Mirzə Rza xan Ərfəüddövlə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mirzə Rza xan Ərfəüddövlə
Mirzə Rza Hacı Mirzə Şeyx Həsən oğlu Ərfəüddövlə
Şəxsi məlumatlar
Ləqəbi دانش
Doğum tarixi 1846[1]
Doğum yeri
Vəfat tarixi 1937
Vəfat yeri
Vətəndaşlığı
Uşağı
Hərbi fəaliyyəti
Təltifləri Müqəddəs Aleksandr Nevski ordeni Ağ Qartal ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni Grand Cross of the Order of the White Rose of Finland
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Rza xan Ərfəüddövlə, Mirza Rza xan Təbrizi və ya Mirza Rza xan Daneş (1846[1], Təbriz1937, Tehran) — İran ordusunun generalı, diplomat, istimai-siyasi xadim.

Sərtipi-əvvəl (general mayor), baş adyutant, muinul-vuzəra, Əmiri-Tuman, Ərfəuddovlə, şahzadə, sərdar və əmiri-nuyan (knyaz) kimi bir neçə ali rütbəyə və titula malik olan Mirzə Rza xan mühüm vəzifələrdə çalışmışdır. Hacı Mirzə Şeyx Həsən İrəvaninin oğlu Mirzə Rza xan 1853-cu ildə Təbrizdə anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra Tiflisə gedib, orada İran dövlətinin Baş konsulu, həmyerlisi Mirzə Mahmud xanın köməkçisi kimi qulluq etmişdir. O, 1883-cu ildə artıq səfirlikdə Baş konsulun birinci müavini vəzifəsini icra etməyə başlamışdır.

Rza xan sonralar Sankt-Peterburq, İstanbulİsveçdə konsul müavini, Baş konsul və səfir təyin olunmuşdur. Onun ictimai xadim kimi formalaşmasında Mirzə Mahmud xanın böyük rolu olmuşdur. Tiflisdə işləyərkən rus dilini öyrənməyə başlamış, ona mükəmməl yiyələnmişdi, xidmətçilikdən konsulun tərcüməçisi, bir qədər sonra konsulun birinci müavini vəzifəsinə qədər yüksəlmişdir.

Müsəlmanlığı qəbul etmiş diplomat Mirzə Mülküm xan bir muddət Tiflisdə İran səfirliyinin müşaviri işləmiş və burada Mirzə Rza xanla tanış olmuşdur. O, 1882-ci ildə Mirzə Rza xana xüsusi bir məktub yazmış və bildirmişdir:

" Siz böyük və zəngin biliyə, məlumata maliksiniz və Avropada tanınırsınız. Ona gorə də "Daneş" ləqəbini seçsəniz, bu çox yaxşıdır. Mən bundan sonra sizə məktub yazanda "Mirzə Rza xan Daneş" yazacağam "

M.Bamdad bunu ciddi hesab etmir və yazır: "Belə görünür ki, Mirzə Mülküm xan onu ələ salmışdır". Hər halda Mirzə Mülküm xanın belə bir fikri olsa da, onun dedikləri həqiqətdir. Mirzə Rza xan Mülküm xanın təkifini qəbul etdisə də, "Daneş" təxəllusundən sonralar yalnız öz şeirlərində istifadə etmişdır. 1895-ci ildə verilmiş "Ərfəuddövlə" ləqəbini isə soyadı kimi qəbul etmişdir.

Daneş Tiflisdə çalışarkən Mahmud xanın təklifi, vəliəhd Muzəffərəddin mirzənin fərmanı ilə adyutant təyin olunur. 1886-cı ildə Xorasanda ruslarla ərazi məsələsinin həlli zamanı İran tərəfdən Süleyman xan Avşar və ona tərcüməçi təyin olunmuş Mirzə Rza xan iştirak etmişdir. Bu zaman İran dövlətinin razılığı ilə ruslara bir hissə torpaq verilmişdi.

Mirzə Rza xan Xorasandan 1886-cı ildə qayıtmış və Nasirəddin şahın baş adyutantı vəzifəsinə təyin olunmuşdur. Həmin il İran dövlətinin Tiflisdə baş konsulu olan Mirzə Mahmud xan işlər vəkili təyin olunaraq İranın Peterburqdakı səfirliyinə yola düşür. Xarici İşlər Nazirliyi Nasirəddin şahın icazəsi ilə Mirzə Rza xanı Peterburqa tərcüməçi və katib vəzifəsini icra etməyə göndərdi.

Nasirəddin şahın şəxsi həkimi Fevriyer "Se sal dər dərbari-İran" əsərində yazır ki, İranın Peterburqdakı səfirliyinin katibi olan Mirzə Rza xanın gələcəyi çox parlaqdır, çünki o, baş nazirin diqqətini cəlb etmişdir və sədri-əzəm onu mühüm vəzifəyə təyin edə bilər.

İran tarixçisi, marağalı Məhəmmədhəsən xan Etimadussəltənə 1890-cı ildə general-mayor rütbəsini almış şahın baş adyutantı, Peterburqda səfirliyin məsləhətçisi və Muinul-Vüzarə ləqəbli Mirzə Rza xanın Qafqazda İranın baş konsulu təyin edilməsini yüksək qiymətləndirir və yazır:

" 15 rəbiul-sani 1307 (15 dekabr 1889) İranın Peterburqdakı nümayəndəsi Mirzə Rza xan Nasirəddin şahı Avropaya bu səfərində müşayiət edir. Mən onun İranın Tiflisdə baş konsulu olduğu barədə yazmışam. Onun əsli irəvanlıdır. Mirzə Mahmud xan Tiflisdə olarkən Mirzə Rza xan qıvrım saçlı bir gənc idi və onun şagirdlərindən idi "

Mirzə Rza xan Tiflisdə baş konsul vəzifəsini 1889–1895-ci illərdə icra etmişdir. 1895-ci ildən isə o, Mirzə Mahmud xanın əvəzinə İranın Rusiyada səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. O, həmin ildə "ərfəüddövlə" (dövlətin yüksək adamı) ləqəbinə layiq görüldü.

Mirzə Rza xan Rusiya dövləti ilə yanaşı İsveç və Norveçdə də İranın səlahiyyətli nümayəndəsi olmuşdur. Müzəffərəddin şah 1900-cu ildə Avropaya ilk səfəri zamanı Peterburqda, səfirlikdə olmuş, Rza xanla görüşərək ona "şahzadə" ləqəbini vermişdir. Şahın bu barədə imzaladığı fərmanda deyilir:

" Bu gün, rəbül-əvvəlin 25-idir və biz ərfəüddövlənin mənzilində, yəni bizim Peterburqdakı səfirliyimizdə qonağıq. Üzərinə düşən işin ööhdəsindən həqiqətən bacarıqla gəldiyi üçün ona "şahzadə" ləqəbini məsləhət buyururuq. 1318 (1900) "

Həmin il II Əbdülhəmidin taxta əyləşməsinin 25 illiyini təbrik etmək üçün şahın nümayəndəsi kimi İstanbula getmişdir.

1901-ci ildə isə İstanbul səfirliyinə təyin edilmiş, bu zaman İran şahının diplomatik nümayəndəsi olaraq İspaniya kralı XIII Alfonsun tacqoyma mərasimində iştirak etmişdir.

O, 1910-cu ildə İstanbul səfirliyindən azad olunduqdan sonra Monakoya getmiş və özünə qəsrə bənzər ev tikdirərək orada yaşamağa başlamışdır. Həmin evə "Daneşgah" (Daneşin iqamətgahı) adı verilmişdir.

Mirzə Rza xan 1913-cü ildə Tehrana gəlmiş və bir neçə ay Mirzə Məhəmmədəli xan Əlaussəltənənin təskil etdiyi kabinetdə ədliyyə naziri vəzifəsinə təyin olunmuşdur. O, kabinetin süqutundan sonra 12 oktyabr 1913-cü ildə Monako şahzadəsinə İran dövlətinin "Qüds nişanı"nı təqdim etmək üçün yenidən Avropaya getmiş, qayıtdıqdan sonra ona İran dövləti tərəfindən 56 min tümənə yaxın vəsait təyin edilmişdir. Mirzə Rza xan 1937-ci ildə 84 yaşında Tehranda vəfat etmişdir.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mirzə Rza xan "Müntəxəbati-Daneş", "Divani-Gövhəri-Xavəri" və "Məsnəviyi-sülh" poemasının müəllifidir. "Məsnəviyi-sülh" 15 dilə tərcümə olunmuş və ilk dəfə 1903-cu ildə Dərsəadətdə çap edilmişdir.

Mirzə Rza xan 1899-cu ildə Niderlandın Haaqa səhərində kecirilmiş Birinci Beynəlxalq Sülh Konfransının İran dövlətini təmsil edən ilk nümayəndəsi kimi iştirakcısı olmuş, orada müharibələrin dinc yolla həlli üçün müharibə qanunları və adətləri haqqında bir sıra beynəlxalq konvensiyaların, bəyannamənin qəbul olunmasından təsirlənərək "Məsnəviyi-sülh" poemasını qələmə almış, həmin poemanı konfransda fransız dilində oxumuşdur.

1901-ci ilin iyul ayında Lev Tolstoy İranın ölkəsində səfiri, sair və diplomat, şahzadə Mirzə Rza xan Daneşdən bir məktub və "sülh" poemasının rus dilində makinadan şıxmış surətini almışdır. Poemanın rus dilinə çevirən müəllifin özü idi. Alfred Sifman 1960-cu ildə Moskvada çapdan çıxmış "Lev Tolstoy və Sərq" kitabında yazır:

" Tolstoy Mirzə Rza xanın məktubuna cavab yazmış və bu poemanı diqqətlə oxuduğunu bildirmiş, onun müharibəni pislədiyini, sülhü mudafiə etdiyini bəyənmiş və bu əsərin nəinki İran üçün, eləcə də bütün dünya dövlətləri üçün böyük əhəmiyyətə malik olduğunu göstərmişdir. Bununla bərabər rus ədibinin Mirzə Rza xanla fikir ayrılığı da var idi. Bu da poemanın müəllifinin şah və hakimiyyət məmurlarının əl-ələ verərək ədalətli ola biləcəkləri təqdirdə sülhü bərpa edəcəklərinə və bununla da insanların güzəranının yaxşılasacağına inamı idi. Tolstoy isə yazırdı ki, sülhü bərqərar etmək, müharibə təhlükəsini aradan qaldırmaq xalqın iradəsindən asılıdır. Mirzə Rza xan Tolstoya yazdığı məktubda böyük ədibin də onun kimi sülh tərəfdarı olduğunu, qanlı müharibələrə son qoyulmasını arzuladığını vurğulamış, bunu alqıslamış, "Sülh" poemasını qələmə almış müəllifin hisslərini, can atdığı arzularını başa düşəcəyi təqdirdə qabaqcadan ona öz minnətdarlığını bildirmişdir. Mirzə Rza xanın "Sülh" poemasında müharibənin səbəbləri və onu aradan qaldırmaq yolları haqqında beynəlxalq konfransda soylənmiş fəlsəfi düşüncələri öz əksini tapmışdır. "
  • Osmanlı dövləti tərəfindən:
    • IV dərəcəli "Məcidi ordeni", 1880-cı il
    • II dərəcəli "Məcidi ordeni", 1893-cu il
    • I dərəcəli "Məcidi ordeni", 1896-cı il
    • I dərəcəli "Osmanlı ordeni", 1898-ci il
    • "Nisani-imtiyaz" gümüş medalı, 1900-cu il
    • "Nisani-imtiyaz" qızıl medalı, 1900-cu il
    • Qiymətli daş-qaşla bəzədilmiş I dərəcəli "Məcidi ordeni", 1900
    • Qiymətli daş-qaşla bəzədilmiş I dərəcəli "Osmanlı ordeni", 1902
    • Qiymətli daş-qaşla bəzədilmiş "İftixar" ordeni, 1903
  • Rusiya dövləti tərəfindən:
    • III dərəcəli "müqəddəs Stanislav", ordeni, 1879
    • III dərəcəli "Müqəddəs Anna", ordeni, 1883
    • II dərəcəli "Müqəddəs Anna", ordeni, 1886
    • II dərəcəli brilyant "Müqəddəs Anna", ordeni
    • II dərəcəli "Stanislav", 1893
    • I dərəcəli "Anna", ordeni, 1900
    • I dərəcəli "Ağ qartal", ordeni, 1901
    • I dərəcəli "Aleksandr Nevski", 1902
    • I dərəcəli "Aleksandr Nevski", brilyant ordeni, 1904
  • İtaliya dövləti tərəfindən:
    • III dərəcəli "İtaliya Tacı" (çələng), 1887
  • Fransa dövləti tərəfindən:
    • IV dərəcəli "Legion Denur ulduzu" ordeni, 1889
    • II dərəcəli "Legion Denur ulduzu", 1905
  • Belçika dövləti tərəfindən:
    • III dərəcəli "Leopold", ordeni, 1889
    • II dərəcəli "Leopold", 1900
    • I dərəcəli "Leopold" ordeni, 1905
  • İspaniya dövləti tərəfindən:
    • I dərəcəli "3-cu Sarl", ordeni, 1901
    • I dərəcəli "Ləyaqəti-Nizami", ordeni, 1902
  • Serbiya dövləti tərəfindən:
    • I dərəcəli "Takvu ordeni" 1901
  • Rumıniya dövləti tərəfindən:
    • I dərəcəli "Rumıniya ulduzu", 1904
  • Buxara əmirliyindən:
    • I dərəcəli "Buxara mükəmməl almas ordeni", 1896
  • Həbəş dövləti tərəfindən:
    • I dərəcəli "Süleyman üzüyü" ordeni, 1896
  • Avstriya dövləti tərəfindən:
    • II dərəcəli "Fransua Jozef", 1889
    • I dərəcəli "Korun Dofer", 1900
  • İngiltərə dövləti tərəfindən:
    • "Viktoriya ordeni", 1889
  • Bavir dövləti tərəfindən:
    • II dərəcəli "Ulduzlu Sen Misel nişanı", 1889
  • Vertemberq dövləti tərəfindən:
    • I dərəcəli "Ulduzlu Fridik Komandor" ordeni, 1889
  • Baidinbar dövləti tərəfindən:
    • II dərəcəli "Sirzaherneqr" ordeni, 1889
  • İsveç dövləti tərəfindən:
    • I dərəcəli "Şimal ulduzu", 1900