Messel karxanası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Messel karxanası
Ölkə
Tip Təbii 
Kriteriya (viii)[d][1]
Keçid 720
Daxil edilməsi   (qeyri-məlum sessiya)
Messel karxanası xəritədə
Messel karxanası
Messel karxanası

Messel karxanası (alm. Grube Messel‎) — Almaniyanın Frankfurt-Mayn şəhərindən təxminən 35 km cənub-şərqdə Messel kommunasının yaxınlığında yerləşən Eosen dövrünün (56-34 milyon il əvvəl) dəyərli fosillərinin tapıldığı yer. Şist qatlarında tapılmış erkən məməlilərin və digər canlı orqanizmlərin qalıqları çox sayda olması ilə yaxşı qorunub saxlanılır və xüsusi elmi dəyər kəsb edir. Bunun sayəsində 9 dekabr 1995-ci ildə Messel karxanası UNESCO-nun siyahısına salınmış Almaniyada yerləşən obyektlərinə daxil edilmişdi. Burada hələ də paleontologiya qazıntıları aparılır ki, bu da buraya bir çox turistləri cəlb edir.

1859-cu ildən ərazi qəhvəyi kömür, sonra isə yanacaq şist hasilatı üçün karxana olaraq istifadə olunur. Paleontologiya baxımdan o, təxminən 1900-cü ildə məşhurlaşmışdı. Lakin burada tammiqyaslı elmi qazıntılar 1970-ci illərdə, sənaye inkişafı dayandırdıqdan sonra burada genişmiqyaslı elmi qazıntılar başladı. Daha sonra karxananın yerində bir zibil poliqonu qurmaq planlaşdırılsa da, bu planlar həyata keçirilmədi. 1991-ci ildə Hessen hökuməti bu ərazini elmi məqsədlər üçün satın aldı. Fövqəladə fosillər səbəbiylə, Messel karxanası 1995-ci ildə UNESCO-nun Dünya İrsi obyekti elan edildi. 1996-cı ildə burada əvvəllər tapılmış və şəxsi kolleksiyalarda saxlanılan qalıqların dövlət mülkiyyətinə qaytarılması üçün qanunvericilik tədbirləri görülmüşdür.

Geoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təxminən 0.7 km² ərazini tutan karxananın səthi bitişik sahələrin səviyyəsindən 60 metr aşağıdadır. Şist süxurlarının ilkin uzanma dərinliyi 190 metrə çatırdı.[2]

47 milyon il əvvəl eosen dövründə Messel yataqları formalaşdıqda bu sahə hazırkı vəziyyətdən 10 dərəcə cənubda idi. İqlim şəraiti subtropik idi, karxananın yerində müxtəlif həyat formaları olan cəngəlliklər ilə əhatə olunmuş bir göl var idi. Zaman keçdikcə sönmüş bitkilər gölün dibindəki palçıqla birlikdə praktiki olaraq oksigen ehtiva etməyən şistlər şəklində çöküntü süxurlar meydana gətirdi. Bu, qədim su anbarının dibinə düşən bioloji materialın, xəz, lələk, dəri izləri və ya mədənin tərkibindəki detallara qədər mükəmməl qorunmasına kömək etdi.

Fosil qalıqları

[redaktə | mənbəni redaktə et]

Messel karxanasında ümumilikdə 10 000-dən çox müxtəlif növ daşlaşmış balıq, minlərlə su və quru həşəratlar, bir çox quş, suda-quruda yaşayanlar və sürünənlər, gəmiricilər, primatlar, Cütdırnaqlılar, bitki fossilləri, o cümlədən yarpaqlar, meyvələr və s. daxil olmaqla, kiçik məməlilər də tapılmışdır.

  • Darwinius masillae, Yarı meymunlar[3]
  • Kopidodon, nəsli kəsilmiş məməli
  • Leptictidium
  • Propalaeotherium, at
  • Ailuravus, gəmirici
  • Peradectes, kisəlilər
  • Palaeochiropteryx, yarasa
  • Lesmesodon
  • Macrocranion
  • Eomanis
  • Eurotamandua
  • Europolemur
  • Paroodectes
  • Pholidocercus, kirpi
  • Masillamys, gəmirici
  • Messelobunodon
  • Godinotia
  1. 1 2 http://whc.unesco.org/en/list/720.
  2. Информация об объекте Arxivləşdirilib 2014-03-25 at the Wayback Machine на сайте Encyclopedia of Earth.
  3. "Missing Link Found at Messel Pit?". 2009-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.