Mehrabad Beynəlxalq Hava Limanı
Mehrabad Beynəlxalq Hava Limanı | |
---|---|
فرودگاه مهرآباد | |
35°41′21″ şm. e. 51°18′49″ ş. u.HGYO |
|
IATA: THR – ICAO: OIII | |
Ölkə | |
Açılış tarixi | 1938 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Mehrabad Beynəlxalq Hava Limanı (fa: فرودگاه بین المللی مهرآباد/Ro: Forūdgāh-e Beinol-melalī-ye Mehrābād və ya sadəcə فرودگاه مهرآباد/Forūdgāh-e Mehrābād, IATA: THL, ICAO: OIII), İranın paytaxtı Tehranın 9 regionunda yerləşən hərbi və mülki təyinatlı Beynəlxalq Hava Limanıdır.
2004-cü ildən etibarən həyata keçirilən beynəlxalq (xarici) uçuşların əksəriyyəti, İran Hava Limanları Holdinqi Şirkəti tərəfindən idarə olunan İmam Xomeyni adına Beynəlxalq Hava Limanına (فرودگاه بینالمللی امام خمینی/Forūdgāh-e Beinol-melalī-ye Emām Khomeinī) keçirilmişdir.
Mehrabadda İran Air (هواپیمائی جمهوری اسلامی ایران/Havāpeimāī-ye Mellī-ye Irān), Iran Aseman Airlines (هواپیمایی ایران آسمان/Havāpeimāī-ye Irā Āsā) və Daha Airlines (هواپیمایی ساها/Havāpeimāī-ye Sāhā) şirkətlərinin təlim və təmir mərkəzləri yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hava limanı ilk dəfə 1938-ci ildə aviasiya klubu təyyarələri üçün aerodrom kimi istifadə olunmuş, daha sonra İkinci Dünya Müharibəsindən sonra 1949-cu ildə İran Mülki Aviasiya Təşkilatının ICAO-ya qoşulması ilə əlaqədar olaraq beynəlxalq aləmdə tanınmaqla birlikdə hava limanı, həm də hərbi hava qüvvələrinin bazasına çevrilmişdir.
İran Hərbi Hava Qüvvələri yeni gətirilmiş Republic F-84G Thunderjets (qırıcı) və Lockheed T-33A Shooting Star (təlim) təyyarələri müvafiq olaraq May 1957 və Aprel 1956-cı illərdə gətirildi. 1955-ci ildə ilk asfalt döşənmiş pistin tikilməsindən dərhal sonra həm beynəlxalq, həm də daxili uçuşlar üçün yeni bir terminal binası (Mövcud Terminal 1) dizayn və inşa edildi. Hava limanının ilk müasir binalarının dizaynçıları arasında məşhur memar William Pereira da var idi.
1961-ci ildə Mehrabad Hava Limanına, gəliş uçuşları üçün istifadə olunan bir yan bina (Mövcud Terminal 2) əlavə edilmişdir.
2004-cü ildə açılmış Tehrandakı yeni İmam Xomeyni adına Beynəlxalq Hava Limanının (İKA) ilk əvvəl Fars körfəzi ilə həmsərhəd ölkələrə uçuşlardan başlayaraq sonradan beynəlxalq uçuşların da Mehrabaddan tədricən dəyişdirilməsi ilə bağlı hökumət planlaşdırmalar aparırdı. IKA-nın 2004-cü ilin may ayında açılışından sonra müəyyən problemlərə görə, 2007-ci ilin sonlarına qədər beynəlxalq uçuşların əksəriyyətinin yeni hava limanına köçürülməsi planı tamamlanmadı. Hal-hazırda isə bütün beynəlxalq uçuşlar IKA-ya köçürülmüşdür.
İyun 2020-ci ildə Mehrabad Hava limanı, IKA-da trafik azaldığına görə beynəlxalq uçuşları yenidən başlatmaq qərarına gəldiyini elan etdi ki, bunlardan biri beynəlxalq, digəri daxili uçuşlar üçün istifadə edilən 2 ultra-modern terminaldan həyata keçiriləcək. İnşaatların başlaması üçün Terminal 4&6-nın 2020-ci ilin sonlarında bağlanması və 2021-ci ilin ortalarında açılması planlaşdırılır.
Terminalları
[redaktə | mənbəni redaktə et]Terminal 1: Yalnız Həcc və ümrə üçün istifadə olunur.
Terminal 2: Sərnişin (yalnız İran Air və İran Air Tours) və yük.
Terminal 3: Yalnız Həcc və Ümrə üçün istifadə olunur.
Terminal 4: Sərnişin Terminalı (İran Air və İran Air Tours istisna olmaqla)
Terminal 5: Yalnız Həcc və Ümrə üçün istifadə olunur.
Terminal 6: Sərnişin Terminalı (İran Air və İran Air Tours istisna olmaqla)