Milanın beş günü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Milanın beş günü
Avstriya-İtaliya müharibəsi
Cinque giornate di Milano
Baldassare Verrazzinin "Milanın beş günü" əsərindən bir epizod
Baldassare Verrazzinin "Milanın beş günü" əsərindən bir epizod
Tarix 18-22 mart,1848-ci il
Yeri Milan,Lombardiya-Venesiya krallığı
Nəticəsi Milanlıların qələbəsi,Yozef Radetskinin Milandan geri çəkilməsi
Münaqişə tərəfləri

Milan üsyançıları

Avstriya imperiyası[1]

Komandan(lar)

Karlo Kattaneo
Luici Torelle
Aqusto Anfossi  
Luçano Manara
[2][3][4][5]

Yozef Radetski
Eduard Klam Qallas
Ferents Dyulay[6][7][8][9]

Tərəflərin qüvvəsi

1700 nəfər barrikadalarda[10]
Bunlardan 600-650 nəfəri odlu silahla silahlanmışdır [10][11]

12 000—13 000[7][12]

İtkilər

409-424 nəfər öldürüldü [3][6]
43 qadın və uşaq daxil olmaqla 600-dən çox yaralı vardı.[6]

181 nəfər öldürüldü[13]
5 zabit daxil olmaqla 235 yaralı vardı[6]
4 zabit daxil olmaqla 150-180 əsir götürüldü.[13]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milanın beş günü (it. Cinque giornate di Milano) — İtaliyanın birləşdirilməsi uğrunda müharibənin başlanğıcında Milanda baş verən 1848-ci il 18–22 mart hadisələri

Risorcimento salnaməsindəki qəhrəmanlıq səhifələrini Şimali İtaliyada Avstriya hakimiyyətə qarşı mübarizə aparan Milan sakinləri hazırladılar.[14] 24 fevralda Parisdə, onun ardınca Vyanada mart inqilabı baş verdi. Hərəkat indi İtaliyanın digər bölgələri ilə müqayisədə Lombardo-Venesiya bölgəsində daha şiddətli idi.

17 martda Milanda Vyanadakı inqilabdan xəbər tutulduqda, üsyan üçün onsuz da hər şey hazırlanmışdı. Lombardiya-Venesiya hökumətinin sədr müavini Qraf O'Donnellin, İmperatorun Vyana hadisələrindən sonra Lombardlara konstitusiya verəcəyi xəbəri ilə kütlənin qəzəbini yatırtmaq cəhdləri də boşa çıxdı. Milan küçələrində "sabah saat 3-də hər kəsin Qullar Xiyabanına çıxsın" başlıqlı anonim elan yayımlandı.

Milanın beş günü
(qravür,1872-ci il)

Martın 18-də Milan üsyançıları şəhərdə hakimiyyəti ələ keçirdilər. Bələdiyyə binası tutuldu və müvəqqəti hökumət rolunu oynayan hərbi məclis quruldu. Hətta uşaqların belə iştirak edə biləcəyi Milli Qvardiya yaradılmağa başlandı. Üsyana gənc respublikaçı, gizli inqilabi təşkilatın (1832) qurucusu — Cüzeppe Madzini rəhbərlik etdi.

Martın 19-da Milanın bütün küçələrində barrikadalar quruldu. 15.000 nəfərlik orduya sahib olan Avstriyanın hərbi lideri Yozef Radetski, bütün hərbi strategiya qaydalarına uyğun olaraq şəhəri əhatə edən qalaları işğal etdi. Milanın qiyamçı sakinlərinin silahları çox az idi və hər kəs gücünün yetdiyi qədəri ilə mübarizə aparırdı. Barrikadalarda qadınlar və uşaqlar qəhrəmanlıqla vuruşurdular.

20 və 21 mart tarixlərində Avstriya qoşunları şəhəri hər tərəfdən atəşə tutdular. Ətrafdan silahlı sakinlərin ayrı-ayrı dəstələri şəhər əhalisinə kömək etmək üçün gəlirdilər.

21 martda Radetzki barışıq təklif etdi. Milanlılar barışıqdan imtina etdilər. Sonra Radetzki 22 martda Milandan geri çəkilmək qərarını verdi. 15.000 nəfərlik ordu top atəşi altında geri çəkildi. Əhali onların yolunu kəsdi və onun ordusu ilə döyüşə girdilər. Ordunun özünün daxilində qiyam çıxdı və bir çox Avstriya əsgəri üsyançı xalqın tərəfinə keçdi. Radetzki ordusu, Venesiya ilə Lombardiya arasında uzanan: Mantua, Verona, Peskera del Qarda və Lenyaqo qalalarının dörd bürcündən ibarət Kvadrilateroyaya çətinliklə çatdı.

Beləliklə ilk qələbə qazanıldı. Milanlıların qəhrəmanlıq mübarizəsini yaxından izləyən Fridrix Engels, beş günlük Milan inqilabını "… 1848-ci ildəki bütün inqilabların ən şərəflisi …" deyə adlandırdı.[15]

Sardiniya kralı Karl Albertin 1848-ci il 23 mart tarixli manifesti

[redaktə | mənbəni redaktə et]
" Lombardiya-Venesiya bölgəsinin xalqı! İtaliyanın taleyi həll olunur,taleh,bu mübarizədə uzun müddət tapdanan hüquqların qorxmaz müdafiəçilərinə üstünlük verir. Vətən sevgisi,əsrin ruhu,istəklərin ortaqlığı bizi dərhal birləşdirməyə məcbur edir ... Lombardiya və Venesiya xalqı! Möhtəşəm Milan şəhərinin azad edilməsini əvvəlcədən görəndə,qardaşın qardaşdan və bir-birindən gözlədiyi dəstəyi,sərhədinizdə artıq toplaşmış qoşunlarımızı indi sizə verərək,göstərə bilərik. Şübhəsiz,İtaliyaya müstəqilliyini təmin etmək imkanı verən tanrının və Roma papası IX Piyin köməyinə güvənərək ədalətli istəklərinizi dəstəkləyəcəyik. İtaliyanın birliyini nümayiş etdirmək üçün Lombardiya və Venesiya torpaqlarına daxil olan qoşunlarımızın üç rəngli İtalyan bayrağının üzərində Sardiniya gerbinin olmasını diləyirik.
"Nouveau recueil general de traits", 1854, t. XII, p. 432 (fransızca)
"

F. Orsini 1848-ci il avstriyalılara qarşı müharibənin başlanğıcında

[redaktə | mənbəni redaktə et]

Milandan inqilab xəbəri gələndə İtaliyanı alov bürüdü. "Müharibəyə! Düşərgəyə! " — hər tərəfdən belə fəryadlar eşidilirdi. Gənc qızlar sevgililərinin belinə qılınc bağladılar və Tanrının köməyi ilə yola saldılar, onların qalib gələcəklərinə inandılar. Gənclər mənfur avstriyalıları Alp dağlarından qovmaq üçün, iş yerlərini və rahat evlərini buraxıb, soydaşlarına köməyə getdilər. Ölkənin firavanlığı hər birinin ilk düşüncəsi idi. Zəngin insanın, aristokratın, sənətkarın, kasıbın və hətta ataların üzlərində ümid işığı parıldayırdı. Necə gözəl mənzərə idi! Əsrlər boyu köləlikdə qalan, hərbi elmləri bilməyən, parçalanmış, xaricilər tərəfindən xor görülən, bir zərbəylə zəncirlərini qıraraq xarici düşmən qarşısına atılan, daxili çəkişmələri unudaraq, ənənəvi qərəzləri tapdalayaraq, fəryadla müharibəyə tələsən ölkə: "Azadlıq, müstəqillik və birlik!" … Papa bu ümumi hərəkatda sakit qala bilmədi. Durando, Roma qoşunlarının baş komandanı təyin edildi və Papa ona xeyir-dua verdi. Dövlətin hər yerindən müntəzəm qruplar və könüllülər Avstriyalılarla görüşməyə getdi …[16]

  1. Berkeley, George F.-H. Italy in the Making January 1st 1848 to November 16th 1848. Cambridge. 1940.
  2. Stillman, William James. The union of Italy, 1815-1895. Cambridge. 1898.
  3. 1 2 Ginsborg, Paul. Daniele Manin and the Venetian revolution of 1848-49. Bristol. 1979.
  4. Maurice, Charles Edmund. The revolutionary movement of 1848-9 in Italy, Austria Hungary, and Germany. New York. 1887.
  5. American Bibliographical Center. Historical abstracts: Volume 42, Issues 3-4. Santa Barbara. 1991.
  6. 1 2 3 4 Rüstow, Wilhelm. Der italienische Krieg von 1848 und 1849. Zürich. 1862.
  7. 1 2 Whyte, Arthur James Beresford. The political life and letters of Cavour, 1848-1861. Santa Barbra. 1975.
  8. Svoboda, Johann. Die Zöglinge der Wiener-Neustädter Militär-Akademie. Wien. 1870.
  9. de Marguerittes, Julie. Italy and the War of 1859. Philadelphia. 1859.
  10. 1 2 Chapman, Tim. The risorgimento: Italy 1815-71. Penrith. 2008.
  11. Stearns, Peter N. 1848: the revolutionary tide in Europe. New York. 1974.
  12. Whittam, John. Politics of the Italian Army, 1861-1918. London. 1977.
  13. 1 2 Wilhelm Meyer-Ott, Wilhelm Rüstow. Die Kriegerischen Ereignisse in Italien in den Jahren 1848 und 1849. Zürich. 1850.
  14. Апеннинский полуостров в 1848–1849 гг. Arxivləşdirilib 2012-07-07 at the Wayback Machine История Мира. Глава 12. Борьба за объединение Италии.
  15. 1848 ГОД В РОССИИ. (Хронологическая канва) Arxivləşdirilib 2014-05-22 at the Wayback Machine. Eastview Universal Databases. Источник: Istoricheskii' zhurnal, No. 3, March 1938, page(s): 65–72. Автор: М. АХУН
  16. Феличе Орсини. Воспоминания. М. — Л., 1934, стр. 110–111.
  1. Киселева В. И. Хрестоматия по истории международных отношений. М., 1963.
  2. Невлер (Вилин) В. К истории воссоединения Италии. М., 1936.
  3. Феличе Орсини. Воспоминания. М. — Л., 1934.
  4. Сказкин С. Д. Объединение Италии. 100 лет борьбы за независимость и демократию. М. 1963.
  5. Энгельс, Кельнская газета об Италии, Сочинения Маркса и Энгельса, т. VI, стр. 259
  6. Кривогуз М. И. Новая история стран Европы и Америки. М., 2002.