Mariya Kapnist
Mariya Kapnist | |
---|---|
Doğum tarixi | 9 (22) mart 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 1993[1] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası, aktrisa |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
IMDb | ID0438455 |
Mariya Kapnist (9 (22) mart 1913, Sankt-Peterburq – 25 oktyabr 1993[1], Kiyev) — ukraynalı aktrisa, Ukrayna SSR-nin əməkdar artisti (1988).[2] O, uzunmüddətli aktyorluq karyerası ərzində (1956–1993) yüzdən çox rolda oynamışdır.[3]
Erkən həyat və təhsil
[redaktə | mənbəni redaktə et]Marietta Rostislavivna Kapnist 9 (22) mart 1913-cü ildə Sankt-Peterburqda anadan olub.[4] Onun atası qraf Rostislav Kapnist, Zaporojye ordusunun Mirqorod və Kiyev polkovniki Vasili Kapnistin birbaşa nəslindən, anası Anastasiya Baydak isə Zaporojye atamanı İvan Sirkonun nəvəsi idi.[5]
Kapnist ilk vokal dərslərini rus opera müğənnisi Fyodor Şalyapindən almışdır.[6]
Kapnist ailəsi 1917-ci ilə qədər Sankt-Peterburqda yaşamış, həmin il Rusiya inqilabı səbəbi ilə Krıma, Sudaka qaçmalı olmuşdurlar.[7] Kapnistin atası 1921-ci ildə ÇK-nın cəza dəstəsi tərəfindən güllələnib.[8] Tezliklə kapnistlərin Sudakdakı evi dağıdılmış və sağ qalan ailə üzvləri gizlənməli olmuşdur.[9]
1927-ci ildə Kapnist xalası ilə yaşamaq üçün Kiyevə köçdü və orada fəhlə məktəbini bitirdi.[10] O daha sonra Leninqrada köçərək 1934-cü ildə Aleksandr Puşkin adına Leninqrad Dram Teatrında Yuri Yuriyevin teatr studiyasına daxil oldu.[4]
1934-cü ildə Sergey Kirov öldürüləndə Kirovla dost olan Kapnistlər yenidən cəmiyyətdə etimadlarını itirir.[5] Nəcib mənşəli olduğuna görə Kapnist teatr institutundan qovulur və Leninqradda yaşaması qadağan edilir. Buna görə də o, Kiyevə, daha sonra isə Batumiyə mühasib işləməyə qayıtmağa məcbur olur.[11]
Repressiya
[redaktə | mənbəni redaktə et]Kapnist 1937-ci ildə birinci dəfə həbs olundu, lakin tezliklə sərbəst buraxıldı.[12] 27 avqust 1941-ci ildə yenidən həbs olunan[13] Kapnist antisovet təbliğatı aparmaqda ittiham olunurdu.[11] O, 58–10 nömrəli maddənin 1-ci hissəsi ("Sovert hökumətini devirməyə çağıran təbliğat və təşviqat") ilə 8 il müddətinə əmək düşərgələrinə məhkum edilib[14] 1949-cu ilin avqustunda Kapnist Steplaqdan azad edilmiş və Krasnoyarsk diyarının Kazaçin kəndinə göndərilmişdir.[15]
1950-ci ildə Qazaxıstandakı Steplaq həbsxana xəstəxanasında Kapnistin Radislava adlı qızı dünyaya gəldi.[15] Uşağının atası Radislavanın doğulmasından üç il sonra güllələnən nəcib polşalı mühəndis Yan Volkonski idi.[16]
Kapnist 1951-ci ildə yenidən həbs edildi və antisovet təbliğatı ittihamı ilə 10 il həbs cəzasına məhkum edildi,[15] 2 yaşlı qızı isə ondan alınaraq Krasnoyarsk diyarındakı Esaulovski uşaq evinə yerləşdirildi.[17] Kapnistin rəfiqəsi Moskvaya getmiş və Sovet siyasi xadimi Anastas Mikoyanla görüşərək Kapnistin qanunsuz həbsindən şikayətlənmişdir.[14] Mikoyanın müdaxiləsi ilə Kapnist 1956-cı ilin fevralında 10 illik həbs müddəti bitməmiş (1963-cü ildə başa çatmalı idi) azad edilib.[15]
Bəraət və karyera
[redaktə | mənbəni redaktə et]Kapnist azadlığa buraxıldıqdan sonra həmin il Moskvaya, oradan da Kiyevə getdi.[10] O, 1930-cu illərdən rəfiqəsi Anna Pilnyakın evinə köçüərək onunla yaşamağa başladı və masajçı kimi çalışdı.[14] Elə həmin il Kapnist filmlərdə rol almağa başladı və 1956-cı ildə Maksim Ruf və Oleksandr Muzilin rejissorluq etdiyi Bir Gecə filmində debüt etdi. O, yazıçı və akademik Mikola Bajanla görüşdü və onun köməyi ilə Ukrayna Sovet Yazıçılar İttifaqı Kapnisti yazıçılardan birinin arvadına qulluqçu kimi işə götürdü.[12]
Kapnistə 1958-ci ildə bəraət verilmişdir.[11] Kapnistə sinir sistemində problem olduğuna dair arayış verildiyi üçün onun qızı Radislavanı geri almasına icazə verilməyib və qızını dostu Valentina Bazavluk övladlığa götürüb.[14]
Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Məhkəməsinin qərarı ilə Mariya Kapnistin işi üzrə hökm və bütün sonrakı qərarlar ləğv edilmiş və onun işinə xitam verilmişdir.[18]
Kapnist 1960-cı ildən 1993-cü ilə qədər Dovjenko kinostudiyasında tam ştatlı aktrisa kimi çalışıb.[11] Bu müddət ərzində o, "Ruslan və Lyudmila", " İtirilmiş məktub", "Köhnə qala ", "Tunc quş", "Qaraçılar cənnətin yaxınlığında tapılır", "Kral Staxın vəhşi ovu", " Dikanka yaxınlığındakı fermada axşamlar" və başqaları kimi filmlərdə yüzdən çox rolda oynayıb.[3][19] Kapnist yaşlı qadın, ifrit', cadugər, qaraçı və qrafinya rolları ilə məşhurlaşıb.[20]
Mariya Kapnist 1988-ci ildə Ukrayna SSR-in əməkdar artisti adına layiq görülüb.[2]
Ukraynalı rejissor Viktor Vasilenkonun "Maria Kapnist. Üç dünya" (1989) filmi Kapnistə həsr olunub.[2]
Ölüm
[redaktə | mənbəni redaktə et]Kapnistin yeraltı mədənlərdə işləməli olduğu əmək düşərgələrində keçirdiyi illər ərzində onda klostrofobiya yaranmışdı və o, yeraltı keçidlərdən istifadə edə bilmirdi.[21] O, 1993-cü ilin oktyabrında Kiyevdə Oleksandr Dovjenko kinostudiyasının yaxınlığında yolu keçərkən avtomobil qəzasına düşmüşdür.[22] Mariya Kapnist bu qəzadan sonra 25 oktyabr 1993-cü ildə Kiyevdəki Oleksandr xəstəxanasında ölüb.[6] O, Poltava rayonunun Mirqorod şəhərinin Velyka Obuxivka kəndində dəfn edilib.[16]
Xatirə
[redaktə | mənbəni redaktə et]2009-cu ildə ukraynalı rejissor Serhiy Dariyçuk "Qürurlu göz yaşı" sənədli filmini Mariya Kapnistə həsr edib.[23]
2014-cü ildə Ukrayna dövlət poçt xidməti 1370 nömrəli "Mariya Kapnist. 1914–1993. Doğulmasından 100 il ötür" poçt markasını buraxıb.[24] Elə həmin il Kiyevdə Vasil Lipkivski 25/7 ünvanındakı 13 saylı binada Kapnistə həsr olunmuş xatirə lövhəsi qoyulub.[25]
2018-ci ildə Kiyev Şəhər Şurası Jelyabov küçəsinin adını dəyişərək Mariya Kapnist küçəsi adlandırıb.[26]
Filmoqrafiyasından seçmələr
[redaktə | mənbəni redaktə et]- 1956 — İvanna
- 1959 — Tavriya
- 1960 — Ana Vətəndən uzaqda
- 1961 — İki dovşanın arxasınca
- 1962 — Biz, iki kişi
- 1964 — Göylərin açarları
- 1965 — Udulmuş əcdadların kölgələri
- 1966–1967 — Hərb və sülh
- 1970 — Salyut, Mariya!
- 1971 — Olesya
- 1972 — Ruslan və Lyudmila
- 1972 — İtmiş məktub
- 1972 — O şirin dünya: Azadlıq!
- 1976 — Mavi quş
- 1976 — Qaraçılar cənnətin yaxınlığında tapılır
- 1977 — İlk baxışda eşq
- 1984 — Şans
- 1988 — Yankinin Kral Arturun məhkəməsində yeni macəraları
- 1988 — Gənc qadının kişisi
- 1991 — Anna Karamazof
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 IMDb (ing.). 1990.
- ↑ 1 2 3 Скалій, Раїса. "Мозаїка спогадів про Марію Капніст". Кіно-Театр (ukrayna). 5. 26 February 2007: 25–28. 9 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 March 2024.
- ↑ 1 2 САМОЛЕВСКАЯ, Ольга. "Главная роль Марии Капнист". Day (rus). 23 December 2014. 9 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2021.
- ↑ 1 2 Кудрицький, Анатолій; Лабінський, Микола. Мистецтво України (біографічний довідник) (ukrayna). Українська енциклопедія ім. М. П. Бажана. 1997. 286. 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
- ↑ 1 2 "Актерский талант заметил Шаляпин, а Берия сослал в лагеря". КП в Украине | КП в Україні | KP in Ukraine (rus). 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ 1 2 "Мария Капнист: «Не смейтесь над старостью человека, чьей молодости вы не видели»…". Леди Лайк (rus). 2018-04-25. 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ Игорь, Азаров. "Мария Капнист – графиня из ГУЛАГа - Литературная газета". www.lgz.ru (rus). 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ Леонтович, Олена. "Та що несла людям жайворонків" (PDF). Слово Просвіти. 15 (183). 2–15 April 2003: 9. 18 November 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 March 2024.
- ↑ "Мария Капнист – Графиня из ГУЛага". Бессмертный барак (rus). 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ 1 2 Ельникова, Л. Капнист М. Р. В огне непоколебимы. Кино: политика и люди (30-е годы) : К 100-летию мирового кино (rus). Материк. 1995. 175–179. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
- ↑ 1 2 3 4 "Капніст Марія Ростиславівна — Енциклопедія Сучасної України". esu.com.ua. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ 1 2 "Посетив францию после 20 лет сталинских лагерей, графиня капнист жаловалась: «за границей жить не могу! Так и не привыкла выключать за собой свет! »". crime.fakty.ua (ukrayna). 21 March 2003. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ Леонтович, Олена. "Моя тітонька Міра..." Кіно-театр. 3 (83). 2009: 15–17. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
- ↑ 1 2 3 4 "Рада, дочь знаменитой актрисы графини марии капнист: «когда мама отказалась делать аборт, ее начали пытать: опускали в ледяную ванну и избивали ногами»". culture.fakty.ua (ukrayna). 21 March 2005. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ 1 2 3 4 ""В огні не спалима..." Інформаційно-бібліографічний список". calameo.com. 2014. İstifadə tarixi: 2021-12-09.
- ↑ 1 2 Татьяна, КОСТЕНКО. ""С любовью, твоя баба Яга"". КП в Украине (rus). 22 March 2007. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ Осока, Сергій. "Марія Капніст, графиня, відьма й великомучениця". Повага (ukrayna). 2017-12-13. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ Капков, Сергей. Эти разные, разные лица (rus). Moskva: Algoritm. 2001. 141. ISBN 5-9265-0041-9. OCLC 50446427.
- ↑ "Мария Капнист". Кино-Театр.Ру. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ "Мемориальная доска актрисе Марии Капнист". vkieve.net (rus). 2017-12-09. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ Бойко, Юлия. "Мария Капнист: звезда, угасшая в Киеве". my-kiev.com. 1 October 2020. 9 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2021.
- ↑ "Великая актриса Мария Капнист в 40 лет выглядела на 70". Інтернет-видання «Полтавщина» (ukrayna). 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ "Марія Капніст". dzygamdb.com. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ "Марка «Марія Капніст. 1914–1993. 100 років від дня народження»/2014". pm.ukrposhta.ua. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ "У Києві відкриють меморіальну дошку акторці Марії Капніст | Інформаційна аґенція культурних індустрій ПРО". 2014-10-09. 9 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ "Про перейменування вулиці у Шевченківському районі міста Києва". kmr.ligazakon.ua. 2019-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- 22 martda doğulanlar
- 1913-cü ildə doğulanlar
- Sankt-Peterburqda doğulanlar
- 25 oktyabrda vəfat edənlər
- 1993-cü ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Kiyevdə vəfat edənlər
- Poltava vilayətində dəfn olunanlar
- Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunları
- Ukrayna Kinematoqrafçılar Birliyinin üzvləri
- Ukrayna SSR əməkdar artistləri
- Ukraynanın əməkdar artistləri
- Əlifba sırasına görə film sənətçiləri
- Ukrayna aktrisaları
- Nəqliyyat hadisələrində həlak olanlar