // Gjeografia fizike e Shqipërisë (alban). 2. Tirana: ASh. 1990. səh. 128. OCLC 832997295.
  4. Agjencia kombëtare e Zonave të Mbrojtura (redaktor). "Karsti i Malit të Bardhë" (alban). 2016-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-08.
  5. Agjencia kombëtare e Zonave të Mbrojtura (redaktor). "Pasqyrat e Gramës" (alban). 2016-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-08.
  6. Agjencia kombëtare e Zonave të Mbrojtura (redaktor). "Bjeshka e Zonjave Zimur" (alban). 2016-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-08.