Merinos qoyunu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Merinos qoyunu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Merinos qoyunu

Merinos qoyunu — nazik və incə yununa görə yetişdirilən qoyun növü. Tükünün qalınlığı 15-25 mkm.-dir. Əsasən Avstraliya-da yetişdirilir.

Merinos qoyun dünyada ən qədim qoyun cinslərindən biri sayılır. Bu cinsin İran, MesopotamiyaBalkan yarımadasında yayılmasının tarixi eramızdan əvvəlki dövrə aid edilir.

Merinos qoyunu Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

XIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniş inkişafına başlamışdır. 1840-cı ildə Tavrida quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirmiş və Azərbaycanın müəyyən ərazisində saxlamışlar. Rusiyanın Tavrida, Xerson və Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos qoyununu bu ərazidə inkişaf etdirmişdir. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə GədəbəyŞəmkirdə 90 min baş merinos qoyunun olduğu göstərilir.

Merinos qoyununun Azərbaycanda nisbətən geniş istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkiafı dövründə bir sıra toxuculuq fabriklərinin yaranması ilə əlaqədar xammala – yuna böyük ehtiyac duyulurdu. Merinos qoyunundan 4-6 kq, yaşlı qoyunlarından 7-10 kq-a qədər nazik və uzun yun qırxırlar. Bu da merinos qoyununun üstünlüyünü göstərən ən əsas şərtlərdən biri kimi diqqəti cəlb etmişdir. Bu cinsin qoyunlarının diri çəkisi 50 kq, erkəklərinki isə 75-90 kq-a. qədər olur. Yununun zərif və uzun, həm də çox olmasına görə XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda məlum olan qoyun cinsləri içərisində merinos cinsi xeyli üstünlük təşkil etmişdir.

Merinos qoyunu Qazaxıstanda

[redaktə | mənbəni redaktə et]

Merinos qoyunu Qazaxıstanın kənd təsərrüfatında mühüm yer tutur. Əsasən 1930-cu illərdə Avstraliya merinosundan alınmış Altay merinosu geniş yayılmışdır.[1]